IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Məhəmməd Süleyman oğlu Füzuli
Алкаш
сообщение 5.11.2012, 17:52
Сообщение #1


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Məhəmməd Süleyman oğlu Füzuli — görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Həyatı

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.
XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

Yaradıcılığı

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.
"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.
Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.
Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Əsərləri

"Səhhət və Mərəz" – farsca və nəsrlə yazılmış alleqorik əsər.
"Rindü Zahid" – farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.
"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
"Hədisi ərbəin tərcüməsi"
"Mətləül e`tiqad"

Məşhur qəzəlləri
"Məni candan usandırdı"
"Söz"
"Olsaydı məndəki qəm"
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
Canı kim cananı üçün sevsə cananın sevər
Məndə Məcnundan füzun aşiqlik istedadı var
"Yetər ey fələk"
"Tutuşdu qəm oduna"
"Pənbeyi-daği-cünun içrə nihandır bədənim"
"Ey könül, yarı istə, candan keç"
"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"
Ey bivəfa ki, adət olubdur cəfa sana
Aşiq oldum yenə bir tazə güli-rənayə
[redaktə]Çap olunan kitabları
"Leyli və Məcnun" Bakı, Uşaqgəncnəşr, 1958

P.S. Məlumatlar http://az.wikipedia.org saytına istinad olunub.

Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 5)
Алкаш
сообщение 14.11.2012, 13:43
Сообщение #2


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Ey həkim!

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl
Ki, olum bu dərdə artıqraq giriftar, ey həkim!

Gör təni-üryan ilə əhvalımı hicran günü,
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin,
Ki olur dərmani-dərdə-eşq dişvar, ey həkim!

Rənc çəkmə, sihhət ümün əl Füzulidən götür
Ki, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 19.11.2012, 10:57
Сообщение #3


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Rutbe ve Meqam haqqinda

Zahid dedi:
-Ey Rind!Xett seneti yolu ile werefli elmleri oyrenmeyeceksense,hec olmasa qayda-qanunlari bilmek ucun oyren.Padwah dergahina yaxin olanlar,himmeyi ali olan adamlar vezirlik ve sedrlik mertebesine catmiwlar.Dunya iwlerinin idaresine ve dunyada olan weyleri elde etmeye bu vasite ile nail olmuwlar.

Qite:
Xow o adamin halina ki,xettin vasitesile izzet ve etibar colune qedemqoya.
Acizliyin adini qenaet qoymaya,yukseklik axtara ve acizlikle razilawmaya.

Rind dedi:
-Ey Zahid!Bu dediklerin dunya meiwetinden otrudur ki,omru onda serf ederler ve dunyanin hesabini axiretde ezabla cekerler.iki dunyanin hesabini vermek bihudedir.Bu yol her iki alemde ezaba sebeb olar.

Weir:
Sonda xetaya aparan elmi agil bir wexs nece beyener?
Rutbe ve meqama catmaq arzusu insani Haqqdan uzaqlawdirib nahaqqa catdirar.

Dogurdan da, seltenet zovqunden qafil olan cahil-sultanlara meyil eden alimden daha yaxwidir.

( "Rind-u Zahid" eserinden)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 23.11.2012, 16:26
Сообщение #4


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Məhəmməd Füzulinin əsərləri
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 19.12.2012, 13:18
Сообщение #5


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Я горем сам горел, но им не опалил тебя.
Зачем, раскрывшийся бутон, я б огорчил тебя.
Пей только чистое вино, любовью мы пьяны.
Горит в огне терзаний тот, кто полюбил тебя.
И если чаша пред тобой и в ней горит вино—
Ищи в вине того, чей взор боготворил тебя,
Окислить красное вино случайности могли.
Как много красок в том цветке, что оживил тебя.
Ты выйди в сад. Ни одного бутона нет в саду,
Что кровью сердца своего не залил бы тебя.
Я думал—стан твой кипарис, но что там кипарис —
Божественною красотой мир наградил тебя.
Я горе камню изолью иль локону волос,
Кому-нибудь, кто б хоть на миг мне заменил тебя.
Пока тобою я пленён, в тоску закован я—
Хочу, чтобы никто другой не получил тебя.
Любовью к чистому вину наполнена душа.
О, неужели слез поток не умолил тебя.
О Физули, твой чёрный рок к тебе благоволит —
Неутомимою тоской он одарил тебя.

Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 24.1.2015, 19:00
Сообщение #6


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



“Azərbaycan ədəbiyyatı ” seriyasında “Dahi Azərbaycan şairi
Məhəmməd Füzulinin qəzəlləri ”
adlı kitab
ölkəmizin Polşadakı səfirliyinin Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat və Polşa Elmlər Akademiyasının
Ədəbi Araşdırmalar institutları ilə birgə
əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr
olunub . Kitab Polşanın mərkəzi və universitet
kitabxanalarına göndərilib.
Bütün bu işlər Azərbaycanın Polşadakı səfiri
Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin
tanıdılması məqsədilə həyata keçirilən silsilə
tədbirlər çərçivəsində görülür .
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 11:59