IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Şeirlərimiz Ana dilində., Стихи на Азербайджанском языке.
Тайна
сообщение 7.5.2006, 18:27
Сообщение #1


Развитый
***

Группа: Пользователи
Сообщений: 147
Регистрация: 31.3.2006
Пользователь №: 1 090



Бизим чохлу гезял ше'рляримиз,гязялляримиз вя с. вардыр, вя ана дилимиздя онлар даха чох гезял сяслянир! Гялин билдийимиз,севдийимиз шерляри бурда пайлашаг (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif)

Низами Гянджявинин бугязяли ян чох севдикляримдян биридир:

Husnun gozel ayetleri, ey sevgili canan!
Olmus butun alem de senin senine shayan.

Gel eyle inayet, mene ver buse lebinden,
Cunki gozelin busesidir asiqe ehsan.

Sordum ki "Konul hardadır?" - Aldım bu cavabı:
"Hec sorma, tapilmaz onu axtarsa da insan".

"Rehm eyle"-deyib, sel kimi goz yaşimı tokdum
Kim, qanım ile el yuma, ey afeti-dovran!

İnsafin eger varsa, aciq de, bu Nizami,
Senle nece reftar elesin, ey mehi-taban?

(IMG:http://bakulove.com/forum/style_emoticons/default/8cveti.gif)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
7 страниц V  « < 5 6 7  
Открыть тему
Ответов (150 - 155)
Viktorina
сообщение 19.12.2010, 16:22
Сообщение #151


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Belə də sevgi olarmı?

Məni həm sevmirsən həm qısqanırsan
Nə üçün bəs için-için yanırsan?
Məni sevdiyini niyə danırsan?
Belə də məhəbbət, sevgi olarmı?

Yanına gəlirəm gəlmə deyirsən
Gizlicə yolumu çox gözləyirsən
Sinəmə dağ çəkib əzizləyirsən
Belə də məhəbbət, sevgi olarmı?

Yanımda özgəsi əzizin olur
Xiffətdən əriyib, rəngin də solur
Ayrılıb gedirəm, gözlərin dolur
Belə də məhəbbət, sevgi olarmı?

Nə qaldı canımda ruhumdan başqa
Bir də quru adım bəlalı başda
Tək qoyub gedirsən məni bu yaşda
Belə də məhəbbət, sevgi olarmı?

Sən dara düşəndə məni anırsan,
Xoş gündə özgəyə, yada yanırsan
Mənimlə olaraq məni danırsan
Belə də məhəbbət, sevgi olarmı?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 20.12.2010, 23:36
Сообщение #152


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Ayırdılar

Günlərin bir günü payız günündə
İlk sevgilimi, nişanladılar
Duymayıb qəlbimin döyüntüsünü
İki sevən qəlbi parçaladılar...

Yığışıb başına rəfiqələri
Onu ər evinə yola saldılar
Sevən bir qızın təmiz eşqini
Döyünən ürəkdən tez qopardılar..

Ötüşdü həftələr ötüşdü aylar
Bir səhər onların bir oğlu oldu
Bu məsum balaca günahsız körpə
Gənc ana qəlbinin ulduzu oldu

Yalvarıb yaxarıb o öz ərinə
Körpənin adını məhəbbət qoydu
Hər dəfə məhəbbət çağıranda O
Elə bil eşqinin səsini duydu!!!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 9.1.2011, 0:38
Сообщение #153


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Anlaya bilmirəm nədir səbəb? Nə?
Niyə belə çılğın döyünür ürək?
Bəlkə xəbərsizəm, bəlkə əyninə
Məhəbbət libası geyinir ürək?...

Yatmıram sübhəcən fikir içində
Bilmirəm nə hissdir: Sevinc? Yoxsa Qəm?
Nədir bu həyəcan? Başa düşmürəm...
Yəni doğurdanmı sənə aşiqəm?...

Yəni doğurdanmı sevirəm səni?...
O baxış, o gülüş məhəbbətmidir?...
Sənsizlik od olub yandırır məni
Bu yanğı hicranmı, bir həsrətmidir?...

Yoooooooox, bu boş hisslərdir dolub ürəymə
Çünki əlindədir sevgi qismətin
Məncə əbəs yerə salıb ürəymə,
Yükün daşıyıram bu məhəbbətin
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 17.10.2011, 22:51
Сообщение #154


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



(Ramiz Rövşən)

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar?
Bu Ramiz olmayan yerə?!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 21.10.2011, 9:39
Сообщение #155


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Sən demə təzədən sevmək olarmış

Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş ♥
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur

Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!

Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça

Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin

İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 18.10.2013, 11:30
Сообщение #156


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106




Gərçi bir qətrə verə qarə bulud qanından,
Düşərək torpağa ol qətrə keçir canından.

Bir bərabərdə səpir damlaları torpağə,
Öyünür damla əgər düşsə yaşıl yarpağə.

Yarpağın üstə düşən damla bir an pak qaldı,
Sonrakı damla gəlib, yarpağı ondan aldı.

Süzülüb, düşdü yerə, tez də hopub torpağə,
Yenidən bir də nə vaxt mehman olar yarpağə ?

Gülarə Munis
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

7 страниц V  « < 5 6 7
Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 11:56