IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Cəfər Qafar oğlu Cabbarlı., Джафар Кафар оглы Джаббарлы.
BAKINKA
сообщение 21.10.2009, 15:22
Сообщение #1


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808






CƏFƏR CABBARLI (1899-1934)

Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir.
XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şer, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə etmiş, istedadını sınamışdır.
XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Cəfərin atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cəfər idi. Əri vəfat etdikdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşmüşdür.
Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Stariy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci Müsəlmani və rusi" məktəbinin birinci sinifinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci Müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə o***ur. 1915-ci il aprelindən 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir.
Hələ ibtidai məktəbdə oxuduğu zaman A. Şaiq və S.S. Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şer, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstəririlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş Bahar şeridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şerlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şerlərindən deyil, "Həqiqəti-əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şerlərindən başlamaq lazımdır.
1915-ci ildə Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır.
Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.
1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin Şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şerlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir .
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 5)
Ливень-Т
сообщение 21.10.2009, 15:29
Сообщение #2


Декабрист
****

Группа: Пользователи
Сообщений: 361
Регистрация: 11.9.2009
Из: Windy City
Пользователь №: 5 074



Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Бутун есрлер бойу йазылмыш Ана хаггында олан шерлерин ичинде Шах шеирдир ве хер охунушда инсаны риггете гетирир!!!

(IMG:http://bakulove.com/forum/style_emoticons/default/bravo.gif)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 21.10.2009, 15:44
Сообщение #3


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Джафар Джаббарлы
(1899-1934)

Джафар Гафар оглы Джаббарлы, занявший видное место в развитии литературы, культуры и искусства Азербайджана в хх веке, имеющий исключительные заслуги перед своим народом как видный драматург, поэт, прозаик, театровед, переводчик, киносценарист, журналист, родился в бедной крестьянской семье 20 марта 1899 года в селении Хызы, расположенной в 110 километрах от города Баку. Семья Джафара в 1903 году переселившись в Баку начала жить в верхней части города, в так называемых "Кварталах горцев". Отец Джафара скончался приблизительно в 1901-1902 годы от сердечной недостаточности. Мать Джафара Шахбикя ханум была честной и трудолюбивой женщиной. У нее было четыре сыновей. Младшим из них был Джафар. После кончины мужа все тяжести семьи пришлись на ее хрупкие плечи.
Шахбикя с целью, чтобы хотя бы младшего сына не лишить возможности получения образования, Джафара устроила к квартальному мулле, чтобы он смог научится читать "Коран". В это время 6-7 летний Джафар оказывал помощь своей семье, доставляя в магазины спекулянтов хлеб, испеченный матерью. Джафар сообразив, что учеба при квартальном священнике ему ничего не даст, вместе с другими городскими ребятами в 1905 году поступил в первый класс "7-ой Мусульманско-русской" школы, открытой в частном помещении Гаджи Мамедгусейна Бадалова на "Почтовой-25". Первыми преподавателями Джафара были видный писатель-педагог Сулейман Сани Ахундов, Абдулла Шаик, Рагимбек Шыхлински, Алимамед Мустафаев. Окончив 7-ую Мусульманско-русскую школу в 1908 году Джафар Джаббарлы одно время оказывает помощь своей семье. Затем поступает на учебу в 3-ью Бакинскую выше-начальную школу имени Алексеева. 2 мая 1915 года завершив свою учебу в этой школе молодой Джаббарлы сдает свои документы на отделение электро-механики Бакинского промышленно-политехнического училища.
Еще учась в начальной школе под влиянием таких преподавателей и писателей, как А. Шаик и С.С. Ахундов у Джаббарлы усиливается интерес к литературному творчеству и он вместе с изучением произведений азербайджанских и русских поэтов начинает творить и сам.
Среди рукописей Джафара имеются тексты нескольких незавершенных стихов, рассказов, оперных либретто и даже романов, написанных не твердым школьным почерком. Некоторые исследователи показывают, что Джаббарлы уже с 1913 года начинает посещать редакции газет.
Но из исследований его произведений за последние годы стало известно, что началом публикаций его первых лирических и сатирических стихов следует начинать ни "Весне" и "Отстань", опубликованных в апреле и июне 1915 года, а следует начинать со стихов "Слушателям" и "Моя отвага", помещенных во втором номере газеты "Мысли правды" ("Хагигате- афкар") от 5 ноября 1911 года.
Писатель поступивший в 1915 году на отделение электромеханики Бакинского промышленно политехнического училища 6 мая 1920 года оканчивает его, получает свидетельство и аттестат.
После окончания в 1920 году Бакинского Промышленно-политехнического училища, Дж. Джаббарлы поступил на медицинский факультет Бакинского Государственного Университета. Так как его не интересовала профессия врача, в 1922 году по собственному заявлению оставил университет. А когда в 1923 году открылась Бакинское Тюркское Театральное училище, Дж. Джаббарлы, желая поближе познакомиться со сценической жизнью и историей театра, стал посещать лекции. Одновременно с этим, он продолжал учебу на факультете востоковедения БГУ.
1915-1920 гг. не только студенческие годы Джафара Джаббарлы, но и период его прихода в литературу. Он один-за одним пишет пьесы "Верная Сария или смех сквозь слезы", "Увядшие цветы", "Насраддин Шах", "Траблисская война или Звезда", "Взятие Адирны", "Бакинская война", "Айдын", которые заставляют азербайджанского зрителя задуматься. В этот же период в различных органах печати выступает с лирическими стихами, рядом рассказов.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 21.10.2009, 16:08
Сообщение #4


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



"Ana"

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm çəkinmərəm əsla,
Və ya ki vəd edələr dövləti cahanı mənə.
Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr cahanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə-olum təslim.
Əyilmərəm yenə haşa. Ölüm nədir ki, onun
Gücьylə xalqa haqiranə eyləyim təzim?!

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət ne güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!
Fəqət ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin lay-lay,
Təbəssüm oyadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eylər pərvaz,
Uçar səmalarda o aləmi xəyalətdə.
Yatar ölər bədənim, nitqdən düşər bir söz:
-Ana... Ana... Sənə mən rahibəm itaətdə!..
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 21.10.2009, 17:54
Сообщение #5


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



"Qızıma" adlı satirasında ("Babayi-Emir", 1915,№19) qızlarını cehaletde saxlayan köhne fikirli atalar tenqid edilmişler. Maraqlıdır ki, Cefer Cabbarlının "Qızıma" satirası Oksford Universiteti terefinden çap olunmuş dersliye daxil edilmişdir.

Qızıma

Fikrini verme ne elme, ne de ürfane, qızım!
Çoxdur elmin zereri din ile imane, qızım!
Oxuyub elmi, evin eyleme virane, qızım!
Yoxdur elmin semeri qövmi-müselmane, qızım!
Dersü mekteb sözün, ol lal, getirme diline;
Qelemi xarici mezheb kimi alma eline.
Vurma leke daha, allahı seversen, eline.
Elm bir şeymi, vere menfeet insane, qızım?
Ne revadır salasan möhnete qemsiz başını,
Edesen xalqın arasında xecil qardaşını;
Get bişir evde, bala, düşbereni, bozbaşını,
Verginen meylini xingale, fisincane, qızım!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 10.4.2010, 15:02
Сообщение #6


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



Cəfər Cabbarlının yeni əsəri tapılıb 09-04-2010

“Kazım bəy” adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb.

20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, dramaturqu Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb.

Bu barədə Lent.az-a dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı məlumat verib.

Onun sözlərinə görə, “Kazım bəy” adlanan bu romanı Cabbarlı 13 yaşı olanda yazmağa başlayıb. Lakin tamamlamayıb.

Ərəb əlifbası ilə yazılan romanın əlyazması Teatr Muzeyində saxlanılır.

Dramaturqun ilk və son romanı olduğu güman edilən bu əsər üzərində hazırda elmi araşdırma aparılır.

/itv.az/
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 11.12.2018, 13:33