IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Ramiz Rövşən, Рамиз Ровшан
BAKINKA
сообщение 24.10.2011, 14:30
Сообщение #1


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Ramiz Rövşən 1946-cı il,16 Dekabrda Bakının Əmircan kəndində anadan olub. Ramiz Rövşən Suraxanı rayonundakı orta məktəbdə təhsil alıb. Kinodramaturq 1964 - 69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1976 - 78-ci illərdə isə Moskva ali ssenari kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1971-ci ildə "Mozalan" satirik kinoyurnalı studiyasında redaktor, 1974 - 75-də kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979 - 87-də ssenari redaksiya heyətinin üzvü, 1987 - 92-də kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir. Yazıçı R.Rövşənin ssenariləri əsasında çoxlu bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 6)
BAKINKA
сообщение 24.10.2011, 14:36
Сообщение #2


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Soğan acısı...

Soğan soya-soya ağlayan qadın,
Ömrün soğan kimi acıdı, acı!
Meleksen, qırılıb qolun-qanadın,
Derdi veren Allah, vermir elacı...

Gözünden süzülen yaşı kim siler?
"Göz yaşı", dediyin nedi? Acı su...
Bir şirin öpüşle başlar sevgiler,
Sonunda hemişe soğan acısı...

O, öpüş yandırmaz dodaqlarını,
Soyuyub od dolu o, qucaq indi.
Sayar birce-birce barmaqlarını,
Her gece yuduğun qab-qacaq indi.

Geler "er" dediyin, her geceyarı,
Bir qaşıq xöreyin baxmaz dadına.
Yuxuda dilinden qopan adların,
Biri de benzemez senin adına...

Soğan soya-soya ağlayan qadın,
Gözünün yaşını sile bilmerem.
Neyleyim, men sene özgeyem, yadam,
Neyleyim, yanına gele bilmerem.

Bir sevgi gezirem dünyada men de,
O sevgi hardadı? Bilmirem ancaq.
...Kim soğan soyacaq menim evimde,
Soğan soya-soya kim ağlayacaq?!..


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.10.2011, 14:38
Сообщение #3


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Qara paltarlı qadın..

Kişiler bir olmur atam balası
Qorxağı var,igidi var,
Amma her kişinin ölenden sonra
Qebri üstde ağlamağa
Bir qara paltarlı gözel qadına ümidi var.

Sen ölende kim olacaq gozlerini bağlayan ?
Qardaşmı olacaq,yadmı olacaq ?
Bu dünyada belke sene en çox ağlayan,
En çox ağlatdığın qadın olacaq ?!

Göz yaşları yuduqca baş daşını,
Qebrinde qurcalanıb,deyeceksen:ilahi
İller boyu ağlatdığım bu qadın
Gören nece saxlayıbdı bu qeder göz yaşını ?!

Birce kere ne saçını oxşamışam,
Ne gözünü silmişem.
Gözlerime batır indi saçlarının her deni,
İller boyu bu qadına men axı dert vermişem,
Indi gören,niye çekir derdimi ?

Bu qadın baş daşımı öpüb,sığallamaqdansa
Yumruğuyla döyse-döyse yaxşıdır.
Qebrimin üstünde ağlamaqdansa
Meni söyse, yaxşıdır.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qebir de min qebirden biridi
Baş daşımı besdi basdin bağrına,
Bütün mene ağlayanlar kiridi,
Sen de kiri,qebrim damır,ağlama
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.10.2011, 14:46
Сообщение #4


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.10.2011, 14:47
Сообщение #5


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Sənə bir daş atır yerindən duran
Səni sevdiklərin daş-qalaq eylər
Bir əlində daş var,birində Quran
Daş atan bilirmi ne günah eylər?

Hər daş özü boyda köz olub yanar
Cana damğa kimi basılıb yanar
Qanlı yaraların közərib yanar
Səni başdan-başa çilçıraq eylər

Silib gözlerindön axan yaşları
Öpüb əzizlərsən sən o daşları
Deyersen ey menim,qan qardashlarim
Məni təzə daşa kim qonaq eylər?

Bircə tilsimi var,sevgi tilsimi
Kim qırar Tanrıya bağlı bir simi
Tanrı Tanrıdırsa oz elçisini
Min bir daş altında yenə sağ eylər

Sən dözərsən ağrısına
Daş dözməz haray eylər
O daşdan Tanrı sənə
Bir ev tikər,saray eylər.

Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.10.2011, 14:48
Сообщение #6


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Gizlənim

Gizlənməyə bir yer göstər;
Gizlənim,
Səhər– axşam, axşam– səhər
Gizlənim,
Oğlumdan da, qızımdan da
Gizlənim,
Hamıdan da özumdən da
Gizlənim,
Kağızdan da qələmdən də
Gizlənim,
Ömürdən də ,ölümdən də
Gizlənim,
Bir yer göstər
Nə ev olsun nə qəbir,
Bir daş altda,bir daş üstdə
Gizlənim,
Allah, harda gizlənmisən?
Cavab ver!…
Çıx, mənə də bir yer qöstər,
Gizlənim…


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.10.2011, 14:49
Сообщение #7


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar?
Bu Ramiz olmayan yerə?!


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 12:07