IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Bayatılar
Viktorina
сообщение 1.4.2015, 12:20
Сообщение #1


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Azərbaycan şifahi xalq ədəbiyyatı — uzun müddət Azərbaycan xalqı arasında ağızdan-ağıza gəzən, kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir.
Şifahi xalq ədəbiyyatının lirik növünün ən geniş yayılmış janrı bayatıdır. Nəğmə və mahnılardan fərqli olaraq, bayatıların sabit forma-janr xüsusiyyətləri vardır. Bayatılar həcmcə dörd misradan, hər misrası yeddi hecadan ibarət olan şeir janrıdır. Bayatının birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst olur.


Bu mövzuda bayatılar haqqında yazmaq istəyirəm ) Çünki Bayatıları sevirəm)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 2)
Viktorina
сообщение 1.4.2015, 23:54
Сообщение #2


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Əzizim baxtı yarım
Baxtımın taxtı yarım
Üzündə göz izi var
Sənə kim baxdı yarım

Baxdı,baxdı
Sənə kim baxdı yarım

Lələnin harayından
El yatmaz harayından
Gündə bir kərpic düşür
Ömrümün sarayından

Düşür,düşür
Ömürümün sarayından.

Əziziyəm bir də mən
Doldur içim bir də mən
Ömür keçdi gün keçdi
Cavan olmam bir də mən

Keçdi,keçdi
Cavan olmam bir də mən.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 2.4.2015, 19:43
Сообщение #3


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Belədimi qürbət el,
İgid oğul, qürbət el
Adamı tez qocaldar,
Qərib ölkə, qürbət el.

Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.

Don tiksən ağı bizdən,
Belinin bağı bizdən.
Qoymayın yad ellini,
Almağa bağı bizdən.

Durna sanınnan keçər,
Ötər, sanınnan keçər,
Igid vətən yolunda,
Ölər canınnan keçər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 12:10