IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> 30 aprel 2009-cu il-Neft Akademiyasında qanlı hadisə., 30апреля 2009г.-Массовое убийство в Нефтяной Академии.
ГНЕВ
сообщение 30.4.2009, 17:02
Сообщение #1


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Bakıda dəhşətli cinayət hadisəsi baş verib

Bu gün səhər saatlarında Bakıda dəhşətli cinayət hadisəsi törədilib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, 6 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Əməkdaşımız xəbər verir ki, hazırda hadisə yerində 6 təcili tibbi yardım maşını, xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı var. Polislər Akademiyanın müəllim və tələbələrin binadan çıxarırlar. Hücumçunun qeyri-azərbaycanlı olduğu bildirilir. Hazırda cinayətkarın zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Binadan çıxarılan tələbələrdən biri Lent.az-ın əməkdaşına bildirib ki, güllələnənlər arasında müəllimlər də var.

Başqa bir məlumata görə isə silahlı basqınçı güllə ilə vurulub. Onun özünü güllələdiyi, yaxud polislər tərəfindən vurulduğu bəlli deyil. Bir daha qeyd edək ki, bu, tələbələrin verdiyi məlumatdır və rəsmi təsdiqi hələlik yoxdur.

Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb

18:29 30-04-2009





Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

Qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü



13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.

S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib



http://www.lent.az/
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
4 страниц V   1 2 3 > »   
Открыть тему
Ответов (1 - 24)
VirtualBaki
сообщение 30.4.2009, 17:04
Сообщение #2


Знаток
****

Группа: Пользователи
Сообщений: 321
Регистрация: 12.2.2008
Из: Azerbaycan.Baki
Пользователь №: 3 642



Bu gun saat 9:30 radelerine Neft akademiyasi institutunda 1 nefer silahli qarsina cixani gulle ile oldurmusdur.Hadisede bir cox telebe ve mellime heyyeti oldurulmusdur.Olduren sexs ozunu sonradan qetle yetirib.O 1 ci mertebeden 6-ci mertebeye kimi cixibdir ve onune cixani oldururdu.Sayeler gezirki bunu eden vahabi olub ve bu adam tek olmayib.Qeyd edimki o Gurcustan vetendasi olub.BU haqda fikirlerinizi deyin.Allah olenlere rehmet elesin,valideyinlerede Allah sebr versin.

Сообщение отредактировал VirtualBaki - 30.4.2009, 17:09
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:08
Сообщение #3


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Neft Akademiyasına basqın edən terrorçu güllələndi

10:48 30-04-2009




Polis rəisinin dediyinə görə, hadisə zamanı 14 nəfərə güllə dəyib

Bakıda Neft Akademiyasında dəhşət saatları davam edir. Qeyd edək ki, bu gün səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, xeyli sayda ölənlər və yaralananlar var.

Əməkdaşımız xəbər verir ki, hazırda hadisə yerinə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov gəliblər.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi jurnalistlərlə söhbətində bildirib ki, hadisə zamanı ümumilikdə 14 nəfər güllə yarası alıb. Rəisin dediyinə görə, onlardan neçəsini öldüyü, neçəsinin yaralı olduğu bilinmir. Rəis bildirib ki, hadisəni törədən şəxsin güllələnməsi barədə məlumatlar var. Ancaq onun özünü vurduğu, yaxud polis tərəfindən güllələndiyi hələlik dəqiqləşməyib.

Lent.az-ın əməkdaşı xəbər verir ki, hadisə yerində 6 təcili tibbi yardım maşını, xeyli sayda hüquq-mühafizə orqanı əməkdaşı var. Polislər Akademiyanın müəllim və tələbələrin binadan çıxarırlar. Hücumçunun qeyri-azərbaycanlı olduğu bildirilir.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:08
Сообщение #4


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Binadakı girov tələbə Lent.az-a danışdı

11:24 30-04-2009




“Öldürülənlər arasında Neft Akademiyasının dekanı da var”


Neft Akademiyasında hələlik vəziyyət tam nəzarətə götürülməyib.


Hazırda binada olan Akademiyanın III kurs tələbəsi Cəlal Qasımov Lent.az-ın əməkdaşına telefon vasitəsilə bildirib ki, terrorçu onun gözü önündə nigeriyalı tələbəni güllələyib. Tələbə aldığı xəsarətdən yerindəcə keçinib. Hazırda onların olduğu otaqda 10-15 nəfər var.

II kurs tələbəsi isə bildirib ki, vurulanlar arasında Akademiyanın dekanı da var.

Lent.az-ın əməkdaşı xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə jurnalistlər hadisə yerindən uzaqlaşdırılıb. Binaya snayperlər yerləşdirilib.


http://www.lent.az/news.php?id=22260
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:09
Сообщение #5


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Hadisənin şahidi: “İki nəfər avtomatlı auditoriyaya girərək atəş açmağa başladı”

11:41 30-04-2009




Azərbaycan Neft Akademiyasında terror hücumu institutun “Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsi”nin 3-cü kursunun dərs keçdiyi auditoriyada baş verib.

Hadisənin baş verdiyi auditoriyada olan tələbələrdən biri APA-nın müxbirinə hadisəni belə nəql edib: “Dərsdə oturmuşduq, kimsə qapını təpikləməyə başladı. Qəfildən iki nəfər içəri girdi, əllərindəki avtomat silahla qarşı sırada oturanların boyun nahiyəsindən atəş açdılar. Uşaqlar auditoriyadan xaotik vəziyyətdə qaçmağa başladı. Mən dəhlizə çıxanda yerdə çoxlu sayda yaralıların olduğunu gördüm. Atəş açanlar slavyan mənşəli insanlar idi. Biri maskalı idi, digərinin başı isə açıq idi. Danışmadıqlarına görə, hansı millətdən olduğunu bilmədik”.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, terror hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb. Yaralıların dəqiq sayı isə bilinmir. Bəzi məlumatlara görə, terrorçuların biri zərərsizləşdirilsə də, digərini zərərsizləşdirmək hələlik mümkün olmayıb.

http://www.lent.az/news.php?id=22262
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:09
Сообщение #6


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Özünü güllələyən terrorçunun görüntüləri -EKSKLÜZİV - VİDEO

12:14 30-04-2009

http://www.lent.az/news.php?id=22266
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:10
Сообщение #7


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Özünü güllələyən terrorçunun ünvanı məlum oldu- EKSKLÜZİV

12:49 30-04-2009




Bu barədə ilk məlumat Lent.az-da

Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin ünvanı müəyyənləşib.


Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olan şəxsdir. Hazırda onun şəxsiyyətinin tam dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.


http://www.lent.az/news.php?id=22270
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:10
Сообщение #8


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Terror zamanı 2 jurnalistin valideyni güllələndi

12:49 30-04-2009




Neft Akademiyasına silahlı terror basqını nəticəsində ölənlərdən biri “İnterfax” Agentliyinin əməkdaşının anasıdır.

Lent.az-ın əməkdaşının məlumatına görə, jurnalist Anar Əzizovun anası Akademiyada müəllimə işləyirmiş.

“Azərpress” Agentliyinin əməkdaşı Bəhram Rüstəmbəyovun atası isə güllə yarası alıb.


http://www.lent.az/news.php?id=22269
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:11
Сообщение #9


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Neft Akademiyasında xüsusi əməliyyat başa çatıb

12:56 30-04-2009




Əməliyyatı keçirən xüsusi təyinatlılar artıq binanın tərk ediblər

Azərbaycan Neft Akademiyasında terrorçuların zərərsizləşdirilməsi məqsədilə aparılan əməliyyat başa çatıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əməliyyatı keçirən xüsusi təyinatlılar artıq binanın tərk ediblər.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tədqiqat aparırlar. Hazırda olayın şahidi olan tələbələrdən ifadə alınır. Hələlik heç bir rəsmi məlumat verilmir.

Terrorçuların neçə nəfər olması da hələlik açıqlanmır.

Hadisə yerində olan polis əməkdaşlarının APA-ya verdiyi məlumata görə, binadan 5 meyit çıxarılıb, daha 3 nəfər isə xəstəxanada ölüb.

http://www.lent.az/news.php?id=22271
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:11
Сообщение #10


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Cərrah: “Ölən və yaralananların əksəriyyəti başından vurulub”

13:09 30-04-2009




1 saylı Təcili tibbi yardım xəstəxanasına Neft Akademiyasından 6 ölü, 7 yaralı gətirilib.

Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib.

O, bildirib ki, ölənlər və yaralananların böyük əksəriyyətinə güllə başından dəyib. Ölülərdən 2-si qadındır. Yaralıların isə 1-i Sudan vətəndaşı, 1-i Neft Akademiyasının professoru, 2-si isə qızdır. Hazırda meyitlər xəstəxananın morqunda ekspertizadan keçirilir.

Ə.Məmmədov ölən və yaralananların şəxsiyyətləri barədə ən yaxın müddətdə məlumatların veriləcəyini də vurğulayıb.

http://www.lent.az/news.php?id=22273
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:12
Сообщение #11


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Terrorçunun adı dəqiqləşdi-EKSKLÜZİV - YENİLƏNİB

14:10 30-04-2009




O, Bakıya martın 13-də gəlib

Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı tam dəqiqləşib.

Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olan Qədirov Fərda Əsəd oğludur. O, 1980-ci il dekabrın 8-də anadan olub. Bakıya isə bu il martın 13-də gəlib.

Ata Qədirovun müəllim olduğu və hazırda Moskvada yaşadığı deyilir.

Fərda Qədirovun şəxsiyyəti ilə bağlı əldə etdiyimiz başqa bir məlumatı isə hələlik rəsmən təsdiqlənmədiyi üçün yaymırıq.

Bundan əvvəl adıçəkilən Nadir Şirxan oğlunun bu hadisəyə hər hansı aidiyyəti olub-olmadığı bilinmir. Bəzi məlumatlara görə, o, hadisə zamanı həbs edilsə də, sonradan olaya aidiyyatı olmadığından sərbəst buraxılıb.


http://www.lent.az/news.php?id=22281
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:13
Сообщение #12


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



DİN və Baş Prokurorluq rəsmi məlumat yaydı

15:07 30-04-2009




Neft Akademiyasında törədilən terror nəticəsində 13 nəfər ölüb, 13 nəfər yaralanıb


Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı məlumat yayıb.


DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.


Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.


Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq, götürülüb.


İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olub, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar.


Həlak olan digər 1 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılıb Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyət göstərir.

Əlaqə telefonlarını nəzərinizə çatdırırıq:

Qərargah - 498-73-34
«Qaynar xətt» - 498 – 20 -25
590-91-15
590-96-15


http://www.lent.az/news.php?id=22287
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:13
Сообщение #13


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Terrorun şahidi: “O, tapançanı yerə qoyub, cibindən nə isə çıxardı...”

17:41 30-04-2009




Daha bir şahid Lent.az-a danışdı

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktını yaxından görən daha bir şahid Lent.az-a açıqlama verib. ADNA-nın birinci kurs tələbəsi Nazim Nəcəfov hadisəni belə nəql edib: “Dərslər saat 09.30-da başlayır. Birinci dərsin sonuna yaxın atəş səsləri eşitdik. Müəllim bu səsi eşidib, dəhlizə çıxdı. Biz tələbələr də çıxmaq istəyəndə müəllim icazə vermədi. Sonra müəllim otağa qayıtdı. Təxminən 15-20 dəqiqə sonra müəllim yenidən dəhlizə çıxarkən mən də onun arxasınca çıxdım. Dəhlizə çıxanda gördüm ki, orada əlində silah tutmuş bir nəfər var. O, silahı yerə qoyaraq, cibindən nə isə çıxarırdı. Bu an mən tez otağa qayıtdım. Uşaqlarla qapını arxadan bağladıq. Bundan sonra pəncərədən aşağı baxmağa başladıq. Əraziyə polis əməkdaşları gəldi. Mülki geyimli bir polis işçisi gəlib bizə dedi ki, artıq heç nə yoxdur, təhlükə sovuşub. Ancaq bundan sonra da atəş səsləri gəlirdi”.

http://www.lent.az/news.php?id=22306
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:15
Сообщение #14


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



ALLAH BUTUN ÖLENLERE REHMET ELESİN
AMİN
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Пиковая-Дама
сообщение 30.4.2009, 17:21
Сообщение #15


Знаток
****

Группа: Пользователи
Сообщений: 440
Регистрация: 19.8.2008
Из: Москва
Пользователь №: 3 947



Видио с места проишествия(


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Пиковая-Дама
сообщение 30.4.2009, 17:23
Сообщение #16


Знаток
****

Группа: Пользователи
Сообщений: 440
Регистрация: 19.8.2008
Из: Москва
Пользователь №: 3 947



Ещё
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Пиковая-Дама
сообщение 30.4.2009, 17:26
Сообщение #17


Знаток
****

Группа: Пользователи
Сообщений: 440
Регистрация: 19.8.2008
Из: Москва
Пользователь №: 3 947



Валлах дозулмез дертди((((((
Аллах бутюн оленлере рехмет елесин..йахынларынада гуч ве себр версин((
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Anita
сообщение 30.4.2009, 17:45
Сообщение #18


Развитый
***

Группа: Пользователи
Сообщений: 149
Регистрация: 9.6.2007
Из: BAKU
Пользователь №: 2 629



Cox dehwetli hadisedi.O qeder genc oldu.Dehwetdir.ALLAH REHMET ELESIN>AMIN
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 30.4.2009, 17:48
Сообщение #19


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb

18:29 30-04-2009





Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.

S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib


http://lent.az/news.php?id=22314
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
PLAGIAT_HOSE
сообщение 30.4.2009, 17:57
Сообщение #20


Развитый
***

Группа: Пользователи
Сообщений: 247
Регистрация: 12.12.2004
Пользователь №: 275



Allah hamsina rehmet elesin yalnish melumatdi 6 nefer yox cox rehmete geden olub orda olan adamin ozu deyir ki 3 nefer olub atesh eleyen ikisi xarici vetandash biri ise gurcusdan vetandash milliyeti ermeni olub bu melumati orda ishdirak eden bir nefer deyib onunda deqqiq deyib dememyini deqqiq bilmirem Allah hamsinin yerini cenet elesin en esasi odur ki Instutlarimizda nezaret demek olar ki hec yoxdu nece ola biler ki rahatliqla silahnan instuta daxil olub serbest bele bir deshetli cinayeti ishlediler((( Instus girishlerinde nezaret olsa bele sheylernen qarshilashmariq(((
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 30.4.2009, 18:10
Сообщение #21


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Allah rəhmət eləsin ölənlərə.
Yaralılarla yanaşı hadisənin şokunu yaşayan tələbə,müəllim və onların yaxınları da var.Allah onlara da kömək olsun....
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Keremcem
сообщение 30.4.2009, 18:25
Сообщение #22


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 76
Регистрация: 2.5.2008
Пользователь №: 3 790



Salam~~~ Bu dehsetli hadiseni esidende soka dusdum allah olen usaqlara rehmet saq qalanlara ise sefa versin valideyinlere ise sebr versin!!!!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
NORD
сообщение 30.4.2009, 20:43
Сообщение #23


Тихий Омут
****

Группа: Пользователи
Сообщений: 438
Регистрация: 6.11.2008
Из: Латвия
Пользователь №: 4 634



Как передает Trend, дежурный хирург Городской клинической больницы N1 Азиз Мамедов представил журналистам предварительный список пострадавших и погибших в результате стрельбы, открытой в четверг утром в Азербайджанской Государственной нефтяной академии.

Пострадавшие:
Фаик Рустамбеков,
Илькин Ширалиев,
Эльшан Мустафаев,
Мухаммед Мустафа,
Эльвин Джамиев,
Рахман Ахундов,
Кенан Исаев,
Бахтияр Джафаров (с легким ранением в ногу после оказанной медицинской помощи отпущен домой).

Погибшие:
Шефа Мамедова,
Талех Мамедов,
Джейхун (фамилия пока не уточнена),
Руслан Бабашев,
Аяз Багиров,
Эльвин Абдуллаев.

Личность одной женщины пока не установлена.
(IMG:http://bakulove.com/forum/style_emoticons/default/sad.gif) o proizwestiye podrobney na day.az....


http://www.youtube.com/watch?v=7tSBvYZc09M

Сообщение отредактировал NORD - 30.4.2009, 20:52
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
NORD
сообщение 30.4.2009, 20:58
Сообщение #24


Тихий Омут
****

Группа: Пользователи
Сообщений: 438
Регистрация: 6.11.2008
Из: Латвия
Пользователь №: 4 634



Цитата(NORD @ 30.4.2009, 21:43) *
Как передает Trend, дежурный хирург Городской клинической больницы N1 Азиз Мамедов представил журналистам предварительный список пострадавших и погибших в результате стрельбы, открытой в четверг утром в Азербайджанской Государственной нефтяной академии.
По предварительной версии, в результате случившегося погибли – Аяз Джаваншир оглу Багиров, Юсиф Тельман оглу Бандалиев, Тамелла Зульфугар гызы Азизова, Талех Тариел оглы Мамедов, Рамиз Халил оглу Абдуллаев, Шафа Афет гызы Мамедова, Меджнун Абдулвахид оглы Вахидов, Айна Аббасгулу гызы Гурбанова, Савалан Аллахверди оглы Джаббаров, Эмин Имамали оглы Абдуллаев и Руслан Бабашов. Личность одного погибшего устанавливается.

В результате трагедии пострадали – Мустафа Мухаммед (гражданин Судана), Сеид Ахмед Амури (Гражданин Судана), Даас Муавия (гражданин Сирии), Рахман Ахундов, Земфира Гусейнли, Сабина Гурбанова, Эльшан Мамедов, Эльвин Джабиев, Кянан Исаев, Фаиг Рустамбеков, Илькин Ширалиев, Эльшан Мустафаев и Бахтияр Джафаров.



(IMG:http://bakulove.com/forum/style_emoticons/default/sad.gif) o proizwestiye podrobney na day.az....


http://www.youtube.com/watch?v=7tSBvYZc09M



((((((((((((( izvinite za owibki, ya prosto v woke...

Сообщение отредактировал NORD - 30.4.2009, 21:03
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Anita
сообщение 30.4.2009, 21:12
Сообщение #25


Развитый
***

Группа: Пользователи
Сообщений: 149
Регистрация: 9.6.2007
Из: BAKU
Пользователь №: 2 629



13 nefer deyirler demeyine amma 13-den coxdu.Mene maraqlidir axi niye deqiq sayini gizledirler olenlerin?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

4 страниц V   1 2 3 > » 
Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 11.12.2018, 6:54