IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Azərbaycanın adət və ənənələri, Традиции и обычаи народов Азербайджанской Республики.
Dikiy
сообщение 26.4.2011, 12:49
Сообщение #1


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 81
Регистрация: 3.8.2004
Пользователь №: 126



Azərbaycanin ADƏT və ƏNƏNƏLƏRİ

Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcüddur.
Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, keçələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O, ən əziz qonaq sayılırdı və hər bir şey, hətta qadınlar da onun ixtiyarına verilirdi. O dövrdə xarici ələmlə əlaqə olmadiğı üçün qəbiləyə gələn hər bir adam yeni xəbərlər carçısı kimi hörmətlə qəbul edilirdi. Homer dövründə Yunanıstanda özgə yerdən gələn bütün adamları Zevsin himayəsində olan bir qonaq kimi qəbul edirdilər. Evə gələn hər bir qonağı çimdirir, ona təzə paltar geydirir, sonra yedirirdilər. Yalnız bir neçə gün keçəndən sonra adını və hansı qəbiləyə mənsub olduğunu soruşurdular. Bə’zi ölkələrdə, məsələn, qədim Romada, qonaqpərvərlik xüsusi müqavilənamələr əsasında icra edilirdi. Orta qsrlərdə qonaqpərvərlik adəti almanlar, slavyanlar və bir sıra başqa xalqlarda ciddi gözlənilirdi və qədim formasını saxlamışdır.
Azərbaycan xalqının da lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Bu adətlər indi də davam edir. Xalqımız qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur. Azərbaycan qonaqpərəstliyi vaxtı ilə Yaxın Şərqdə və Rusiyada geniş şöxrət qazanmışdı. 1 Pyotrun Dərbənddə yaşayan azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan əhalisi, Şamaxı hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujevin Quba, M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribançasına qarşılanması və onlara göstərilən qonaqpərvərlik buna misal ola bilər. Beryozin bu barədə yazmışdı: “Allaha şükür ki, azərbaycanlıların bütün işləri onların qonaqpərəstliyinə bənzəmir. Qonaqlıqdan sonra adamda can qalmır”.

Сообщение отредактировал Dikiy - 26.4.2011, 12:54
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 14)
Dikiy
сообщение 26.4.2011, 12:55
Сообщение #2


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 81
Регистрация: 3.8.2004
Пользователь №: 126



XVII əsrin əvvələrində Şamaxı hakimi Abdulla xanın yanına ticarət əlaqələri üçün gəlmiş ingilis missionerləri Antoni Cenkinson və Olkok şərəfinə verilən qonaqlıqda 290 cür yeməyin süfrəyə gətirilməsi xalqımızın qonaqpərvərliyinin gözəl nümunəsi ola bilər. Bu missionerlər gördüklərini ingilis dilində öz səyahətnamələrində yazmış və bütün Avropanı xalqımızın bu nəcib adətilə tanış etmişlər.
1684-cü ilin əvvəlində Suraxanıdakı yanar odlara tamaşa etmək üçün gələn səyyah Kempfer Binə camaatı tərəfindən qonaq aparılır. O ozü bu barədə belə yazır: “Axşam düşəndə biz Binə camaatının qonaqpərəstliyinin şahidi olduq. Onlar bizi çirkin karvansarada gecələməyə qoymadılar. Kənddə əhali bizi mehribanlıqla qarşılayıb, xalçalarla bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhali bizi salamlamaq üçün axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirmişdilər. Gecədən xeyli keçənə qədər camaat bizimlə söxbət etdi, musiqi çaldılar, oxudular, oynadılar və s.”.
Dağlarımızda yolunu azan, yorulan, bivaxt gələn və gecəyə düşən səyahətçilər və yolçular üçün tikilmiş “aman evləri” qədim bir dövrün yadigarı kimi zəmanəmizə qədər gəlib çatmışdır. Bu da qonaqpərəstliyin başqa bir təzahürüdür. Xalqımız qonağa nəinki öz evində hörmət etmiş, hətta çöldə qalarkən ona sığınacaq yeri də vermişdir.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Dikiy
сообщение 17.3.2015, 15:59
Сообщение #3


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 81
Регистрация: 3.8.2004
Пользователь №: 126



Salam.
Mənə çox maraqlıdır bu çərşənbə "bayramını" niyə həftənin 2-ci günü keçirirlər?
Axı çərşənbə günü 3-cü gündür.
Necə ki cümə 5-ci, cümə axşamı isə 4-cü gündür. Onda elə cüməni də cümə axşamı günü keçirsinlər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 17.3.2015, 17:09
Сообщение #4


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 942
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Цитата(Dikiy @ 17.3.2015, 15:59) *
Salam.
Mənə çox maraqlıdır bu çərşənbə "bayramını" niyə həftənin 2-ci günü keçirirlər?
Axı çərşənbə günü 3-cü gündür.
Necə ki cümə 5-ci, cümə axşamı isə 4-cü gündür. Onda elə cüməni də cümə axşamı günü keçirsinlər.

Həftənin ikinci günü keçirilən bayram çərşənbə adlanmır, çərşənbə axşamı adlanır, bu da şərq alimlərinin təqviminə əsasən il həmin gün hasil olunduğu üçün.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 18.3.2015, 8:46
Сообщение #5


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Цитата(Dikiy @ 17.3.2015, 15:59) *
Salam.
Mənə çox maraqlıdır bu çərşənbə "bayramını" niyə həftənin 2-ci günü keçirirlər?
Axı çərşənbə günü 3-cü gündür.
Necə ki cümə 5-ci, cümə axşamı isə 4-cü gündür. Onda elə cüməni də cümə axşamı günü keçirsinlər.


İslamda Cümə günü elə dördüncü gün başlayır (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif) Cümə axçamı ona görə deyilir ki, əsr namazından sonra artıq yeni gün başlayır (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif) Və həmən gün də cümə axşamının gecəsidir.Ona görə cümə axşamı adlanır.. (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 18.3.2015, 12:07
Сообщение #6


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 756
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Məncə hər il bir az daha "tentənəli" keçirilir bayramlar. Əvvələr çərçənbə bayramı belə qeyd olunmazdı. Mən hərbi xidmətdə cənub zonasında olmuşam. Orda axır çərşənbə novruz bayramından daha şən keçirilirdi. İndi Bakıda həm də rayonlarda axır çərşənbə əməlli başlı bayram kimi qeyd edilir.

Yadımdadır uşaq vaxtı tonqal yandırardıq rayonda. Özü də bizdə həftənin 3-cü günü yandırardılar tonqalı. Niyə 3-cü gün oldugunu mən də bilmirəm.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 18.3.2015, 13:06
Сообщение #7


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Çərşənbə sözünün yaranması ilə bağlı bu gün bir məqalə oxudum..Hər bir halda bu da bir versiyadır...Bu səbəbdən həmin məqaləni olduğu kimi burda yerləşdirirəm...



Çərşənbə sözü necə yaranıb?

Ermənilər lavaş sözünü
öz dillərində izah etmək
üçün çox mənasız
"dəlillər" gətirirlər . Guya
"lavaş" sözü iki erməni
( law - yaxşı , xoş və aş -
qida ) sözlərinin
birləşməsindən yaranıb .
Halbuki "aş " öz sözümüzdür . Ta qədimdən
dilimizdə həm duru yemək , həm də plov
anlamında işlənir.
Sözsüz ki , lavaş sözünün ermənilərə heç bir dəxli
yoxdur . Bizim dilçilərin lavaş sözünün mənşəyi
barədə fikirləri mənimçin də maraqlı olardı . Fakt
budur ki , rus dilində işlənən lapşa sözü ( əriştə,
xəmiraşı ) bizim dilimizdən keçib. Lapşa sözü
lavaş sözündən yaranıb .
Maraqlıdır ki , yəhudilər " yoğurulmuş xəmir " ə " laş "
deyirlər . Göründüyü kimi , " laş " ilə lavaş sözü
arasında həm fonetik , həm də leksik əlaqə
vardır.
Yeri gəlmişkən , şabbat günü laş yaymağa ,
bişirməyə ( ümumiyyətlə, xəmir yayma, əkin , şum
işləri, un ələmə , buğda səpmə, çörək bişirmə və
s .) qadağa qoyulardı . İnanclarına görə ( qutsal
kitabımıza görə də ) , Allah yeri- göyü 6 günə
yaradıb . Buna görə də şabbatdan başlayaraq
bazar günü də daxil olmaqla bütün canlı aləm
dincəlməlidir .
Rus dilindəki " subbota" sözü " şabbat " la bağlıdır .
Dilimzdə işlətdiyimiz guya fars mənşəli " şənbə "
sözü də əslində yəhudi mənşəli şabbat sözündən
yaranmışdır. Maraqlıdır ki , qədim romalılıar şənbə
gününü Saturna həsr edirdilər. İngilis dilindəki
" saturday" sözü həmin ritualla bağlıdır .
Maraqlıdır , bəs çərşənbə sözü necə yaranıb ?
Çahar + şənbə, yoxsa elə çər + şənbə? Əlbəttə,
çahar şənbə ! Yəni , köhnə ilin dördüncü və
sonuncu ( torpaq ) ünsürü məhz bu əziz günə ,
daha doğrusu çərşənbə ( 4 şabbat ) axşamına
təsadüf edir .
Burada təsadüfi və səbəbsiz heç nə yoxdur . Əgər
əcdadlarımız 4 ünsürün bu sonuncu gününü -
torpaq çərşənbəsini bayram ediblərsə , deməli,
digər bölgələrimizdə də qeyd olunmalıdır. Çünki
köhnə ilin son çərşənbə axşamını qeyd edir və
yola salmağa hazırlaşırıq .
Köhnə il ayın 20- si bitəcək və 21- i təzə il daxil
olacaq. Bu , o deməkdir ki , gecə ilə gündüz şənbə/
şabbat günündə bərabərləşəcək . Çərşənbə
axşamı və şənbə ( şabbat , şubat , sabt , subbota,
saturn, saturday) sözləri arasında əlaqə buradan
qaynaqlanır.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 28.8.2015, 21:51
Сообщение #8


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Adətlər var! Mənasız,lazımsız ən əsas da biyabırçı(( Elə adətlər var ki,hələ indi indi eşidirəm və şok oluram ((
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 1.9.2015, 8:28
Сообщение #9


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 942
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Цитата(Viktorina @ 28.8.2015, 22:51) *
Adətlər var! Mənasız,lazımsız ən əsas da biyabırçı(( Elə adətlər var ki,hələ indi indi eşidirəm və şok oluram ((

Hansılardı?))
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 17.9.2015, 21:58
Сообщение #10


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Цитата(Viktorina @ 28.8.2015, 22:51) *
Adətlər var! Mənasız,lazımsız ən əsas da biyabırçı(( Elə adətlər var ki,hələ indi indi eşidirəm və şok oluram ((



Dünyanın özündən deyən xalqlarının elə adət-ənələri var ki, eşitsən şok nədi, komaya düşərsən. Bizdə bəzi köhnəlmiş, arxaik adətlər olsa belə şoka düşüləsi adətimiz yoxdu.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 21.9.2015, 0:34
Сообщение #11


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Цитата(BAKINKA @ 1.9.2015, 8:28) *
Hansılardı?))


Deyiləsidilər ki?

Цитата(Sweet Dream @ 17.9.2015, 21:58) *
Dünyanın özündən deyən xalqlarının elə adət-ənələri var ki, eşitsən şok nədi, komaya düşərsən. Bizdə bəzi köhnəlmiş, arxaik adətlər olsa belə şoka düşüləsi adətimiz yoxdu.


Xanım Sweet, digər xalqıarın da adətlərindən xəbər alanda bir neçə saniyə (bəlkə 1dəqiqə falan) keyimişdim )) şoka isə məcazi mənada düşmüşəm)



Etiraz edən kimi də, bir ağbirçək burdan, bir ağsaqqal ordan "adətdi də,lazımdı da" deyib, "guya" məsləhət edirlər.
Mənasız adətləri lazım bilirlər.Etiraz edənə pis baxırlar. Mənə belə adamlar normal gəlmir.
Xüsusən də, savadlı insanları belə mənasız adətlərə əməl edən görəndə lap dəli oluram...Deyirəm, daha digərlərinə niyə təəcüblənirəm ki? Desək ki, dində bu var,buna əməl etmək lazımdır,heç etməzlər.Desək ki, konstitusiyada filan maddəyə əsasən filan şeyə riayət etmək vacibdir, etməzlər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 21.9.2015, 20:50
Сообщение #12


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Цитата(Viktorina @ 21.9.2015, 1:34) *
Deyiləsidilər ki?
Xanım Sweet, digər xalqıarın da adətlərindən xəbər alanda bir neçə saniyə (bəlkə 1dəqiqə falan) keyimişdim )) şoka isə məcazi mənada düşmüşəm)
Etiraz edən kimi də, bir ağbirçək burdan, bir ağsaqqal ordan "adətdi də,lazımdı da" deyib, "guya" məsləhət edirlər.
Mənasız adətləri lazım bilirlər.Etiraz edənə pis baxırlar. Mənə belə adamlar normal gəlmir.
Xüsusən də, savadlı insanları belə mənasız adətlərə əməl edən görəndə lap dəli oluram...Deyirəm, daha digərlərinə niyə təəcüblənirəm ki? Desək ki, dində bu var,buna əməl etmək lazımdır,heç etməzlər.Desək ki, konstitusiyada filan maddəyə əsasən filan şeyə riayət etmək vacibdir, etməzlər.


Çox Hörmətli Viktorina xanım:)

Bəlkə o "şokedici" adətlərdən bir neçəsini qeyd edəsən, müzakirə edək? Bəllə həqiqətən də elə adətlər var ki, mən eşitməmişəm? ))
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 23.9.2015, 15:48
Сообщение #13


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Цитата(Sweet Dream @ 21.9.2015, 20:50) *
Çox Hörmətli Viktorina xanım:)

Bəlkə o "şokedici" adətlərdən bir neçəsini qeyd edəsən, müzakirə edək? Bəllə həqiqətən də elə adətlər var ki, mən eşitməmişəm? ))


Camaat arasında adi haldır.Lakin mənim aləmimdə adi deyil.Həmin insanlara anlatmaq lazımdır ki, bu adət dediyiniz əməllər mənasız,lazımsızdır və bəziləri ayıbdır.
Ümumiyyətlə iki insanın evliliyində niyə bu qədər iş var bilmirəm))) Halbuki, zaks+kəbin=evlisən)


Xanım Sweet, sizin son rəyinizdən sonra googlda bir axtarış verdim)


Güzgü söhbəti))

Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qızgilə bəxtgüzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız soldışının əlində gəzdirilir. Ona baxan gəlin, guya gözdolusu "gələcək ağ günlərini" görür, güzgü onun önündə aparıldıqda isə "cəmi xəta-bəladan, bədnəzərdən" qorunur.

Gərdək gecəsi, adət üzrə, bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir.

İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya da evlənlərdən biri tezliklə ölər.

Vaxtilə gəlinlik paltarında mühüm əhəmiyyət kəsb edib, ərə verilən gəlin qıza ata-anası tərəfindən cehiz əşyalarından biri tək bağışlanan belbağının adı. Onsuz qız köçürmək, bir adət olaraq, qeyrətsizlik hesab olunurdu.

Sonra üzə çıxdı,üçgünlük,gəlinin 40günlüyü və s...

Сообщение отредактировал Viktorina - 23.9.2015, 16:14
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.9.2015, 11:19
Сообщение #14


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Salamlar her kese umumiyyetle inanclari adet-enenelere aid etmek olar yoxsa yox? (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 5.10.2015, 22:04
Сообщение #15


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Цитата(Алкаш @ 28.9.2015, 11:19) *
Salamlar her kese umumiyyetle inanclari adet-enenelere aid etmek olar yoxsa yox? (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif)


Salam.
Heç birinin məntiqi mənası yoxdur. İkisi də eyni şeydir)
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 24.6.2018, 1:18