IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Milli Kitab Mükafatı., Национальная Книжная Премия.
Andromeda
сообщение 10.1.2010, 23:32
Сообщение #1


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 85
Регистрация: 1.1.2010
Из: Sozvezdiya "Andromeda"
Пользователь №: 5 126



Bu günlərdə kitabın yada düşdüyünü görmək necə də gözəldir. Məsələ bundadır ki, Milli Kitab Mükafatı təsis edilib. Mükafatın təsisçisi “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar xanım Köçərlidir. Qalibə 3 min manat pul mükafatı nəzərdə tutulub. Ikinci yeri tutan 2 min, üçüncü yeri tutan müəllif isə 1000 manat həcmində mükafat alacaq.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 3)
BAKINKA
сообщение 10.1.2010, 23:36
Сообщение #2


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Bəs mükafatı əldə etməyin yolları nədir?Yəni müsabiqənin məğzi nədən ibarətdir?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Andromeda
сообщение 10.1.2010, 23:41
Сообщение #3


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 85
Регистрация: 1.1.2010
Из: Sozvezdiya "Andromeda"
Пользователь №: 5 126



Milli Kitab Mükafatı müsabiqəsinə 200-dən çox nəsr əsəri daxil olub. "Media forum" saytı xəbər verir ki, mükafatın təsisçisi Nigar Köçərli əsərlərin qəbulu başa çatdıqdan sonra toplanmış bütün materialların ekspert şurasına təqdim olunacağını bildirib. Şura artıq formalaşıb və adlar gizli saxlanır.

Dekabrın 31-dən sonra ekspertlər bütün əsərləri qiymətləndirəcək və 2010-cu ilin yanvarın 26-da 20 ən yaxşı əsər (uzun siyahı) seçilib elan olunacaq.

Fevralın 10-da isə 10 ən yaxşı əsər (qısa siyahı) seçilib münsiflər heyətinə təqdim olunacaq. Həmin siyahılar kütləvi informasiya vasitələrində dərc ediləcək. Bundan başqa, həmin 10 əsərdən ibarət kitab nəşr olunacaq, dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanacaq.

Münsiflər heyətinin yekun rəyi əsasında seçilmiş qaliblər 2010-cu il mayın 1-də mükafatlandırılacaq. Birinci yerin qalibinə 3000 manat, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerin qalibinə 1000 manat mükafat veriləcək. Milli Kitab Mükafatı çərçivəsində “Qarant Sığorta” şirkəti sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat mükafat və mənzilinin 100 min manat dəyərində sığortası hədiyyə olunacaq. Gənclər və İdman Nazirliyi isə gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1000 manat dəyərində öz mükafatını təsis edib.

Mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi və “Pen-klub”un sədri Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, yazıçı Afaq Məsud, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radiosunun rəhbəri Elnur Baimov təmsil olunurlar.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 10.2.2010, 12:34
Сообщение #4


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Bu gün “Əli və Nino” kafesində Milli Kitab Mükafatı üzrə “onluğu” elan edilməsinə həsr olunan mərasim keçirilib.
Mükafatın təsisçisi Nigar Köçərli ekspertlər şurasının rəyini açıqlayıb.

Sonra o, “onluğa” düşən naşirlərin adlarını elan edib:

1. Şərif Ağayar (“Kərpickəsən kişinin dastanı” povesti)
2. Əlabbas Bağırov (“Qiyamçı” romanı)
3. Nəriman Əbdürrəhmanlı (“Yalqız” romanı)
4. Samid Əliyev (“Sem şaqov v napravlenii zakata” povesti)
5. Eyvaz Əlləzoğlu (“Odunçu geri qayıdır” romanı)
6. Elxan Qaraqan (“A” romanı)
7. Kamran Nəzirli (Hekayələr toplusu)
8. Əjdər Ol (Portret hekayələr)
9. Rafiq Tağı (Hekayələr toplusu)
10. Fəxri Uğurlu (Hekayələr toplusu).

Bu əsərlər qiymətləndirilməsi üçün Münsiflər Heyətinə təqdim olunacaq. Münsiflər Heyəti ən yaxşı 3 əsəri müəyyənləşdirəcək, may ayında mükafatların təqdimetmə mərasimi keçiriləcək.

/lent.az/
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 12:27