«дравствуйте, гость ( ¬ход | –егистраци€ )

> Əziz Nesin- tanınmış türkiyəli yazar, publisist və dramaturq., јзиз Ќесин - известный турецкий писатель, драматург и публицист.
Sweet Dream
сообщение 8.2.2015, 22:07
—ообщение #1


—ердце ‘орума
******

√руппа: ѕользователи
—ообщений: 747
–егистраци€: 22.1.2015
»з: Baku
ѕользователь є: 6 068



Bilmirəm, bu yazıçının yaradıcılığı ilə tanışsınız ya yox, mən hələ orta məktəbdə oxuyarkən onun "Sürgündən xatirələr" avtobioqrafik kitabını oxumuşdum. Bu yazıçının əsərlərini oxuyub gülməmək, eyni zamanda da düşünməmək mümkün deyil. Cəmiyyətim bütün iç üzünü satirik dillə qələmə alan yazıçının əsərləri bu güm də öz aktuallığını qoruyub saxlayır...

Oxuyun, gülün və düşünün (IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif)


Sizin ölkədə eşşək yoxdurmu?(hekayə) ;)))

Dişi ağrıyır kimi, bir əli üzündə başını sağa-sola
yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına
vurur, bir yandan da:
Ч Tüff, rüsvayı-cahan olduqЕ- deyə deyinirdi.
O, əslində çox nəcib bir adamdır. Qapıdan girər-girməz,
salam vermədən belə deyinməsinə çox təəccüb etdim.
Ч Xoş gəldiniz, Ч dedim Ч buyurun, rica edirəm oturun.
Ч Rəzil olduq, rəzilЕ
Ч Necəsiniz?
Ч Necə ola bilərəm? Biabır olduqЕ biabırЕ Yəqin başına
bir fəlakət gəlmişdi. Bəlkə də ailəsinə bir bədbəxtlik üz
vermişdiЕ
Ч Yerin dibinə girdik, məhv olduqЕ
Ч Axı nə üçün? Nə olmuşdur?
Ч Daha nə olacaq. Bir qotur eşşəyi kişiyə iki min beş
yüz lirəyə satdılarЕ
Üzünə diqqətlə baxdım: Yoxsa dəli olmuşdu? Qorxumu
gizlətmək istəmədim. Arvadı çağırmaq üçün bəhanə
edərək:
Ч Qəhvə içərsinizmi? Ч dedim.
Ч Qəhvə-zad yeri deyil. Rüsvay olduqЕ Bir nalsız qart
eşşək iki min beş yüz lirəyə verilər?
Ч Heç eşşək satmadığım üçün bu qiymətin artıq-əskik
olduğunu deyə bilmərəm.
Ч Canım, mən də eşşək çovdarı deyiləm. Amma bir
eşşəyin iki min beş yüzə getmədiyini bilirəm.
Ч Deyəsən əsəbləriniz pozulmuşdur?
Ч Pozular daЕ Mənim əsəbim pozulmasın kiminki
pozulsun? Siz eşşəyin bu qədər baha satıldığını
görmüsünüzmü?
Ч İyirmi ildən çox olar ki, heç eşşək görməmişəm.
Ч Mən sizə eşşəyi görüb-görmədiyinizi yox, onun belə
məbləğə satıldığını deyirəm.
Ч Vallahi nə deyimЕ Ləyaqətli eşşək bəlkə o qiymətə
gedəЕ
Ч Canım eşşək Ч eşşəkdir. Nə ləyaqətbazlıqdır. O,
durub nitq söyləməyəcək ki? Üstəlik həm qotur, həm də
qartЕ Elə baha qiymətə satdılar. Həm də işin ən pis
cəhəti odur ki, bunda mənim də iştirakım var.
Ч Nə deyirsən?
Ч Bəli. Elə mən sənə bunu demək üçün gəlmişəm. Sən
yəqin bilirsən ki, Amerikanın dəvəti üzrə mən İstanbul
universitetindən bir illiyə oraya ezam edilmiş və
xanımımı da özümlə aparmışdım.
Ч Onu bilirəm.
Ч Amerikada bir professorla dost oldum. Mənə çox
kömək etdi. Çox yaxşılığı keçdi. Qayıdıb gələndən sonra
onunla məktublaşdıq. O, Türkiyəni sevən, türklərə dost
olan bir adamdır. Məktublarının birində antik xalı
mütəxəssisi olan bir dostunun öz əsəri üçün tədqiqat
aparmaq məqsədilə Türkiyə gələcəyini yazıb ona kömək
edib-edə bilməyəcəyini soruşurdu.
Mən də tətil vaxtında buraya gələrsə, məmnuniyyətlə
ona yoldaşlıq edəcəyimi yazdım.
Hindistan və İranda tədqiqat aparandan sonra o, iyul
ayında gəlib çıxdı.
O düşdüyü oteldən mənə telefon etdi, mən də onun yanı≠
na getdim. O, əslən almaniyalı olan amerikan idi.
Deyəsən yəhudi idi.
Bura gəlməmişdən əvvəl gəzdiyi yerlərdən dörd böyük
çamadan dolusu xalı, heybə və kilim gətirmişdi.
O, çamadanlarını açıb buradakı şeyləri mənə göstərdi.
O, bu şeyləri tapmasından çox məmnun halda bunların
ölçülməz dərəcədə qiymətli olduğunu söylədi.
Bu şeylərin arasında üç qarış eni, beş-on qarış uzunu
olan köhnə xalı parçasını göstərərək onun azı otuz min
dollar qiyməti olduğunu, bir iranlı kəndlidən cəmisi bir
dollara satın aldığını və bu zaman həmin kəndlinin pulu
alarkən xeyli təəccüb etdiyini dedi.
Mən bu xalı parçasının nədən bu qədər baha olduğunu
soruşdum.
ЂÇünki Ч dedi, Ч bunun hər kvadrat santimetrində
səksən ilmək var. Bu bir şah əsərdirї.
O, böyük ehtirasla bu məsələ haqqında danışır və
dünyada bir kvadrat santimetrdə yüz ilmək olan xalının
mövcud olması, dünyanın hansı muzeyində isə asılması
haqda da deyirdiЕ
Sonra mənə bir keçə göstərdi. ЂBunu Ц dedi Ч əlli
sentə aldım.
Bunun isə azı beş min dollar qiyməti varї. Mən ondan
belə bahalı şeyləri nə yolla bu qədər ucuz ala bildiyini
soruşdum.
Ч Qırx ildir ki, bu sahədə çalışıram, Ч dedi. Ч Bizim də
özümüzə görə üsulumuz var.
O sonra mənə bu üsullar haqqında məlumat verdi.
Ağzım açıla qaldı. Xalıçılıq sənəti, dünyanın ən yüksək
sənətiymiş.
O xalı haqqında iki albom, üç kitab nəşr etdirib.
Dünyada olan bir neçə qiymətli xalı kolleksiyasının birinə
də onun özü sahibmiş.
Biz sonra onunla Anadolunu gəzməyə çıxdıq. Vilayətləri,
qəzaları gəzirdik. O, məscidlərdə qiymətli hesab etdiyi
xalıların rəngli fotolarını çəkir, qeydlər edirdi.
Bir neçə adamdan köhnə heybə, xalı, keçə və kilim də
satın aldı. Dediyinə görə burada aldıqları başqa Şərq
ölkələrində aldığı şeylərin hamısından qiymətli imiş.
Arxeoloji qazıntılar aparılan bir yerə də gəldik.
Amerika və alman arxeoloqları bir-birindən beş-on
kilometr aralı düşərgələr qurmuş, qazıntı işləri
aparırdılar. Onlar yerin altını üstünə çevirmiş, dağları,
təpələri həllac pambığı halına salmışdılar.
Bir qəsəbə genişliyi olan bu qazıntı ərazisində
eramızdan on əsr əvvəldən başlamış, bu günə qədər bir
neçə mədəniyyət yaranıbmış və torpağın altında üst-
üstə qalıblarmış.
Onlar yerin altında bir neçə şəhər kəşf etmiş, orada
saraylar, qəbirlər tapmışdılar.
Tarix və arxeologiya ilə maraqlanan çoxlu xarici turist
maşını da burada qaynaşırdı. Hər iki-üç kilometrdə beş-
on turistə rast gəlmək olurdu.
Ətrafdakı kəndlərin sakinləri buraya toplaşır, yer altından
tapdıqları saxsı parçalarını bu turistlərə satır, turistlər bu
şeyləri qapışdırırdılar.
Kəndli uşaqları da yol boyuna düzülərək qazıntı yerindən
tapdıqları halqaları, yazılı daşları, qab-qacaq qırıqlarını
ЂVan dalırї, ЂTuu dalırї- deyə bağıra-bağıra turistlərin
dalınca qaçırdılar.
Buralara qədər gəlib çıxdığım üçün mən də yadigar bir
şey alım Ч dedim. On yaşı ancaq olan bir qızın əlində
bir vazo qulpu, yanındakı oğlanın əlində isə adam
başına oxşayan mavi rəngli kiçik bir daş vardı. Bu yəqin
üzük daşı idi.
Ч Bunlar neçəyədir, bala? Ч deyə soruşdum.
Qız vazonun qulpu üçün qırx lirə, oğlan isə daş üçün on
beş lirə istədi. Bu şeylərin həmin məbləğə dəyib-
dəymədiyini bilmədiyimə baxmayaraq:
Ч Bahadır, Ч dedim.
Onlar böyük adamlar kimi bu şeylərin heç də baha
olmadığını, atalarının bu şeyləri beş metr dərinlikdə
tapdığını dedilər.
Bu şeyləri almaq istəyirdim ki, amerikalı mütəxəssis
onların heç bir tarix və arxeoloji dəyəri olmadığını,
Şərq ölkələrində kəndlilərin Avropa və Amerikadan gələn
turistləri aldadıb belə şeyləri satdıqlarını söylədi. Onun
dediyinə görə bu hiyləgər kəndlilər məşhur arxeoloqları
belə aldatmağı bacarırlar.
Hətta bir dəfə ölü bir it leşinin tüklərini qırxaraq onu bir
hökmdarın mumiyası adı ilə amerikalı turistə sata
bilmişlər.
Biz kirələdiyimiz Cip maşınında gedirdik. Hava çox bürkü
idi. Yol kənarında üç qovaq ağacı altındakı quyunu
görəndə dayandıq.
Kölgədə oturub nahar etmək istəyirdik. Orada bir kəndli
uzanmışdı. Onun yaxınlığında isə bir eşşək otlayırdı.
Biz qoca ilə salamlaşdıq və onunla danışmağa başladıq.
Mən onun dediklərini amerikalı üçün ingiliscəyə
çevirdim.
Ч Buradakı kəndlərdə ən çox nə yetişir?
Kəndli:
Ч Heç bir şey Ч deyə cavab verdi. Ч Əvvəllər burada
əkin-biçinlə məşğul olardılar, taxıl yetişərdi. Amma bu
qazıntılar başlayalı 20 ildir ki, hamı tənbəlləşib, daha
heç bir şey əkmirlər.
Amerikalı:
Ч Eynən başqa yerlərdə də belədir, Ч dedi.
Ч Bəs bu yerlərin adamları nə ilə keçinirlər? Ч deyə
soruşdum.
Ч Yerin altından qab-qacaq qırığı, daş-maş çıxardıb
bura doluşan əcnəbilərə satırlar.
Amerikalı:
Ч Eynən başqa yerlərdə olduğu kimi, Ч deyə təkrar etdi.
Ч Bizim bu yerlərin adamları yaman xarab olublar.
Ölkənin bütün xəzinələrini su qiymətinə əcnəbilərə
satdılar. Yerdən çıxan şeylər əsil dəyərinə satılsa idi on
belə Türkiyəni abad etmək olardı. Oğrular bura doluşub.
Torpaq altından çıxan qiymətli antik şeyləri oğurlayıb
xarici ölkələrə aparırlar. Bu şeylərin bəzisini özləri qazıb
çıxarır, bəzilərini də kəndlilərdən alırlar.
Amerikalı yenə onun sözünü təsdiq etdi.
Kəndli sözünə davam edərək:
Ч Daha, Ч dedi, Ч torpağın altında çıxarmağa bir
zəhrimar da qalmayıb. Əcnəbilər indi nə oğurlayırsa, onu
hökumətdən oğurlayırlar.
Mən:
Ч Bəs kəndlilər indi nə ilə dolanırlar? Ч deyə soruşdum.
Ч Heç onu soruşmaЕ Buralarda altı kənd var. Evlərinə
getsən, çır-çılpaq. Heç bir şey görə bilməzsən. Nə su
qabı, nə səhəng, nə çanaq qalmışdır.
Ч Nə üçün belə?
Ч Ona görə ki, hər şeyi bu turistlərə satırlar. Evlərdə
qiymətli bir şey qalmamışdır.
Hər nə varsa adını antik şey qoyub satırlar. Adamlar
yaman korlanıb. Dünən, əl boyda bir uşaq mənim
eşşəyimin boynundakı muncuqları oğurlayıb.
O, bunları aparıb əvvəl torpağa basdıracaq, sonra da
oradan çıxardıb antik şeydir Ч deyə satacaq. Evlərdəki
gəlinlik qızlar da bicləşiblər.
Əllərinə keçən hər daşı məharətlə ovur, onlara cürbəcür
şəkillər verib satırlar. Onlar eşşək nalından medallar,
köhnə pullar qayırmağı da bacarırlar.
Amerikalı yenə başqa ölkələrdə də belə etdiklərini təsdiq
elədi.
Mən qoca kəndlidən:
Ч Bəs sən nə ilə dolanırsan? Ч deyə soruşdum.
Ч Mən eşşək çovdarıyam Ч dedi.
O bunu deyib quyudan su çəkdi və eşşəyə verdi. Eşşək
su içərkən amerikalı birdən yerindən sıçrayıb eşşəyin
yanına getdi. Mən isə kəndli ilə söhbətimi davam
etdirdim.
Ч Eşşək alıb-satmaqla keçinə bilərsənmi?
Ч Şükür allahaЕ beş ildir bu işlə dolanıram.
Ч Məsələn, nə qədər qazanırsan?
Ч Bu alıb-satdığım eşşəkdən asılıdır.
Ч Bir eşşəyi nə qədər vaxta sata bilərsən?
Ч Bunu da bilmək olmaz. Bəzən üç ay, beş ay bir eşşək
satılmır, bəzən də görürsən bir gündə beş eşşək
satmısanЕ
Amerikalı yanıma qayıtdı. Çox həyəcanlı idi.
Ч Eşşəyin üstündə bir xalı parçası var, görmüsənmi?
O, ingiliscə danışdığı üçün kəndli onu başa düşmürdü.
Mən baxdım. Eşşəyin dalında çox köhnə, palçıqlı bir çul
vardı.
Ч Sən bu çirkli cındırı deyirsən?
Ч Sən nə danışırsan? Bu bir xariqə, bir şah əsərdir. Siz
kəndli ilə söhbət edəndə mən xalını diqqətlə gözdən
keçirdim. Onun rəngi də işi kimi çox qiymətlidir. Hər
santimetrində düz yüz ilmək var. Dünyada buna bənzər
bir şey görünməyib. Onu almaq istəyirsən?
Ч Əlbəttə! Amma kəndli onu alacağımı bilməməlidir,
Mən bunları yaxşı tanıyıram. Bir şeyini almaq istəsən,
antik şey hesab edib üstünə dünyanın qiymətini
qoyacaqlar. Nə qədər pul versən gözləri doymaz. Ona
görə elə edək ki, o əsil məqsədimizi başa düşməsin.
Kəndli bizə baxıb:
Ч Bu kafir nə qırıldadır? Ч deyə soruşdu.
Ч Heç, Ч dedim, Ч bu yerlərdən xoşu gəldiyini deyir.
Ч Burada xoşa gələn nə var ki? Çılpaq kirəcli təpələrdir.
Amerikalı mənə:
Ч Sizə antik şeyləri ucuz ala bildiyimi demişdim. İndi
bax, yenə bu fəndimi işə salacağam.
Ч Necə edəcəksiniz?
Ч Xalının adını belə çəkməyəcək, eşşəyi alacağam.
Kəndli, çox ehtimal ki, xalının qiymətini bilmədiyim üçün
köhnə çulu da eşşəyin üstündə bizə verəcək. Siz indi
ona mənim bu eşşəyi almaq istədiyimi söyləyin!
Mən kəndlidən:
Ч Sən bu eşşəyi satırsanmı? Ч deyə soruşdum.
Ч HəЕ satmaq istəyirəmЕ
Ч Onu neçəyə satmaq fikrindəsən?
Ч O baxır alıcısına!
Ч Biz almaq istəsəkЕ
O güldü:
Ч Mənimlə zarafat edirsiniz? Sizin kimi bir bəyin eşşək
nəyinə lazımdır?
Ч Sən onun fikrini çəkməЕ Biz onu almaq istəyirik.
Neçəyə verirsən?
Ч Dedim ki, o baxır alıcısınaЕ Sən alacaqsan yoxsa bu
kafir?
Ч O alacaqЕ
Ч O nə millətdəndir?
Ч AmerikalıЕ
Ч HəЕ özgə deyilmişЕ Özümüzki sayılır. Canım bu çox
qart şeydir, de ki, bunu almaq ona əl verməz.
Məsələni amerikalıya dedim.
Ч Lap yaxşı Ч dedi, Ч deməli o eşşəyi ucuz verəcək.
Mən kəndliyə:
Ч Eşşək qart da olsa, razıdır Ч dedim.
Ч Əşi, bizimçin ayıb olar. Sonra ölkəsinə gedib Ђtürklər
məni aldatdıї Ч deyər.
Bunu da amerikalıya dedim.
Ч Türk kəndlisi çox saf, ən düzgün adamlardır Ч dedi.
Başqa yerlərdə olsaydı dərhal satmağa tələsərdilər. İndi
ki o, bu qədər təmiz qəlbli adamdır, mən də eşşəyi baha
qiymətə alacağam.
Kəndliyə:
Ч Amerikalı razıdır, Ч dedim.
Ч Yaxşı. Amma bu eşşək Amerikaya çatmamış yolda ölə
bilər. Hər yerini qotur basıb.
Ч Sənə nə canım. O belə də olsa, almaq istəyir.
Ч Ay canım, bu qotur eşşək onun nəyinə lazımdır.
Ч Sənin nəyinə gərək?
Ч Maraqlanıram, Ч dedi. Ч Bircə bu amerikalı cənabdan
soruş, məgər onun ölkəsində heç eşşək yoxdur?
Bunu amerikalıdan soruşdum.
Ч Ona deyin ki, var. Amma beləsi yoxdur.
Ч Deməli beləЕ Amerikan eşşəyi onun xoşuna gəlmir,
türk eşşəklərini daha çox xoşlayır.
Ч Eh, daha nə etmək olar. Babalı öz boynuna. Mən
eşşəkdə olan bütün nöqsanları sadaladım. İndi bir qotur
eşşək üçün daha bir əcnəbi qonağımızın xətrini yerə
salmayaq. Sataq deyirəm.
Ч Neçəyə?
Ч Sizin üçün on min lirəyə verə bilərəm.
Ч Nə? Canım dəli-zad olmamısan? Ən təmizqanlı ərəb
atını iki-üç min lirəyə verirlər.
Ч Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı
alsın daЕ
Onun nə qədər istədiyini amerikalıya dedim.
Ч Mən onların xasiyyətini bilirəm Ч dedi. Ч Budur,
gördün? Eşşək üçün on min lirə istəyən, yəqin ki, xalı
üçün yüz min lirə istər. İndi mən bu eşşəyə on min lirə
verərəm. Amma bunu eşidən kimi iyirmi min istəyəcək.
Onu verməli olsan əlli min istəyəcək. Ona görə də yaxşı
sövdələşmək lazımdırЕ
Kəndliyə:
Ч Sən düzünü söylə, Ч dedim Ч bu eşşəyi neçəyə
almısan?
Ч Dilimə yalan gəlməz. Özüm də dəstəmazlıyam, yalan
deyə bilmərəm. Mən bu eşşəyi dərisindən çarıqlıq
çıxartmaq üçün beş lirəyə aldım. Bu gün də olmasa
sabah öləcək. O, başqa işə də yaramaz.
Ч A kişi, insafın olsun. Beş lirəyə aldığın bu heyvanı bəs
nə üçün on min lirəyə satmaq istəyirsən?
Ч Canım biz onu satmaq fikrində deyilik. Siz özünüz
almaq istəyirsinizЕ Qart dedim, qotur dedim. Sabaha
çıxmaz dedimЕ Alıram deyirЕ Hə, az qala yadımdan
çıxmışdı. Bu üstəlik bir də topaldır. Dal ayağını çəkirЕ
Ч Zərəri yoxdur.
Ч Görürsənmi? Deməli belə çıxır ki, bunun nə isə bir
qiyməti, bir kəraməti var. Elə deyilsə, bu amerikalı kafirə
nə düşüb ki, belə qotur, qart, topal erkək bir eşşəyi
alsın. Elə deyilmi? On min! Heç cür aşağı olmaz.
Mən amerikalıya:
Aşağı düşmür Ч dedim. Ч On min verək?
Nə edək? On min lirəni versək o zaman iyirmi min lirə
istəyəcəkЕ
Qiymət üstündə düz iki saat sövdələşdik. Arada bir
fikrimizdən əl çəkmiş kimi görünüb yola düşdük. Qoca
bunu heç vecinə almadı. Qayıdıb yanına gəldik,
Ч Qayıdıb gələcəyinizi bilirdim.
Ч Nədən bilirdin?
Ч Bunu bilməyə nə var ki? Əlinizə belə ucuz bir eşşək
düşüb. Onu əldən qaçırmayacaqdınız ki?
Şoferə maşını sürüb, irəlidə, yol üstündə bizi
gözləməsini tapşırdım. Biz eşşəyi alandan onda oraya
gedəcək və eşşəyi orada qoyub yola düşəcəkdik.
Nə isə, əfəndim, xeyli boğaz döymədən sonra biz iki min
beş yüz lirəyə razılaşdıq. Pulu ovcuna saydıq. Kəndli
bundan sonra eşşəyin çulunu götürdü və noxtasını verdi
əlimizə:
Ч Allah xeyir versin! Ч dedi. Sonra da əlavə etdi: Ч
Bizim bu qotur qart eşşək havayı satıldıЕ Nə isəЕ Xeyir
aparasınızЕ
Amerikalının gözləri bərəlmişdi. O, kəndlinin əlindəki
çula baxırdı. İndi nə olacaqdı? Amerikalı mənə:
Ч Qoy duyuq düşməsin, Ч dedi. Ч Eşşəyi çəkə-çəkə bir
az gedək və məsələyə əhəmiyyət vermirmiş kimi
qayıdıb, Ђeşşəyin beli üşüyər, çulu ver üstünə ataqї
deyək. Elə edərik ki, o, xalı parçasını istədiyimizi başa
düşməsinЕ
Eşşəyin noxtasından tutub yola düşdük. Eşşək çox
çətinliklə yeriyirdi. Amerikalı arxadan itələyir, mən
noxtasını çəkirdim. Eşşək getdikcə ayağını yerə daha
çox dirəyir biz taqətdən düşürdük. Xalını kəndlinin
əlindən qopara bilsək eşşəyi dərhal buraxıb
sovuşacaqdıq.
Güc-bəla ilə iyirmi-otuz addım getmişdik ki, kəndli
arxadan:
Ч Dayanın, Ч deyə bizi səslədi Ч Eşşəyin zadı
qalmışdırЕ
Biz çox sevindik. Güman etdik ki, bu saat çulu gətirəcək.
O, yüyürə-yüyürə gəldi.
Ч Eşşəyin payasını yaddan çıxarmısınız. Amerikada
onun başını nəyə bağlayacaqsınız? Heç payasız da
eşşək saxlarlarmı? Naşı olmağınız elə bundan bilindi.
Amerikalı:
Ч Fürsətdir, Ч dedi. Ч Xalı parçasını istə. De, bu köhnə
çulu da versin.
Mən kəndliyə:
Ч Eşşək zəif və xəstədir, Ч dedim Ч üşüyəcək. Sən
onun üstünə bir çul salmışdın. Onu da ver üstünə ataq.
Ч Yooox! Onu vermərəm. Siz məndən eşşəyi almısınız,
çulu yox.
Ч Düzdür, eşşəyi almışıq. Amma o köhnə bir qəpiyə
dəyməyən cındır parçasını da ver üstünə salaq.
Ч Köhnə olmağına köhnədir, pula da getməz. Amma
vermərəm.
Ч Nə üçün?
Ч O, mənim atamdan yadigar qalmış bir çuldur. Dədə-
babadan xatirədir, verə bilmərəm, cənab!
Bunu amerikalıya dedim:
Ч Soruş görək bu çirkli cındır onun nəyinə yarayar?
Bunu da kəndliyə dedim.
Ч Nəyimə yarayar nə deməkdir? Başqa bir eşşək alıb
onun belini örtəcəyəm. Qismət olarsa, bir sizin kimisini
tapıb, allahın iziniylə ona satacağam. Bu xalı parçası
uğurludur. Gördünüz payanı sizə havayı verdim. Heç pul
istədim?
Ч A canım, bir neçə quruş da çul üçün verək? Eşşək
yazıqdır, üstünə örtərik.
Ч Ay dedin ha! Sonra bu eşşəkləri necə satacağam. Beş
ildir qart və qotur eşşəkləri alıb bu çulun sayəsində
satıram. Haydı, xoş gəldinizЕ Malın xeyrini görün!
Amerikalının qanı daha da qaralır deyə bu sözləri ona
deməyib qoluna girdim. Kəndli bir neçə addım
uzaqlaşdıqdan sonra:
Ч Eşşəyi buraxıb gedəcəyinizi bilirəm Ч dedi. Ч Ona
görə uzağa aparmayın. Yoxsa yorularam.
Eşşəyi elə oradaca buraxıb maşına tərəf getdik.
Amerikalı xalı mütəxəssisi:
Ч Başqa yerlərdə, bax, beləsi yox idi Ч dedi. Ч Heç
yerdə başıma bu iş gəlməmişdi. Başqa işlər olmuşdu.
Amma beləsi olmamışdı.
Maşına mindik. Paya hələ də əlində idi. Mən:
Ч Bunu nə edəcəksən? Ч deyə soruşdum.
Ч Bunu bu yerlərin xatirəsi olaraq xalı kolleksiyama
qoyacağam. Qiymətli şey kimi. Zarafat deyil, bu bizə iki
min beş yüz lirəyə oturdu. Çox ucuz aldıqЕ
Ч Görürsənmi, bütün aləmdə biabır olduq, biabırЕ O,
başını qapazlaya-qapazlaya bu sözləri bir neçə dəfə
təkrar etdiЕ
¬ернутьс€ в начало страницы
 
+ќтветить с цитированием данного сообщени€
 
ќткрыть тему
ќтветов (1 - 1)
Sweet Dream
сообщение 22.2.2015, 18:55
—ообщение #2


—ердце ‘орума
******

√руппа: ѕользователи
—ообщений: 747
–егистраци€: 22.1.2015
»з: Baku
ѕользователь є: 6 068



Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər Уiki
dəfə iki dörd edərФdən daha gözəl misra yazılmayıb,
məncə.

Mən ateistəm və bir gün Tanrıya inandığımı dediyimi
eşitsəniz, ciddiyə almayın. Demək ağlımı itirmişəm.

Türkiyədə hər 3 gəncin 4-ü şairdir.

Bilirsən, günahları yazan mələk soldadır. Hətta
bundandır, ürəyin solda olmağı. Çünki bəlkə də eşq
yaşanılan ən böyük günahdır.

Barmaqlarımızın arasında boşluq Ч bizim üçün yaradılan
o insan gəlib onu doldursun deyə var.

Türk kişisinin dünyanın ən qısqanc kişiləri olmağının
səbəbi sevgililərinə deyil, özlərinə inanmadıqlarındandır.

Bəlkə də bərk-bərk qucaqlayacağımız sevgilimiz yoxdur,
bəlkə tənhayıq. Amma bilin ki, adam kimi
sevdiyimizdəndir tənhalığımız.

Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin
tamamən həll edilməsi üçün lazım olan pulun təxminən
100 qatıdır.

Xəritələrə baxdım, heç birində evin yoxdur.
Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur.
Lüğətlərə baxdım, heç birində adın yoxdur. Güzgüdə
özümə baxdım, səni gördüm. Məndən başqa yerin
yoxdur.

Tənbəllərin iş günü sabahdır.

Nə qədər qalmaq istəsək də, bəzən getmək
məcburiyyətində qalırıq. Və nə qədər getmək
məcburiyyətində olsaq da, qalmaqdan yanadır sol
yarımız.

УHeç kimə inanmıramФ deyə bir şey yoxdur, Уvaxtı ikən
ona inandım, indi heç kimə inanmıramФ var.

Qorxmuram deyənlər ya başqalarına yalan deyirlər, ya
özlərinə yalan deyib özlərini aldadırlar, ya da bilməyərək
insan olmadıqlarını deyirlər.

Həyat imtahandırsa, onda heç əziyyət çəkmə adını yaz
və çıx. Bəlkə bu imtahandan keçməzsən, amma adının altında tərtəmiz
bir səhifə qoyub gedərsən.

Nə ölünün arxasınca danışarlar, nə də gedənin. Çünki
qalan üçün ölmək də, getmək də elə də fərq eləmir.

Üşümək varsa, bu istinin yoxluğundandır, qaranlıq varsa,
bu da işığın yoxluğundan. Əgər hər yer qaranlıqdırsa,
sən də üşüyürsənsə, bax bu Onun yoxluğudur.

Dağlar dağılmasın deyə ah çəkmirəm. Özümü dağıdıram,
dünyanı dağıtmıram...

Mənə dəyməyən ilan min il yaşasın deyib yaşatdığınız
ilanların sonrakı hədəfi də siz olacaqsınız.

Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al.
Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə,
məndə qal.

Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar.

Xəyalım, balaca bir uşağa Уnə qədər sevirsənФ sualını
verəndə əlini iki yana açıb Уbax bu qədərФ deyəcək o
məsum sevgini tapmaq idi.

Səni anan qədər sevəcək, atan qədər maraqlanacaq heç
kimin yoxdur, ona görə heç kim mənə eşqdən
danışmasın.

Kasıbın yeganə silahı işləməkdir.

Yalnızlığını götür gəl! Qorxma, darıxmarıq. Sənin
yalnızlığın mənim yalnızlığımla danışar, biz ikimiz
susarıq.

Həyatımda boyum qədər kitab yazdım, amma məni
sevməyənlər buna da bir bəhanə tapıb Ц onsuz da onun
boyu balacaydı deyə bildilər.

İnsan təkcə danışdıqlarına görə deyil, susduqlarına görə
də məsuliyyət daşıyır.
¬ернутьс€ в начало страницы
 
+ќтветить с цитированием данного сообщени€

ƒобавить ответ в эту темуќткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
ѕользователей: 0

 

“екстова€ верси€ —ейчас: 20.9.2018, 1:11

© 2007 Skin Designed by Evanescence for IBSkin.com