IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Nizami Gəncəvi İlyas Yusif oğlu., Низами Гянджеви Абу Мухаммед Ильяс ибн Юсуф.
Prekrasneyshaya ...
сообщение 28.10.2005, 13:29
Сообщение #1


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 90
Регистрация: 25.10.2005
Из: Zasnezhenniye gori Kavkaza
Пользователь №: 779



Низами.... его знают все. Великий поэт всех времён и народов. Давайте поговорим о нём.

НЕСКОЛЬКО СЛОВ О ЛЮБВИ (отрывок из "Хосров И Ширин")



Всех зовов сладостней любви всевластный зов,

И я одной любви покорствовать готов!



Любовь — михраб ветров, к зениту вознесенных,

И смерть иссушит мир без вод страны влюбленных.



Явись рабом любви, заботы нет иной.

Для доблестных блеснет какой же свет иной?



Все ложь, одна любовь — указ беспрекословный,

И в мире все игра, что вне игры любовной.



Когда бы без любви была душа миров, —

Кого бы зрел живым сей круголетный кров?



Кто стынет без любви, да внемлет укоризне:

Он мертв, хотя б сто крат он был исполнен жизни.



Хоть над любовью, знай, не властна ворожба,

Пред ворожбой любви — душа твоя слаба.



У снеди и у сна одни ослы во власти.

Хоть в кошку, да влюбись. Любой отдайся страсти!



Дерись хоть за нее, ну что ж — достойный гнев!

Ты без любви ничто, хоть ты и мощный лев.



Нет, без любви ничьи не прорастают зерна,

Лишь в доме любящих спокойно и просторно.



Без пламени любви, что все живые чтут,

Не плачут облака и розы не цветут.



И гебры чтут огонь, его живую силу,

Лишь только из любви к полдневному светилу.



Ты сердце не считай властителем души:

Душа души — любовь, найти ее слеши!



Любовь поет кыблу, но помнит и о Лате,

К Каабе льнет, торит в языческой палате.



И в камне — если в нем горит любовный жар —

Сверкнет в добычу нам бесценный гаухар.



И если бы магнит был не исполнен страсти,

Железо привлекать он не был бы во власти.



И если бы весь мир не охватила ярь,

Не мог бы привлекать соломинку янтарь.



Но сколько есть камней, которые не в силах

Привлечь соломинку, — бездушных и застылых.



И в веществах во всех — а можно ли их счесть? — Стремленье страстное к сосредоточью есть.



Огонь вскипит в земле, и вот в минуту ту же

Расколет землю он, чтоб взвихриться снаружи.



И если в воздухе и держится вода.

Все ж пасть в стремлении придет ей череда.



Для тяготения в чем сыщется преграда?

А тяготение назвать любовью надо.



О смертный, разум свой к раздумью призови,

И ты постигнешь: мир воздвигнут на любви.



Когда на небесах любви возникла сила,

Она для бытия нам землю сотворила.



Был в жизни дорог мне любви блаженный пыл, —

И сердце продал я, и душу я купил.



С пожарища любви дым бросил я по странам,

И очи разума задернул я туманом.



Я препоясался, пылая, — и постичь

Любовь сумеет мир, услышавший мой клич.



Не для презренных он! Мой стих о них не тужит. Сладкочитающим, взыскательным он служит.



Вот сказ, но исказит мои стихи писец.

Страшусь: припишет мне свои грехи писец.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
2 страниц V  < 1 2  
Открыть тему
Ответов (25 - 47)
BAKINKA
сообщение 21.9.2008, 15:26
Сообщение #26


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Cavanlıq var iken elde gerek gedrin bile insan,
Emin olma geler bir de bu mülkü terk eden karvan.

Bükülmüş geddinde bir bax qocalmış şexsin hesretle
Cavanlıq günlerin daim gezer torpaqda sergerden.

Ne dövlet varsa dünyada sene ancaq ömürdür,bil,
Onun menasını derk et,çalış boş keçmesin bir an!

Geri dönmez keçen bir gün,ayıq ol daima sen de,
Reva olmaz ki,mestlertek keçe qefletde bu dövran,

Neçün sen herze işlerde verirsen ömrünü bade,
Xeyirli işlere serf et,heyatı eyle cavidan!

Pul ile almadın canı,bilesen qiymetin,qedrin
Ki,oğru da qedir bilmez oğurlasa malı asan.

Eger sen şadiman olsan,qeme heç bir zerer gelmez
Ve ya qemden ölü getsen,toxunmaz şadlığa nöqsan
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 24.9.2008, 17:41
Сообщение #27


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808




Nizami Gencevi.


Sözün de su kimi letafeti var,
Her sözü az demek daha xoş olar.

Bir inci saflığı varsa da suda,
Artıq içilende derd verir su da.

İnci tek sözler seç, az danış, az din
Qoy öz sözlerinle dünya bezensin.

Az sözün incitek menası solmaz,
Çox sözün kerpiçtek qiymeti olmaz

Esli temiz olan saf mirvarılar
Suya ve torpağa min bezek vurar.

Medenle dolsa da her bir xezine,
Her kiçik zerresi dermandır yene.

Üreyi oxşayan bir deste çiçek
Yüz xırman otundan yaxşıdır gerçek!

Yüz ulduz yansa da göylerde, inan,
Bir güne baş eymek xoşdur onlardan.

Göyde parlasa da ne qeder ulduz,
Güneşdir nur veren aleme yalnız.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 5.10.2008, 16:31
Сообщение #28


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Serxoşluq eden dövlet huşyar olacaq bir gün,
İllerce yatan bextim bidar olacaq bir gün.

Qalmaz bu qapı bağlı,var her gecenin sübhi,
Dİlber bele heç qalmaz,dildar olacaq bir gün.

Eğyarımı cananın oxşarsa bu gün,elbet,
Bu sevgili gözlerde o xar olacaq bir gün.

Men kaferi-eşq oldum,bildim ki,bu dastandan
Boynumda onun zülfü zünnar olacaq bir gün.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Икона_Стиля
сообщение 7.10.2008, 10:17
Сообщение #29


Я ПостояннА
****

Группа: Пользователи
Сообщений: 404
Регистрация: 10.11.2007
Из: Баку
Пользователь №: 3 268



Sevgili canan
Hüsnün gözel ayetleri, ey sevgili canan!
Olmuş bütün alemde senin şenine şayan.
Gel eyle inayet, mene ver buse lebinden,
Çunki gözelin busesidir aşiqe ehsan.

Sordum ki: "Könül hardadır?" - Aldım bu cavabı
"Heç sorma, tapılmaz onu axtarsa da insan".

"Rehm eyle"-deyib sel kimi göz yaşımı tökdüm
Kim, qanım ile el yuma, ey afeti-dövran!

İnsafın eger varsa, açıq de, bu Nizami,
Senle nece reftar elesin, ey mahi-taban?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Икона_Стиля
сообщение 7.10.2008, 10:18
Сообщение #30


Я ПостояннА
****

Группа: Пользователи
Сообщений: 404
Регистрация: 10.11.2007
Из: Баку
Пользователь №: 3 268



OĞLUM MEHEMMEDE NESİHET
Sen, ey on dörd yaşlım, her elme yetkin!
Gözünde eksi var iki alemin!
Yeddi yaşın oldu o zaman ki, sen,
Açıldın gül kimi, gülende çemen.
İndi ki, çatmışdır yaşın on dörde,
Başın serv kimi durur göylerde.
Qefletde oynama, qeyret vaxtıdır,
İndi hüner vaxtı, şöhret vaxtıdır.
Ucalmaq istesen, bir kamala çat,
Kamala ehtiram gösterer heyat.
Uşaqken eslini sorsalar bir az.
Ağac bar verende cinsi sorulmaz!
Ele ki böyüdün, beledir qayda,
Atanın adından sene ne fayda?
Sen, aslanlar kimi keç cebhelerden,
Yalnız hünerinin balası ol sen!
Seadet kamalla yetişir başa,
Xalqa hörmet ele, edeble yaşa.
Başına efsane düşdüyü zaman
Allah qorxusunu unutma bir an.
Öz adına layiq işler gör ki, sen
Axırda utanma xecaletinden.
Oğul, sözlerime yaxşı qulaq as!
Ata nesiheti faydasız olmaz.
Görürem, şöhretde leyaqetin var,
Şerde, senetde meharetin var.
Şairlik eleme Dövre bax ki, bir„
Terif evezine pislenir şer
Şerden ucalıq umma dünyada.
Çünki Nizamiyle qurtardı o da.
Herçendi senetin çox rütbesi var»
Heyata faydalı bir elm axtar.
Bu eyri cizgiler cedvelinde sen
Özünü şerh edib, özünü öyren!
Ol öz vicdanının sirrine açar,
Çünki bu merifet qelbe nur saçar,
Elmler elmidir demiş peyğember
Din elme, tebabet elmi müxteser.
Göbekdeki etri bu iki elmin
Feqihle tebibdir bunu bil yeqin.
Feqih olsan eger itaetkar ol,
Hiyleden, riyadan daim kenar ol.
İsa merifetli hekim ol, amma,
İnsanı ölduren bir hekim olma.
Hem hekim, hem feqih olsan sen, eger,
Hamının yanında adın yükseler.
Heyat da, ölüm de qul olar sana,
Seadet ve şöhret duşer payına.
Bir elm öyrenmek istedikde sen
Çalış ki, her şeyi kamil bilesen.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Menden söylemekdir, senden eşitmek,
Bir insan eliboş gezmesin gerek.
tercume . S. Vurğun
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Икона_Стиля
сообщение 7.10.2008, 10:20
Сообщение #31


Я ПостояннА
****

Группа: Пользователи
Сообщений: 404
Регистрация: 10.11.2007
Из: Баку
Пользователь №: 3 268



Men senden oyrendim...
Men ki, bu alemde nashiydim hele,
Menki, sevgi nedir bilmezdim bele.
Aldi senin eshqin konlumu ele,
Ey NIzami!
men senden oyrendim sen tek sevmeyi.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 7.10.2008, 17:24
Сообщение #32


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Xerab oldu könül mülkü,nigarım,eyle bir şefqet,
Apardı genci bigane,gözetçi eylemez qeyret.

İtibdir karivan gözden,bu çölde qalmışam tenha,
Ne köhlen var,ne de öncül,qedem atmağa yox qüdret.

Yatıb qaldım bu torpağın önünde sübhedek,yareb,
Eceb yoldur ki, bir töhfe bizimçün olmayır qismet.

Nizami,tapmısan artıq bu dünyada gözel günler,
Köçüb getmek gerek burdan,qazan sen yol üçün servet.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 9.10.2008, 17:07
Сообщение #33


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Düşüb eşqinle bir sevdaye, ey gül!
Apardım sirrimi sehraye, ey gül!

Senin tek fitneden aldım silahı,
Odur düşdü başım qovqaye, ey gül!

Nedendir sende zerre merhemet yox
Qemindir eşqime bir saye, ey gül!

Men aşiqken, ebes sen qan tökürsen,
Atırsan aşiqi tenhaye, ey gül!

Mehaldır vesline yetmek bu gün ah...
Tikilmişdir gözüm ferdaye, ey gül!

Nizamiyem, gözümden gövherimi
Xerac tek vermişem deryaye, ey gül!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
серенка
сообщение 13.1.2009, 14:58
Сообщение #34


Развитый
***

Группа: Пользователи
Сообщений: 207
Регистрация: 16.11.2008
Из: Баку
Пользователь №: 4 850



"Leyli və Məcnun" poemasından...


Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.

Sən ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir bir an dilimdən.

Bütün varlıqları Özün yaratdın,
Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl,
Qələm tutmamışdır dünyada bir əl.


Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir «təbarəkallah»,
Alqış cəlalına, feyzinə, Allah!

Yeddi qız, doqquz taxt qapında sənin,
Olmuşdur daima pərdə çəkənin.

Ey öz varlığı da bilinməz hikmət,
Zahirə, batinə bir Sənsən bələd.

Bütün bu canlılar, cansızlar ki var,
«Yaran» deməyinlə yarandı onlar.

Hökmünlə ruh alır, əql alır bədən,
Yaradan da Sənsən, öldürən də Sən.

Ey sirr aləminin ulu məhrəmi,
Dolduran, boşaldan Sənsən aləmi.

Sənin sifətində öz tərifin var,
Yox sözün yox olur, var sözün də var.

Əmri mütləq olan ey böyük hünər,
Kainat əmrinlə iki bölünər.

Sən ey möhtacların ürək dirəyi,
Böyük vicdanların Sənsən diləyi.

Ən iti gözlərə Sən sürmə çəkdin,
Bağlı qapılara özün baş çəkdin.

Ey Ustad, göstərir yazdığın əsər,
Zamanı əvvəldən axıra qədər.

Ağasan, qulundur hər şey dünyada,
Sultan Sən özünsən, başqası gəda.

Yolun - işığıdır əbədiyyətin,
Şəriksiz yaranmış bütün niyyətin.

Saysız yaratdığın nemətlər durur,
Bu sirri tapmağa acizdir şüur.

Lütfünlə hər şeyin qeydinə qaldın,
Dünyanı ən yarar bir şəklə saldın.

Axşamın qapqara, səhərin ala,
Atına göyləri yaratdın tövlə.

Yeddi düyün vurdun göylərə birdən,
Yetmişi açıldı bu qüdrətindən.

Bir gül qaldıraraq torpaqdan həmən,
Onunla yüz ayna təmizlədin Sən.

Hansı bir varağı yazdınsa əgər,
İkicə hərf ilə dedin müxtəsər.

Bir dağ çapmadısa bu «kaf» ilə «nun»,
Göy adlı bir böyük Bisütun qurdun.

Hardasa dünyanın dövləti, varı,
Bu iki hərfdir onun açarı.

Yanlış bir hərf də yazmadın yenə,
Qoydun hər nöqtəni Sən öz yerinə.

Sənin sənətinlə yarandı aləm,
Yoxdur bu sənətdə başqa bir qələm.

Lütf et mən yazığa, sığındım Sənə,
Bir söz xəzinəsi bağışla mənə.

Xəzinən bu payla heç də azalmaz,
Başqa xəzinədə bu kərəm olmaz.

Şahlığın, qulluğun öz qismətindən
Hər kəsə bir dövlət, nemət verirsən.

Hər zülmün alovu, məzlumun ahi,
Bir Sənə məlumdur, böyük İlahi!

Hələ yazılmamış kitabları sən,
Oxuyub aləmə xəbər verirsən.

Əql büdrəmədə, kuyinsə zülmət,
Yol da ki tük kimi nazikdir, heyhat.

Köməyim olmasan, ya Pərvərdigar,
Bu düyün ağılla necə açılar?

Ağıl işıq alır Sənin qapından,
Yanar dərgahına girdiyi zaman...

Ey mənim əqlimə mənalar verən,
Mən axtarışçıyam, Sən yol göstərən,

Yollarım qorxulu olsa da bu dəm,
Sən ki rəhbərimsən, qorxan deyiləm.

Yüküm çox ağırdır, düşmüşəm gücdən,
Tükənmiş taqətim, de, neyləyim mən?

Nə qorxu, yoxsa da canımda qüdrət,
Sənin köməyinlə işlərəm, əlbət.

Lütfün ki qəhrindən ayrı deyildir,
Yanında şərbət də, zəhər də birdir.

Əsirəm, şübhəsiz, hüzurunda mən,
Lütfünlə yaşaram, ölləm qəhrindən,

Qoy içim mərhəmət şərbətlərindən,
Qəzəb badəsini mənə vermə Sən.

Qəzəbin layiqsə əzəldən bizə,
Rəhmin də düşmüşdür qismətimizə.

Nə qədər nəfəsim çıxmamış candan,
Əlim ətəyində gəzirəm hər an.

Bir gün can evimdən çıxsa nəfəsim,
Dualar deyəcək adına səsim.

Ölüm səfərinə qoyarsam ayaq,
Adın vücuduma həput olacaq.

Tozlara dönsə də bu aciz bədən,
Hər yerdə, hər zaman məbədim Sənsən,

Böyük dərgahına girdiyim zaman.
Neylər bu dərgahdan qovulmuş şeytan?

Boynuma asdımsa tilsimini mən,
Qorxmuram divlərin böyüklüyündən.

Mənəm dərgahında bir dilsiz ehram,
Sənin sorağınla ləbbeyk vuraram.

Ehram sındıranlar çoxdur dünyada,
Bu şərdən məni gəl saxla, ey Xuda!

Bəlalar gizlidir, bikəsəm, Allah,
Varmı Səndən özgə mənə bir pənah?

Bir Sənsən dünyada əlimdən tutan,
Nə versən, qailəm, böyük Yaradan!

O saf cövhərindən alsa bədənim,
Misim qızıl olar dünyada mənim.

Lütfündən bir işıq göstərsən əgər,
Torpaq qızıl olar, su dürrə dönər.

Bir gövhər də olsam, bir saxsı da mən,
Hüsnüm bəzənmişdir Sənin hüsnündən.

Libasım ətrinlə süslənər müdam,
Buyam, ya dirəmnə, ya da ud olsam.

Qarşında nə dinim, nə taətim var,
Qapında boş əlim şəfaət umar.

Gəmim qərq olmamış qanlı sularda,
Rəhm et, əlimdən tut, qalmayım darda.

Qaldır yıxılmışı bu qara yerdən,
Məni cəhl atından özün düşür Sən.

İlahi, dar gündə Sən ol həmdəmim,
İstədiyin yerə çatsın qədəmim.

Aç mənim üzümə nur xəzinəni,
Zülmətlər içindən xilas et məni.

Qorxuyla, ümidlə baxıb dünyaya,
Bir pərvanə olum Günəşə, Aya.

Söylə, nə vaxtadək bir tikə üçün
Şaha və gədaya yalvarım hər gün?

Süfrəndən nemətli bir şey olarmı?
Səndən səxavətli dünyada varmı?

Öz xırmanından ver zəkatımı Sən,
Qəbzinlə gəzməyim qapı-qapı mən.

Bir əkin yeriyəm - hər yeri bərbad,
Bu, suyla, torpaqla olacaq abad.

Mənə öz qapından ver torpaqla su,
Axıtsın yolumda olan kol-kosu.

Məni mənliyimdən ayıran zaman,
Sən öz cövhərini alma canımdan.

Məni qaytaranda özümə dərhal,
Mərhəmət kölgəni, gəl, üstümə sal.

Bu sayən olmasın çıraqdan uzaq,
Gün kimi parlasın işıq saçaraq.

Ta ki işığınla həmdəm olum mən,
Nur kimi kənarda durum kölgədən.

Başqa həmdəmləri almayım dilə,
Unudum nə varsa bu gündən belə.

Vəfasız yaranmış bütün qapılar,
Bir sənin qapında vəfa tapılar.

Ancaq həyatdadır vəfa, etibar,
Ölümlə dağılıb məhv olur onlar.

Qiyamət gününü görmədikcə mən,
Ayrılan deyiləm Sənin əhdindən.

Bir Səni çağırır cahanda səsim,
Xatirən olmasa, batar nəfəsim.

Əzəl yer üzünə mən gəlməmişdən,
Qurduğun nizamı görməmişdim mən.

Torpaqdan yaratdın mayəmi mənim,
Torpaqdan yem aldı bütün bədənim.

Tanrı! Varlığıyın gözəlliyindən,
Bütün kainata zinət vermisən.

Lütfün ki olmuşdur mənə müyəssər,
Varlığım çürüyüb gedənə qədər

Harda «otur» desən, oturacağam,
Qarşında qul kimi lal duracağam.

Gördüyün bu yoldan çox keçmişəm mən,
Gah quyu dibindən, gah taxt üstündən.

İstər qoca olum, istərsə cavan,
Yollar müxtəlifdir, mən isə haman.

Bir haldan bir hala keçsəm də dəm-dəm,
Yenə ilk şəklimə hərəkətdəyəm.

Möhtac yaratmadın heç kəsi əzəl,
Dünyada məni də mətəl qoyma gəl!

Zərrəcə qorxmuram gələn əcəldən,
Bu yol dərgahına gedir əzəldən.

Bağ, bostan yoludur ölümün izi,
Dostlar sarayına aparır bizi.

Ölüm ki Səndəndir, nə qüssə, nə qəm,
Qoy ölüm, ölümdən mən dad çəkmərəm.

Hərçəndi dünyada ölüm gerçəkdir,
Ölüm ölmək deyil, yer dəyişməkdir.

O, yemək yerindən yataq yerinə,
Ordan şah yanına bir yoldur yenə.

Sənin məclisinə gedən bu yoldan,
Əbədi yuxudan qaçmaram, inan.

Sənin ki şövqün var, mən bəxtiyaram,
Şad yatıb, hər zaman şad da qalxaram.

Əgər dərd üzündən qulun Nizami
Sənə yalvardısa, tut ilticamı.

Dəryandan yüksələn bulud bil məni,
Yağsam da, boşaltma bu xəzinəni.

Yüz lüğət yaradıb yazsa yüz əsər,
Hər sözün başında Səni təriflər.

O, yüz min üzr ilə qapında durar,
Bilir ki, boynunda min günahı var.

O bütün dərdini danışmaz ki, Sən,
Lalların dilini yaxşı bilirsən.

Xəmirəm, qarasa, Sən yoğurmusan,
Xəttim qarışıqsa, Özün qurmusan.

Sən öz xətlərinin hamsını yusan,
Ömürlük bağlaram ağzımı, inan.

Bir daha versən də mənə ixtiyar,
Hakimlər hakimi, ixtiyarın var.

Ölüm pəncəsiylə döyüşməmiş mən,
Rüzgarın cilovu çıxmamış əldən,

Sən mənə rəhm edib yol göstər yenə,
Peyğəmbər qəbrinin ziyarətinə.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
MarQana
сообщение 13.1.2009, 15:32
Сообщение #35


ЦвеТок в ПусТыне
****

Группа: Пользователи
Сообщений: 499
Регистрация: 17.9.2008
Из: Baku
Пользователь №: 4 017



Ay uzlu nigarim,kime mehman olacaqsan?
Bir soyle kimin shenine shayan olacaqsan?

Shahliq chetiri var bashin ustunde bu axsham,
Enber chetirinle kime sultan olacaqsan?

Sheker demerem men sene,ondanada shirinsen,
Dilber,nece bir bextevere can olacaqsan?

Zulmet gece,sen nurlu chiraq,bed goze gelme!
Ey abi heyat,sen kime canan olacaqsan?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Статус-Кво
сообщение 13.1.2009, 19:38
Сообщение #36


Знаток
****

Группа: Пользователи
Сообщений: 409
Регистрация: 15.11.2008
Из: НебытиЯ
Пользователь №: 4 845



камил башмагчы олсада инсан
яхшыды ярымчыг папахчылыгдан
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 20.2.2009, 22:26
Сообщение #37


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Qönçə kimi min dərdə könül doldu cəfandan.
Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?

Sən dərdi, qəmi hey mənə vermək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.

Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.

Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
Bəlkə mənə köynək olasan, ey məhi-taban!

Sidq ilə sənə həmdü səna etdi Nizami,
Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 16.5.2009, 11:44
Сообщение #38


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



Çox asan görünər dərk etmək Onu,
Lakin heyrət olar bu işin sonu.
Böyük Yaradanı duymağa meyar
Dəlildən, qiyasdan başqa nə olar?!
Ağıl qiyas ilə çalışıb durar,
Onu dərk etməkçün dəlil axtarar.
Düşüncənə daha yol vermə artıq,
Qarşına dağ çıxar, ya da qaranlıq.
İdrakın çatırsa Vahid Allaha,
«Nədir və necədir?» – soruşma daha.
İşıq axtardığın alovlu şamdan
Onun təkliyinə sübut taparsan.


Nizami Gəncəvi
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 16.5.2009, 11:46
Сообщение #39


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



İstər bir gün yaşa, istərsə yüz il,
Bu nurlu eyvandan köçəcəksən, bil.
Yaxşısı budur ki, könlünü şad et,
O böyük Allahı şadlıqla yad et!

Nizami Gəncəvi
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
AliKalAbduliIbnA...
сообщение 16.5.2009, 21:31
Сообщение #40


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 70
Регистрация: 11.2.2009
Из: Baku
Пользователь №: 4 949



Nizami Gəncəvi, (Cənub Az.نظامی گنجوی) İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə - 1209, Gəncə)


Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1970-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Şirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 23.5.2009, 9:20
Сообщение #41


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



NİZAMİ GƏNCƏVİ - SİRLƏR XƏZİNƏSİ

Şəfqətli, ədalətli tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır, açar.

Hər sözün, düşüncənin odur əvvəli sonu.
Nə söyləsən, tanrının adıyla qurtar onu.

Qüdrətilə varlığa həyat verər həyatda,
Əbədiyyət timsalı özüdür kainatda.

Ən ulu sərkərdədir gərdişdəki aləmə,
Cavahir həmaili yaraşıqdır qələmə.

Hər səxavət çeşməsi yaranıbdır əliylə,
Kainatı qurubdur öz qadir əməliylə.

O, gizli pərdəsini açar sirli göylərin,
Üstünə pərdə çəkər hər günahın, hər şərin.

Bəzəyər qaş-daşıyla sinəsini hər dağın,
Ləpəsi - suyun hüsnü, gül-çiçəyi - torpağın.

Arifləri hər zaman fəzilətə səsləyər
Nemətini sevəni nemətilə bəsləyər.

Ağlın zərif sapına muncuğu yaraşıqdır,
Ağlın tutqun gözləri qüdrətilə işıqdır.

Müqəddəs alınlara səcdə damğası vurur,
Tacıyla tacidarlar yer üzündə taxt qurur.

Pozulmaz hökmləri hökmüylə pozan odur,
Günahları əfv edən, mərhəmət yazan odur.

Harayı bir darğadır məhşərdən qorxanlara,
Çeşməsi həyat verər təlaş yaxan canlara.

Dəyişməzdir varlığı, dəyişməzdir xisləti,
Dəyişdirər varlığı, kainatı, xilqəti.

Əzəməti yanında iki dünya əbəsdir.
Əvvəlimiz, sonumuz anicə bir nəfəsdir.

Təməlləri sarsılmaz kainatda yox tayı,
Bu mülkün bir sahibi varmı ondan savayı?

Yaratdığı yerlə göy çox boşalıb dolacaq.
Bu varlıq olmasa da - olmuş, olub, olacaq.

Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin,
Bu sirri açammadı, bu sirr çətindir, çətin.

Sirlər dəryasıdır əzəl gündən bu dünya.
Sonsuz səhradır mülkü, əbədidir bu səhra.

Əvvəlini arasan - əzəlsiz bil sən onu.
Axırını sorsalar - sonsuzluqdadır sonu.

Keşməkeşli həyatda canlı, cansız nə ki var.
Hamı onun köləsi, özü qadir hökmdar.

Ondan başqa nə varsa, ömrü deyil əbədi,
Onun ülvi varlığı bilməz ki, heçlik nədi.

Könlündə cilvələnən huri-mələk özüdür.
Nərgiz gözlərindəki nurlu bəbək özüdür.

Üzündə ismətin də, qısqanclığın da odu.
O, həm göz yaşı verər, həm də məhəbbət odu.

Ecazkar qüdrətinə min-min afərin söylər
Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər.

Gizləsə kərəmini nurlu pərdədə - tüldə.
Bitməz şəkər qamışı, bitməz tikanlı gül də.

Yaşıllıq - kərəmiylə canlanıb abad oldu,
Varlığın kölələri yoxluqdan azad oldu.

Dünyanı yaratmağa o, can atdığı zaman,
Dolaşıqlı fələyin çətin işləri yaman.

Məşəqqətli düyünü açdı qadir əməli,
Gecənin saçlarından qopdu gündüzün əli.

Cavahir boyunbağı göyün boynunda yandı.
Gecənin qıvrım saçı ulduzlarla darandı.

Kəməndindən çıxmağa məgər fələk çalışdı?
Torpağın kəmərində yeddi ulduz alışdı,

Günəş ağ qəba geydi, ay isə qara cübbə,
Yarandı mavi göydə dümağ, qapqara qübbə.

Gövhər səpən buludlar mirvari səpsin deyə,
Göydə qopdu gurultu, şimşək döndü nizəyə.

Qəlbindən dərya açdı buludların zöhrəsi,
Xızırın çeşməsilə güldü çəmən çöhrəsi.

Kəhrəba zərrə yağdı sübhün camı günəşdən.
Daşlar yağan zərrəni təşnətək uddu dən-dən.

Suyla od ülfət tutdu təbiətdə birinci,
Daşda yaqut yarandı, bəyaz sədəfdə inci.

Buxarlandı küləkdən yerin ürək qanı - su,
Daşın qanlı bağrında qana qatdı yaqutu.

Fələk açdı comərdlik bağındakı gülləri,
Dillərdə dastan etdi söz quşu bülbülləri.

Dilin tər xurmasından ürəyə nəşə doldu,
Ağızın incisinə qulaq bir sədəf oldu.

Bircə göz qırpımında gözünü yumdu guya,
Kəraməti can verdi həyat bəxş etdi suya.

Tökdü yerin saçların cahanın qucağına,
Asilik xalı qoydu Adəmin yanağına.

Getdi qızıl lövhədən natəmizlik qubarı.
Buludun göz yaşını gülə səpdi, baharı.

Ulduzlar pardaqladı çöhrəsini səmanın.
Gül-çiçəyin üstündə canı əsdi səbanın.

Bağrına qan axan gil - bəşərin ilk təməli,
Tutdu ağlın nəbzini ürəklə loğman əli.

Təbəssüm qəmi qovdu açıldı, güldü çöhrə,
Gecələrə nəğməkar, müğənni oldu Zöhrə.

Qaranlıq ənbər saçır qucağında gecənin,
Təzə ay bir sırğadır qulağında gecənin.

Söz dünyanı dolaşıb, sirlər açıb başıyla.
Sındırıbdır başını dərgahının daşıyla.

Quru, boş xəyallarla çox gəzib hər yeri o,
Yenə əliboş dönüb qapısından geri o.

Ürək də sorağında dolaşdı çox, tapmadı,
Göz də xeyli aradı, gördü ki, yox, tapmadı.

Ağıl dedi: "Çatdırım axtarışı mən sona".
Ədəbi gözləmədi, ədəb öyrətdim ona.

Kim başını keçirib bu sehrli halqaya,
Dönübdür sorağında bənizi solğun aya

Mələklər qanadlanıb cəlalını öyərlər,
Kəramət sahibləri qapısını döyərlər.

Qulluq halqası taxıb ərşi-fələyin özü,
Torpağın qəlbinə də od salıb eşqin közü.

Şəfadır xəstələrə, sinəsi dağlılara,
Qasidi nicat verər ayağı bağlılara.

Dərgahına pərdədir hicablı fələk ki var,
Pərdəsini yırtmağa əl atmamış ruzigar.

Sökə bilsə pərdəni, fələk çətin sökərdi,
Söksəydi, göy üzünü yer üzünə tökərdi.

Aciz yeri bağlayıb yəhərinin qaşına,
Nizami göz yaşını tökər yerin daşına.

Zavalsızdır birliyi, sonsuzdur cah-cəlalı,
Əbədidir cahanda şahlığı, şah cəlalı.

Könül can aynasının qubarını hey silər,
Qapısının torpağı olmağı şərəf bilər.

Gül-çiçəyə can verər dərgahının torpağı,
Gülzarının yanında yalandır İrəm bağı.

Qüdrətinə sübutdur Nizaminin varlığı,
Canı - vəhdət tarlası, könlü - gülüzarlığı.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Elnur Muvahhid
сообщение 1.2.2010, 22:28
Сообщение #42


Знаток
****

Группа: Пользователи
Сообщений: 366
Регистрация: 6.1.2010
Из: Baki Yasamal
Пользователь №: 5 130



Цитата(Lelli @ 23.5.2009, 9:20) *
NİZAMİ GƏNCƏVİ - SİRLƏR XƏZİNƏSİ

Şəfqətli, ədalətli tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır, açar.

Hər sözün, düşüncənin odur əvvəli sonu.
Nə söyləsən, tanrının adıyla qurtar onu.

Qüdrətilə varlığa həyat verər həyatda,
Əbədiyyət timsalı özüdür kainatda.

Ən ulu sərkərdədir gərdişdəki aləmə,
Cavahir həmaili yaraşıqdır qələmə.

Hər səxavət çeşməsi yaranıbdır əliylə,
Kainatı qurubdur öz qadir əməliylə.

O, gizli pərdəsini açar sirli göylərin,
Üstünə pərdə çəkər hər günahın, hər şərin.

Bəzəyər qaş-daşıyla sinəsini hər dağın,
Ləpəsi - suyun hüsnü, gül-çiçəyi - torpağın.

Arifləri hər zaman fəzilətə səsləyər
Nemətini sevəni nemətilə bəsləyər.

Ağlın zərif sapına muncuğu yaraşıqdır,
Ağlın tutqun gözləri qüdrətilə işıqdır.

Müqəddəs alınlara səcdə damğası vurur,
Tacıyla tacidarlar yer üzündə taxt qurur.

Pozulmaz hökmləri hökmüylə pozan odur,
Günahları əfv edən, mərhəmət yazan odur.

Harayı bir darğadır məhşərdən qorxanlara,
Çeşməsi həyat verər təlaş yaxan canlara.

Dəyişməzdir varlığı, dəyişməzdir xisləti,
Dəyişdirər varlığı, kainatı, xilqəti.

Əzəməti yanında iki dünya əbəsdir.
Əvvəlimiz, sonumuz anicə bir nəfəsdir.

Təməlləri sarsılmaz kainatda yox tayı,
Bu mülkün bir sahibi varmı ondan savayı?

Yaratdığı yerlə göy çox boşalıb dolacaq.
Bu varlıq olmasa da - olmuş, olub, olacaq.

Peyğəmbərlər can atdı ilk sirrinə xilqətin,
Bu sirri açammadı, bu sirr çətindir, çətin.

Sirlər dəryasıdır əzəl gündən bu dünya.
Sonsuz səhradır mülkü, əbədidir bu səhra.

Əvvəlini arasan - əzəlsiz bil sən onu.
Axırını sorsalar - sonsuzluqdadır sonu.

Keşməkeşli həyatda canlı, cansız nə ki var.
Hamı onun köləsi, özü qadir hökmdar.

Ondan başqa nə varsa, ömrü deyil əbədi,
Onun ülvi varlığı bilməz ki, heçlik nədi.

Könlündə cilvələnən huri-mələk özüdür.
Nərgiz gözlərindəki nurlu bəbək özüdür.

Üzündə ismətin də, qısqanclığın da odu.
O, həm göz yaşı verər, həm də məhəbbət odu.

Ecazkar qüdrətinə min-min afərin söylər
Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər.

Gizləsə kərəmini nurlu pərdədə - tüldə.
Bitməz şəkər qamışı, bitməz tikanlı gül də.

Yaşıllıq - kərəmiylə canlanıb abad oldu,
Varlığın kölələri yoxluqdan azad oldu.

Dünyanı yaratmağa o, can atdığı zaman,
Dolaşıqlı fələyin çətin işləri yaman.

Məşəqqətli düyünü açdı qadir əməli,
Gecənin saçlarından qopdu gündüzün əli.

Cavahir boyunbağı göyün boynunda yandı.
Gecənin qıvrım saçı ulduzlarla darandı.

Kəməndindən çıxmağa məgər fələk çalışdı?
Torpağın kəmərində yeddi ulduz alışdı,

Günəş ağ qəba geydi, ay isə qara cübbə,
Yarandı mavi göydə dümağ, qapqara qübbə.

Gövhər səpən buludlar mirvari səpsin deyə,
Göydə qopdu gurultu, şimşək döndü nizəyə.

Qəlbindən dərya açdı buludların zöhrəsi,
Xızırın çeşməsilə güldü çəmən çöhrəsi.

Kəhrəba zərrə yağdı sübhün camı günəşdən.
Daşlar yağan zərrəni təşnətək uddu dən-dən.

Suyla od ülfət tutdu təbiətdə birinci,
Daşda yaqut yarandı, bəyaz sədəfdə inci.

Buxarlandı küləkdən yerin ürək qanı - su,
Daşın qanlı bağrında qana qatdı yaqutu.

Fələk açdı comərdlik bağındakı gülləri,
Dillərdə dastan etdi söz quşu bülbülləri.

Dilin tər xurmasından ürəyə nəşə doldu,
Ağızın incisinə qulaq bir sədəf oldu.

Bircə göz qırpımında gözünü yumdu guya,
Kəraməti can verdi həyat bəxş etdi suya.

Tökdü yerin saçların cahanın qucağına,
Asilik xalı qoydu Adəmin yanağına.

Getdi qızıl lövhədən natəmizlik qubarı.
Buludun göz yaşını gülə səpdi, baharı.

Ulduzlar pardaqladı çöhrəsini səmanın.
Gül-çiçəyin üstündə canı əsdi səbanın.

Bağrına qan axan gil - bəşərin ilk təməli,
Tutdu ağlın nəbzini ürəklə loğman əli.

Təbəssüm qəmi qovdu açıldı, güldü çöhrə,
Gecələrə nəğməkar, müğənni oldu Zöhrə.

Qaranlıq ənbər saçır qucağında gecənin,
Təzə ay bir sırğadır qulağında gecənin.

Söz dünyanı dolaşıb, sirlər açıb başıyla.
Sındırıbdır başını dərgahının daşıyla.

Quru, boş xəyallarla çox gəzib hər yeri o,
Yenə əliboş dönüb qapısından geri o.

Ürək də sorağında dolaşdı çox, tapmadı,
Göz də xeyli aradı, gördü ki, yox, tapmadı.

Ağıl dedi: "Çatdırım axtarışı mən sona".
Ədəbi gözləmədi, ədəb öyrətdim ona.

Kim başını keçirib bu sehrli halqaya,
Dönübdür sorağında bənizi solğun aya

Mələklər qanadlanıb cəlalını öyərlər,
Kəramət sahibləri qapısını döyərlər.

Qulluq halqası taxıb ərşi-fələyin özü,
Torpağın qəlbinə də od salıb eşqin közü.

Şəfadır xəstələrə, sinəsi dağlılara,
Qasidi nicat verər ayağı bağlılara.

Dərgahına pərdədir hicablı fələk ki var,
Pərdəsini yırtmağa əl atmamış ruzigar.

Sökə bilsə pərdəni, fələk çətin sökərdi,
Söksəydi, göy üzünü yer üzünə tökərdi.

Aciz yeri bağlayıb yəhərinin qaşına,
Nizami göz yaşını tökər yerin daşına.

Zavalsızdır birliyi, sonsuzdur cah-cəlalı,
Əbədidir cahanda şahlığı, şah cəlalı.

Könül can aynasının qubarını hey silər,
Qapısının torpağı olmağı şərəf bilər.

Gül-çiçəyə can verər dərgahının torpağı,
Gülzarının yanında yalandır İrəm bağı.

Qüdrətinə sübutdur Nizaminin varlığı,
Canı - vəhdət tarlası, könlü - gülüzarlığı.

(IMG:http://bakulove.com/forum/style_emoticons/default/smile.gif) Allah Nizamiye rehmet etsin, gunahlarini bagiwlasin, qebrini geniwlendirsin ve mehwer gunu muselmanlar kimi ildirim suretile sirat korpusunden cennete daxil olanlardan etsin.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
МогилаБезИмени
сообщение 2.2.2010, 4:33
Сообщение #43


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 94
Регистрация: 1.1.2010
Пользователь №: 5 125



Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına köhnə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimizin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 10.2.2010, 14:28
Сообщение #44


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



Çox asan görünər dərk etmək Onu,
Lakin heyrət olar bu işin sonu.
Böyük Yaradanı duymağa meyar
Dəlildən, qiyasdan başqa nə olar?!
Ağıl qiyas ilə çalışıb durar,
Onu dərk etməkçün dəlil axtarar.
Düşüncənə daha yol vermə artıq,
Qarşına dağ çıxar, ya da qaranlıq.
İdrakın çatırsa Vahid Allaha,
«Nədir və necədir?» – soruşma daha.
İşıq axtardığın alovlu şamdan
Onun təkliyinə sübut taparsan.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.3.2010, 2:39
Сообщение #45


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



"Когда в уме желаний нет, ступай в кабак, на дно,
С приятелями в нард играй, с неверным пей вино.
Равна неверью вера тех, кто слеп к чужим грехам.
Как быть? Значенье этих слов уму глупца темно.
Ты есть, но если нет ее, к чему трудишься жить?
Кольцо на двери тот же ты, оно, как ты, одно.
От разговорчивых беги, исканья позабудь,
В кругу мужей прочувствуй то, что с милой суждено.
Тот мир и этот мир — слова. Так отрекись от них —
И сразу станешь шахом тех, чье сердце влюблено".
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.3.2010, 3:14
Сообщение #46


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Diləyirdim: mənə sən bir gecəlik yar olasan

Diləyirdim: mənə sən bir gecəlik yar olasan!
Əhdi-peymanı tutub, əhdə vəfadar olasan!

Gözlərin, yadları gördükdə gülür nərgiztək,
Bir tikandır mənə qəmzən, nola qəmxar olasan!

Dostluğundan demişəm mən, necə düşmən eşidib,
Məni əğyarə xəcil etsən, özün xar olasan!

Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!

Sən nə quşsan, sınayım mən nə sayaq can səni
Hanı bir öylə könül bəndü giriftar olasan?!

Şəhər əhli sənin eşqində Nizami kimidir,
Nə rəva Axsitana munisü dildar olasan!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.3.2010, 3:17
Сообщение #47


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Viktorina
сообщение 24.12.2010, 17:04
Сообщение #48


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 806
Регистрация: 18.6.2010
Из: Baku
Пользователь №: 5 215



Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi getmək dəmidir, söylə nə istərsən, yar?
Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

2 страниц V  < 1 2
Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 22.11.2018, 0:33