IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Bəxtiyar Mahmud oğlu Vahabzadə., Бахтияр Махмуд оглы Вахабзаде.
серенка
сообщение 4.2.2009, 16:22
Сообщение #1


Развитый
***

Группа: Пользователи
Сообщений: 207
Регистрация: 16.11.2008
Из: Баку
Пользователь №: 4 850



(IMG:http://s60.radikal.ru/i170/0902/26/40d4b231435b.jpg)


Bəxtiyar Mahmud oğlu Vahabzadə (Bəxtiyar Vahabzadə) - şair, dramaturq, alim, publisist, ictimai xadim - 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanın xalq şairidir.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.

1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa II Dünya Müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs demiş, 1990-cı ildə təqaüdə çıxmışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülmüşdür. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilmiş, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir (1995-2000).

O, 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, Rus və Fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır.

B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.


Məşhur şeirləri

Həyat sən nə şirinsən
Çörək - Vətən
Təklik
Ağ saçlar - qara saçlar
Yaşıdlarım
Kimdir mənim düşmənim?
Bir ürəkdə dörd fəsil.
Baş
Qələm yoldaşlarıma
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
2 страниц V  < 1 2  
Открыть тему
Ответов (25 - 29)
BAKINKA
сообщение 12.12.2010, 21:53
Сообщение #26


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Şairin çox sevdiyim şeirlərindən biri..

GƏLİR

Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Sabah yağış gəlir, sabah qar gəlir.

Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Üzün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!

Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 20.12.2010, 22:38
Сообщение #27


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Bəxtiyar Vahabzadə

BİR SALAMA DƏYMƏDİ

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 20.12.2010, 23:39
Сообщение #28


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Lütfən,təkrar şeirlərə yol verməyin.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 5.11.2012, 16:43
Сообщение #29


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



"Mənim ad günlərim" ( Avqust, 1965 )

Bu gün ad günümdür... evdə hamı şən,
Ancaq fikirliyəm, kədərliyəm mən.
Gəncliyim ötəli, belə günlərdə
Anıb yoxuşumü tövşüyürəm mən.

Xəzan yarpaqları oynaşan yerdə
Necə üşüməyim? Üşüyürəm mən.
Ancaq... uşaqlıqda istərdim hər gün
Bizim evimizdə məclis qurulsun.

Günlərin hamısı dönüb büsbütün
Məni sevindirən ad günüm olsun.
Atamın, anamın yeganəsiydim,
Arzusu, həvəsi, könül səsiydim.

Ömrün nə qəribə günləri vardı,
Mənim ad günlərim bayram olardı.
Mən nə biləydim ki, dəyişir insan,
Ad günün, şad günün olmur bir zaman.

Aldığım o gözəl oyuncaqları,
Qaçıb göstərərdim dostlara bir-bir.
Hanı, hanı ömrün o şən çağları,
Gedən, a qardaşlar, bir daha gəlmir...

Həmən adamammı?... Yox, başqayam mən,
Özgə cür görünür bu aləm mənə.
Bir zaman könlümə sevinc gətirən
Ad günüm gətirir indi qəm mənə.

Deyirəm, yenə də ömrümdən bir il
Ötdü...
Ötən illər səfə düzülür.
Mənim ad günümdə indi mən deyil,
Mənim balalarım sevinib gülür.



P.S. Bir az pessimist şeirdi...) amma həqiqət...
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 11.11.2013, 9:00
Сообщение #30


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Bəxtiyar Vahabzadənin demek olar ki bütün şerləri deyerlidir. Bu şer de hemçinin. çox gozeldir.

HARA GEDİR SABAHIMIZ? - Baxtiyar VAHABZADE
Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq...

Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik,
Gördüm, əsrin sınağından,
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.

Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
İndi Ulu Yaradandan soruşuram:
– De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasında
Bəlkə, bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz qalmışıq?

Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə çıxdaş dedik.

Özgəsini yamsılayıb elə bildik:
biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.

Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.

Mədəmizi ağlımıza
Dəyişməyi şərəf sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib Allahımız,
Hara gedir sabahımız?

Dəryamızı bəyənməyib
Özgəsinin hovuzunda üzürüksə,
Yad dilində dil-dil ötüb
Doğma ana dilimizə
Əgər dodaq büzürüksə,
İnamımız, imanımız
Ya heç yoxsa, ya çürüksə,
Demək, bizdən üz döndərib Allahımız,
Hara gedir sabahımız?


Vicdan adlı bir mələkdən üz döndərib
İblisliklə barışdıqsa,
Ləyaqəti tapdalayıb
Özümüzdən yuxarıya yarındıqsa,
Dinimizi pula satıb
Özgə dinə sığındıqsa,
Ruhanimiz dəllal isə, tacir isə,
Anasının əmcəyini
Kəsən ilə əlbir isə,
Rüşvət “Hacı” rütbəsini
Qazanmağa tədbir isə,
Demək, yoxmuş Allahımız,
Hara gedir sabahımız?


Bir ölkədə satan varsa
Öz halalca torpağını,
Biz özümüz söndürdüksə
Dədəmizin yandırdığı siqarını,
Ayır görüm əməllərin
Qarasından sən ağını.

Bu nəsildən o nəsilə tel qırıqsa,
Tayfamızı millətimiz,
Evimizi Vətənimiz sanırıqsa,
Vətən, millət namusunu danırıqsa,
Demək, bizdən üz döndərib Allahımız,
Hara gedir sabahımız?

Ömür boyu haram yeyib,
Başqasının halalına cumuruqsa,
Bir tikəyə möhtac olan əlacsızdan
Əgər rüşvət umuruqsa,
Gözümüzlə gördüyümüz dəhşətlərə
Gözümüzü yumuruqsa,
Özümüzdən ağır gələr günahımız,
Özümüzü yandıracaq öz ahımız.
Demək, bizdən üz döndərib Allahımız,
Hara gedir sabahımız?

Bəxtiyar Vahabzadə
8-9 avqust 1997-ci il
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

2 страниц V  < 1 2
Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 21.11.2018, 8:17