IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Cabir Novruz.(Cabir Mirzəbəy oğlu Novruzov)., Джабир Мирзабей оглу Новрузов .
BAKINKA
сообщение 13.9.2008, 21:54
Сообщение #1


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Cabir Novruz (en sevdiyim sheirlerden biri)

Sagliginda qiymet verin insanlara!!!


Bir arzum var,ay adamlar,qoyun deyim,
Sagliginda qiymet verin insanlara.
YAxshilara sagliginda yaxshi deyin.
Sagliginda yaman deyin yamanlara.
Yalniz,yalniz,sag olandan,
Her kes qiymetini biler onda.
Bu sozlerim duz olmasa, tohmet edin,
Sizden rica eleyirem milyon kere,
SHAirlere sagliginda hormet edin,
Sagliginda heykel qoyun olmezlere....
Geleceye chox da umid baglamayin.
Sozunuzu sonralara saxlamayin.
Zehlem gedir sonralardan,
Vaxtsiz dinen zurnalardan,
Boshbogazdan,avaradan,
Toydan sonra nagaradan.

Sagliginda sevindirin temizleri,
Siz heyatda bu amalla addimlayin.
Sagliginda ifsha edin xebisleri,
Satqinlara sagliginda satqin deyin,
Tulku deyin aslanlara.
Sagliginda qiymet verin insanlara...
Her kes bilsin oz yerini
Nece sagdir,
Bu pislerin heyatini qisaltmaqdir,
Yaxshilarin heyatini uzatmaqdir....
Bu nadandir olen kimi,qelbimizde
Adamlara sevgi,hormet ashib-dashir.
Olen kimi yaxshilar da yaxshilashir.
Yamanlar da yaxshilashir...
Chirkinler de temiz olur olen kimi...
Yadlar bele eziz olur olen kimi...
Zatireler soyleyirik,
Nekroloqlar qollayiriq,
Hamisina ucdantutma yaxshi deyib
O dunyaya yollayiriq.
Bu gecikmish xeyir-dua neye gerek??
Bundan mezar boyuyecek?
Ya olenmi dirilecekk?
Xoshum gelmir
Bu kohnelmish adetlerden,
Xoshum gelmir....
Bu serdabe sevgilerden,
Hormetlerden xoshum gelmir.

Istemirem vaxt-vedesiz shohreti men,
Bir an omru milyon qizil gele
Deyishmerem...
Diri uchun iyne boyda hormeti men
Olu uchun min heykele deyishmerem....
Duz demishem,onda meni bagishlayin,
Uz tuturam ushaqlara,
Qocalara,cavanlara,
Sagliginda qiymet verin insanlaraa
YAxshilara sagliginda yaxshi deyin,
Sagliginda yaman deyin yamanlaraa.....
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 13)
BAKINKA
сообщение 4.4.2009, 17:10
Сообщение #2


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



(IMG:http://s54.radikal.ru/i145/0904/ac/e9e12534598f.jpg)

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

1958-ci ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan» ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Növruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı səçilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 6.5.2009, 17:16
Сообщение #3


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



Bu gün bircə dərdimiz var - Vətən dərdi...
Hamımızı oda yaxar - Vətən dərdi...
Allah, özün xilas elə, millətimi belə şərdən...
Kim olsaydı, vallah, çoxdan birləşərdi...
Birləşərdi qanlı-bıçaq olanlar da,
Bir-birindən hətta uzaq olanlar da,
Lap ağlar da, qaralar da birləşərdi,
Birləşməyən yaralar da birləşərdi...
Ola bilməz ana yurdum yad əllərdə
zindan, qəfəs...
Cabir Novruz
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
AliKalAbduliIbnA...
сообщение 6.5.2009, 19:10
Сообщение #4


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 70
Регистрация: 11.2.2009
Из: Baku
Пользователь №: 4 949



CABİR NOVRUZUN 50 YAŞI



Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi Cabir Novruzun, 30 il əvvəl ilk şerini çap etdirən bir şairin 50 yaşı tamam olur.
C.Novruzun şerləri, poemaları, əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə: insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, günü-gündən çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. O, elə ilk şerlərindən sadə insanların, adi adamların tərənnümçüsü olmuşdur: «Kəndimizin antik heykəli» poemasında gözlərini itirimiş, lakin ürəyi, duyğular aləmi, mənəvi dünyası təmiz qalan adi bir kənd qızını təqdim edir…
Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir. Bu nəslin mənəvi sarsıntıları, «boy itkisi» ağrıları C.Novruzun bir çox şerlərində və «Qərbi Berlin» panoram-poemada geniş təqdim olunur. «Qərbi Berlin» poeması müharibə və müharibədən sonrakı illər haqqında poetik düşüncələrdir.
C.Novruzun poeziyası təzadlar üzərində qurulub. Şairi əsrin təzadlarından tutmuş insan qəlbinin təzadlarına qədər hər şey cəlb edir:
Çox təzadlı bir əsrdə yaşayırıq,
İstedadlı bir əsrdə yaşayırıq.
Son illərdə C.Novruz «İtmiş kəndin nağılları», «İnsan himnləri», «Zaman», «Əli Kərim xatirəsi» və s. poemalarını yazmışdır. Bu poemalarda epik başlanğıcla lirik ahəng vəhdətdir. Şairin «lirik mən»i həmin poemalarda aparıcı mövqedədir, bu qəhrəman bizim müasirimizdir – düşünən, axtaran, insanı mənəvi ucalığa səsləyən müasirimiz.
Şair son illərdə bir sıra xarici ölkələrdə olmuş, səfər təəssüratları əsasında silsilə şerlər yazmışdır.
C.Novruz şerləri sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şerlərinə çoxlu mahnılar yazılıb. Azərbaycan dilində «Mənim muğamatım», «İnsan məhəbbəti», «İllərin ömrü», «Taleyin töhfələri», «İnsan himnləri», «Nə qədər ki, sağam» şerlər və poemalar kitabının müəllifi olan Cabir Novruzun Moskvada və qardaş respublikalarda da şerlər məcmuəsi buraxılmışdır. Şair 1970-ci ildə «Adi həqiqətlər» kitabına, «Həyat, sən nə qəribəsən», «Tələbəlik illəri» mahnılarının mətnlərinə görə respublika Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1979-cu ildə isə ona respublikanın əməkdar incəsənət xadimi adı verilmişdir. Şerləri bir sıra xarici dillərə tərcümə edilmişdir. O, A.Tvardovskinin, R.Rojdestvenskinin, Y.İsayevin, Y.Yevtuşenkonun, O.Berqoltsun, Y.Bukovun, B.Oleyninin, R.Babacanın və başqalarının əsərlərini dilimizə çevirmişdir.
Anadan olmasının 50 illiyi münasibətilə oxucularımız adından Cabir Novruzu ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Azeri
сообщение 6.7.2009, 10:22
Сообщение #5


Развитый
***

Группа: Пользователи
Сообщений: 271
Регистрация: 27.8.2006
Из: Azərbaycan--CANım Mənim
Пользователь №: 2 058



SƏN GİZLİ GƏLMİSƏN ÖMRÜMƏ,İNAN,
BU GİZLİ EŞQİNLƏ YAŞAYACAĞAM,
DÜNYANIN ƏN AĞIR YÜKÜ SAYILAN,
GECİKMİŞ MƏHƏBBƏT DAŞIYACAĞAM

KEÇİB HƏR ALOVDAN,KEÇİB HƏR ODDAN,
BÖYÜK ƏZABINDAN ŞAD OLACAĞAM,
SƏN MƏNƏ HƏYATDA ƏN DOĞMA ADAM
MƏN SƏNƏ,YADDAN DA YAD OLACAĞAM

SƏN MƏNİM ÖMRÜMDƏ AÇAN ÇİÇƏKSƏN,
ONU ÜRƏYİMDƏ BƏSLƏYƏCƏYƏM,
SƏN MƏNİ HEÇ ZAMAN GÖRMƏYƏCƏKSƏN,
MƏN SƏNİ HƏR ZAMAN SƏSLƏYƏCƏYƏM.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 6.7.2009, 15:07
Сообщение #6


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Gecikmiş məhəbbət çox gözəl şeirdi.Təşəkkür Neon...

Mən bilirdim qorxuludur böyük eşq

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu belə olacaq.
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq.

Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim.
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim.

Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, əkizi.
Bəzən olur qara rəngə boynır,
Tutulanda qəzəbindən gün özü.

Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə.
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən de indi.

Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər.
Çox Məcnunlar oldu eşqin qurbanı,
Külə döndü gör nə qədər Leylilər.

Məhəbbətin bir sifəti inamdır,
O birisi həsrət, əzab, dərd, kədər.
Bir gün oldu azıb qaldıq dumanda
Nahaq kəsdi yolumuzu şübhələr.

Olduq dedi-qoduların gülüncü,
Aramıza girdi iblis ayrılıq.
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb.

Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük, bizdən əl üzüb.
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü.

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu belə olacaq.
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Azeri
сообщение 10.7.2009, 11:32
Сообщение #7


Развитый
***

Группа: Пользователи
Сообщений: 271
Регистрация: 27.8.2006
Из: Azərbaycan--CANım Mənim
Пользователь №: 2 058



Цитата(BAKINKA @ 6.7.2009, 16:07) *
Gecikmiş məhəbbət çox gözəl şeirdi.Təşəkkür Neon...

Mən bilirdim qorxuludur böyük eşq

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu belə olacaq.
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq.

Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim.
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim.

Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, əkizi.
Bəzən olur qara rəngə boynır,
Tutulanda qəzəbindən gün özü.

Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə.
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən de indi.

Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər.
Çox Məcnunlar oldu eşqin qurbanı,
Külə döndü gör nə qədər Leylilər.

Məhəbbətin bir sifəti inamdır,
O birisi həsrət, əzab, dərd, kədər.
Bir gün oldu azıb qaldıq dumanda
Nahaq kəsdi yolumuzu şübhələr.

Olduq dedi-qoduların gülüncü,
Aramıza girdi iblis ayrılıq.
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb.

Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük, bizdən əl üzüb.
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü.

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu belə olacaq.
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq.




MƏN SƏNƏ TƏŞƏKKÜR EDİRƏM.....BU DA ƏN ÇOX SEVDİYİM ŞEİRLƏRDƏNDİR....

Сообщение отредактировал Neon - 10.7.2009, 11:34
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 22.10.2009, 15:05
Сообщение #8


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



MƏNƏ GÖRƏ...

Könül düşmə təmənnayə,
Həyat boşdu mənə görə...
Uymaq bu fani dünyaya,
Aldanışdı mənə görə...

Hər bir dərdə yanan mənəm,
Öz-özünü danan mənəm,
Niyə doğdu anam məni,
Oda düşdü mənə görə...

Gedəcəkdik niyə gəldik?
Yaranıb ölməyə gəldik?..
Ya yuxugörməyə gəldik?
Yuxu puçdu mənə görə...

Boğuluram söz içimdə,
Əriyirəm öz içimdə,
Bəbəliyim göz açanda,
Ağlamışdı mənə görə...

Ömrümüzdən ötən illər,
Xəyal olub itən illər,
Yoxluqdan müjdə gətirən
Qaranquşdu mənə görə...

Hamımız beşgünlük qonaq,
Axırınız qara torpaq...
Yaşamaqdan yaşamamaq,
Daha xoşdu mənə görə...
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Ливень-Т
сообщение 22.10.2009, 18:31
Сообщение #9


Декабрист
****

Группа: Пользователи
Сообщений: 361
Регистрация: 11.9.2009
Из: Windy City
Пользователь №: 5 074



Напишем про него по русски тоже...

Джабир Мирзабей оглу Новрузов родился 12 марта 1933 года. У каждого поэта есть то изначальное, что позволяет ему сделать первые творческие шаги. Для Дж.Новруза им стало родное село Упа Хызинского района, которое и в пору его зрелости осталось точкой притяжения, эпицентром его поэтических раздумий. Родной кров, село, окруженное высокими горами, олицетворяют для него землю, природу, весь мир, в который он вошел когда-то как поэт и пребывает, неся в себе бремя ответственности и долга перед ним. О своих же стихах он скажет так:

"...Личность и судьба поэта видятся в его стихах. Действительно это так. Вся моя жизнь, биография, судьба, любовь и ненависть, характер и идеал, хорошее и плохое,-в моих стихах. И вчитавшись в них, вы увидите, каков есть их автор".


Мое сердце-
Подобие телеэкрана,
На котором мелькают События, страны.
На экране его-
То улыбка, Букеты,
То зловещая тень
От крылатой ракеты.
И само мое сердце,
Быть может, не знает,
Что всю радость земли
И всю боль принимает.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Ливень-Т
сообщение 22.10.2009, 18:35
Сообщение #10


Декабрист
****

Группа: Пользователи
Сообщений: 361
Регистрация: 11.9.2009
Из: Windy City
Пользователь №: 5 074



Начало мира для меня-в тебе,
Начало жизни для меня-в тебе,
И честь, и совесть-все мое в тебе,
Бессмертья у меня опора есть.
Язык твой древний-божество мое,
Твое "сегодня"-торжество мое,
Твои напевы-волшебство мое,
В них боль и нега сладостная есть.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Ливень-Т
сообщение 22.10.2009, 18:35
Сообщение #11


Декабрист
****

Группа: Пользователи
Сообщений: 361
Регистрация: 11.9.2009
Из: Windy City
Пользователь №: 5 074



КОГДА В СЕРДЦЕ КОНЧАЕТСЯ СЛОВО

Когда в сердце
Живые замрут голоса,
Когда в сердце
Кончается слово живое…
Когда я захочу увидать небеса –
Видеть небо
Уже не могу городское…
Когда я затоскую
Об искреннем чувстве,
По словам первородным,
Как россыпи рос,
Уезжаю
В родное свое захолустье,
Ухожу в те края,
Где родился и рос…
Но, приехав,
Стою я неловко вначале
Посредине большого
Зеленого дня…
И окликнуть хочу
Эти чистые дали,
И боюсь,
Что они не услышат меня…
Вдруг
Из знойного марева полевого
Прилетает
Сердитый какой-то жучок,
Ударяет меня по щеке, как чужого,
Но до слез меня радует
Этот щелчок!
От пощечины этой
Взлетают, как искры,
Целым роем
Воспоминанья в душе…
Словно выбежал снова
На луг травянистый
Босиком
И меня не удержишь уже!
Снова машут мне крыльями
Бабочки, птицы,
Снова слышу земли я
Стрекочущий хор…
Снова знаю места,
Где шныряют лисицы, -
Я не глядя
Могу провести до их нор!


Золотые края мои
Аист на крыше,
Ты как памятник
Прошлого моего!
В каждом голосе здесь
Мне родной кто-то слышен,
Я не вижу чужого мне
Здесь никого!
Я людей этих мест
По походке узнаю,
Различу их детей
Среди тысяч детей!
Знаю все родословие этого края,
Жизнь его поколений
И судьбы семей…
Край родной!
Пусть забвенье домам твоим снится
Все реже,
Пусть над кровлями вьется тепло.
Ты – души моей
Первая в мире столица,
Ты – любви моей
В жизни последний оплот!
И пока в небесах твоих
Движутся тучи,
И пока на лугах твоих
Движутся тучи,
И пока на лугах твоих
Рдеют цветы,
Мне не надо земли
Ни богаче, ни лучше,
Не найти на земле
Мне другой красоты…
И пока зеленеет
Земли твоей лоно
И слышны голоса
На просторе твоем,
Не замрет, не умрет
Первородное слово
В этом мире огромном
И в сердце моем!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.3.2010, 17:36
Сообщение #12


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN...

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyiblər nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 28.3.2010, 17:51
Сообщение #13


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Allaha Yalvarış

Allah, insan yolun azıb, tamam gedir əldən Allah,
Qaytar onu bu yaramaz yoldan, Allah...
Öz əliylə qəbir qazır özünə o,
Öz-özünü edib insan özünə ov...
Böyük insan dönüb olub kiçik insan,
İnsan qanı içir insan...
Sənə olum qurban, Allah,
Qaytar onu bu qorxulu yoldan, Allah...
Sən gətirdin hamımızı bu cahana,
Sən həm ata, Sən həm ana,
Sən etmisən xilqət bizi.
Sən qadirsən bu bəd yoldan döndərməyə əlbət bizi...
Səndən ayrı güman yoxdur,
Səndən ayrı heç qüvvəyə inam yoxdur...
Nəyə gərək say-hesabsız sürü, Allah,
Çox-çox ölü diri, Allah?..
Su tükənir, çörək qıtdır, hava çatmır,
Xəstələrə iynə, dərman, dava çatmır,
Qoyma yesin bir-birini bəni-adəm vəhşi olsun,
Qoy az olsun, yaxşı olsun...
Qonşumuzda neçə milyon yırtıcı var bəs deyilmi?..
Elə onlar dünya üçün az deyildir...
Tələs, sonra gec olacaq,
Yoxsa insan quduzlaşıb gic olacaq...
Yoxsa tamam gözlərimə qan gələcək,
Axır zaman gələcək...
Səsini kəs xəbislərin, yamanların,
Ələ bütün insanları...
Hamını qıl körpüsündən keçir, Allah,
Çölə çıxar murdarların için, Allah...
Sənin buna ixtiyarın, iqtidarın çatır, Allah,
Ey hər şeyə qadir, Allah...
Yalvarıram Sənə, Allah,
Yoldan çıxsam hətta susdur məni, Allah...
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 23.2.2015, 22:12
Сообщение #14


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Allah rəhmət eləsin, doğurdan da dəyərli şairlərimizdən biri idi...

AMAN ALLAH , MƏNƏ QİYMƏT
VERƏNƏ BAX …

Aman Allah, aman Allah,
Mənə qiymət verənə bax…
Saxla, cəfəng sözlərini
yetər, bəsdir.
Mən bilirəm nəyim yaxşı,
nəyim pisdir…
Düşmənimdir boşboğazlar,
gəvəzələr…
Mən özümə özüm mizan, tərəziyəm…
Mən bilirəm öz yaxşımı, yamanımı,
Tərifimi, nöqsanımı…
Anam haqla bələyibdir bələyimi,
Məhəbbtlə doldurubdur ürəyimi…
Ağlım bir şey kəsən gündən,
Öz-özümü zərrəbindən keçirirəm
gündən-gündə…
Çörəyimə bircə dəfə haram tikə qatmamışam…
Bir günaha batmamışam…
Hey qaçmışam xeyirimdən,
Bir yad nəfəs görməzsiniz
şerimdə…
Əlim heç vaxt batmayıbdır
nahaq qana,
Nə insana, nə heyvana
Bir yamanlıq etməmişəm…
Əyri yola getməmişəm,
Bircə qəlbə dəyməmişəm
beca yerə,
Elə bil ki, peyğəmbərəm…
Aman Allah, aman Allah,
Səhvlərimi görənə bax…
Bəsdir, yetər, kiri, dayan,
Dayan, özüm səhvlərimi sadalayım…
Ən birinci bəlam budur
şair doğub məni anam,
Hər bir şeyə inananam…
İnananam kim nə desə,
Təmiz sözə, murdar sözə…
Daim elə inanmışam,
Yalançılar tərəfindən talanmışam…
Aldadıbdır yadlar məni, dostlar məni,
İynə boyda səmimiyyət ovsunlayıb
dərhal məni…
Dağlar boyda ümid verib mənə
xırda bir yaxşılıq…
Bir xoş niyyət, bir xoş qılıq…
Nanəciblər ürəyimə bəzən yara vursalar da,
Yenə, yenə bir nəciblik
aramışam insanlarda…
Oğrularda bir doğruluq,
Gədələrdə bir ululuq,
Yoxsullarda bir zənginlik,
Qorxaqlarda döyüşgənlik,
Dinsizlərdə dindən nişan,
Məzlumlarda bir ehtişam,
Laqeydlərdə sevgi, nifrət,
Vəhşilərdə mədəniyyət,
Zülmətlərdə şölə, işıq,
Kifirlərdə bir yaraşıq,
Gözəllərdə ağıl, kamal,
Məhəbbətdə bir ideal,
Bir kədərə min-min şərik,
Bir baxışda bəşərilik,
İlahilik hər cür dində,
Əbədilik hər ölümdə,
Bir qətrədə bütöv ümman,
Aramışam, axtarmışam…
Aman Allah, aman Allah,
Mənə qiymət verənə bax,
Mənə qiymət verə bilər zaman, Allah…
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 16.12.2018, 1:22