IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Baba Pünhan (Mədətzadə Atababa Seyidəli oğlu)., Баба Пюнхан.
БРАТ_ВОРА
сообщение 23.1.2009, 12:14
Сообщение #1


Развитый
***

Группа: Пользователи
Сообщений: 199
Регистрация: 10.5.2007
Из: Баку
Пользователь №: 2 578



Mən nə dedim ki?!

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!

----------------------------------------

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.

-----------------------------------------------
Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,
Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,
Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,
Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?
Прикрепленные файлы
Прикрепленный файл  men_ne_dedim_small.jpg ( 18 килобайт ) Кол-во скачиваний: 3
 
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 17)
БРАТ_ВОРА
сообщение 23.1.2009, 12:19
Сообщение #2


Развитый
***

Группа: Пользователи
Сообщений: 199
Регистрация: 10.5.2007
Из: Баку
Пользователь №: 2 578



B.Pünhanın həyatının xronologiyası

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb. 1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.

Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı “Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona “Azərbaycanın haqq şairi” adını verib.

Bu adı Baba Pünhan bütün vücudunun vəqhi, ruhunun həqiqətilə yazıb yaratdığı qəzəlləri və sağlamlığını itirmək bahasına qazanıb.

Ölməz, həmişəyaşar şairimiz haqqında sizi məlumatlandırmağı özümüzə borc bilirik.
Прикрепленные файлы
Прикрепленный файл  punhan_daqlar.jpg ( 6,68 килобайт ) Кол-во скачиваний: 1
 
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 25.1.2009, 15:02
Сообщение #3


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Zamanın nəbzini tutan şairlərdən biridi.Şeirləri əsil zəmanə şeirləridi.Dövrümüzdə baş verən mənfi və müsbətləri onun şeirlərində duymaq olar.En çox sevdiyim şeiri:

Gelse qiyamet, ay ata

Ne yaman eylemisen rüşvete adet, ay ata,
Yıxacaq evmizi bir gün bu cinayet, ay ata.

Sene menseb verilibse, o demekdirmi meger,
Tikesen nesline her yerde imaret, ay ata.

Emelinle meni rüsvayi-cahan eylemisen,
Çekirem dostlar arasında xecalet, ay ata.

Senin ekrandakı yaltaqlığın üzmüş anamı,
Ona rişxend eleyir külli-cemaet, ay ata.

Bilirem, sen de alırsan yığasan verdiyini,
Vermesen ustuluva yoxdu zemanet ay ata.

Salmısan zindana yüzlerle günahsızları sen,
Onların qarğışı qoymaz bizi rahet, ay ata.

Gemiçi öz gemisindä sene yer verdi feqet,
Gemisin istedin ondan bu xeyanet, ay ata.

Hara getsen son ümidün yenä Allah olacaq,
Tövbe qıl, gel namaza eyle ibadet, ay ata.

Xelqdän pünhan olan serveti qaytar xalqa,
Macalın olmayacaq gelse qiyamet, ay ata.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 27.1.2009, 14:18
Сообщение #4


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



BABA PÜNHAN-QARABAĞ GETSƏ ƏGƏR

Məni udsun qara torpaq, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlr alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çıldaq, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi arsaq, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu isə,
Atmaq ücün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
БРАТ_ВОРА
сообщение 27.1.2009, 16:54
Сообщение #5


Развитый
***

Группа: Пользователи
Сообщений: 199
Регистрация: 10.5.2007
Из: Баку
Пользователь №: 2 578



Babaların än Pünhanı

Baba Pünhan "Günäbaxan" adamdır. Adam var ayağa baxır, adam var älä baxır, adam da var başa... Bu kişi günä baxır. Vä baxdığını görür... Bu dünyada baxdığını görmäkdän pis heç nä yoxdur. Bunu män biliräm...

Baba pünhan şairdir, şer yazan deyil. Onun yazdıqlarında ağrı var, onun yazıları ağrayır.

Baba Pünhanın säsi dä var, amma o oxumur, säsini ucaldır ki, hamı o deyänläri eşidib, özü üçün bir näticä çıxarsın. Onu heç kim eşitmir...

Baba Pünhanın üräyinä bıçaq däyib. İndi dä, ävväl dä onun üräyi yaralı idi. Onun üräyindä här şey var. Şırım da "şram" da. Mänä elä gälir ki, bir gün Babanın üräyindäki şırımda gül bitäcäk... Vä bu gülün qoxusu düzü-dünyanı tutacaq. Hamı deyäcäk ki, "buna baxın", "buna baxın" Babanın üräyi çiçäklädi... Nä yaxşı olar...

Amma hälä ki, här zad pisdir. Vä bu pisi görän Baba Pünhanın sirri aşkardır. Baba sirri gizlädib, pünhanı aşkar edändir. Mäqamı aşkar olub, gözä görünmäyän, ämäli sözündän kasıb indikilärin arasında bilirsiniz nä çätindir, pünhan olanı aşkar elämäk?

Äsil söz "aysberq" kimidir. Dibi özündän çox därindädir. Baba sözü äyilib dibdän çıxarır. Ona görä dä onun sözü täzä-tär, soyuq vä şirindir. Bu sözü qaba töküb içmäk dä olar, biri-birinä hädiyyä elämäk dä...

Bizim Baba sözü, daş oynadan daşını oynadan kimi oynadır. Bizim Baba sözdän çäpär hörür. Onun söz evi möhkämdir, gözäldir. Şäxsän män bu evdä böyük arxayınlıqla yaşayardım. Amma Baba Pünhanın söz evi yaşamaq üçün deyil, äksinä yaşamamaq üçündür. Çünki Baba irfanı, därgahı vä täcällanı qoyub, Sabirdän gälän täässüflä ilk öncä xalqını vä insanını düşünür...

Amma Baba Pünhan insandan yazsa da sosial deyil. İronik dä deyil. O, gülüşün ağlayan yerindän, ağlayanın gülän yerindän gälän bändädir. Şer taxtında oturub, bändeyi-bändaläri suçlayan xandır. Onun sältänätindä pis heç nä yoxdur. Çünki bu xanlığın sözü ädalätlidir. Şairin hökmdardan üstünlüyü dä elä budur. Onun yaratdığı dünyaya heç bir hökmdar girä bilmäz, buna bu hökmdarın ädaläti çatmaz.

Babanın şerlärindä xilas anı "axır zaman imamla", bu günün xilası öz mänliyimizlä säciyyälänir.

Baba Azärbaycanın özünü vä biz qäribä "Azärbaycanlıları" çox sevir. O bu düzümü yazanı da, pozanı da görür.

Babadan yaxşı "qarovulçu" çıxardı. Onun sevmädiyi bircä märäz var. Qeyri sämimilik vä yalan.

Baba Pünhan silahdır, atır. Bir gün işdir-şayät, kim isä onunla oynamaq istäsä, atar, yäni açıla bilär.

Azärbaycan Baba Pünhanındır. Çünki Baba Pünhan Azärbaycanındır.
Şer onun mänävi dästämazıdır. Onun adı häm häcidir, häm Babadır. Amma bütün bu adlar hälä tam Baba Pünhan deyil. Çünki ad hälä insanın özü deyil. Adı ämäl ad eläyir.

Baba iş adamıdır. Onun işi şer yazmaqdır. O bu şeri yazır. Bizim işimiz isä bu şeri qanmaqdır... Göräsän biz bu şerläri qana bilirikmi?



Hacı Orxan Fikrätoğlu

20 iyun, 2002
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 13.2.2009, 18:13
Сообщение #6


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Ötdü cavanlıq Qarabağ

Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.

İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlä gedir hökmi-rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın əynindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq Qarabağ.


Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
CCCP
сообщение 13.2.2009, 23:50
Сообщение #7


Знаток
****

Группа: Пользователи
Сообщений: 328
Регистрация: 26.1.2009
Из: там где нет не одной живой души
Пользователь №: 4 941



"Жизнь в ста словах "

Колыбель. Пеленки. Плач.
Слово. Шаг. Простуда. Врач.
Кукла Барби. Мода. Дом.
Беготня. Подружки. Двор.
Школа. Физика. Окно.
Шоколад. Любовь. Кино.
Избавление от кос.
Двор. Друзья. Тусовка. Форс.
Институт. Весна. Кусты.
Лето. Сессия. Хвосты.
Пиво. Водка. Джин со льдом.
Кофе. Сессия. Диплом.
Романтизм. Любовь. Звезда.
Руки. Губы. Ночь без сна.
Свадьба. Свекр. Свекровь. Тоска.
Спорт. Косметика. Игра.
Сын. Пеленки. Колыбель.
Муж. Любовник. Канитель.
Бизнес. Деньги. План. Аврал.
Телевизор. Сериал.
Дача. Вишни. Кабачки.
Седина. Мигрень. Очки.
Внук. Пеленки. Колыбель.
Стресс. Давление. Постель.
Сердце. Почки. Кости. Врач.
Речи. Гроб. Прощанье. Плач.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
CCCP
сообщение 13.2.2009, 23:52
Сообщение #8


Знаток
****

Группа: Пользователи
Сообщений: 328
Регистрация: 26.1.2009
Из: там где нет не одной живой души
Пользователь №: 4 941



В моём сердце больше нет Любви.
Всё прошло... Всё умерло... Забыто...
Ты её напрасно не зови …–
Между нами ложь рекой разлита.
Всё прошло... Всё растворила мгла…
И исчезли, испарились чувства.
Где пылал огонь – теперь зола.
Где текла река – пустое русло.
Всё ушло... Огонь уже остыл.
Пламя страсти время погасило.
Но, мой бог! Ах, как же я любил!
Я любил!... Но разве ты любила?!..
Я любил, как любят в жизни раз.
Беспокойно, трепетно и нежно.
И считал разлуки каждый час,
Согреваясь зыбкою надеждой.
Я любил тебя как никогда
Не любил никто на белом свете.
И мечтал, что будет так всегда,
Пока солнце нам с тобою светит.
Но надеждам сбыться не дано.
И мечты останутся мечтами.
Мне теперь, ты знаешь, всё равно...
Моё сердце превратилось в камень.
За высокой каменной стеной
Я не слышу завываний ветра.
Я не вижу звёзд во мгле ночной.
И мне холодно от солнечного света.
Я не чувствую дыхание дождя.
Я не слышу птиц весёлых трели.
Этот мир теперь не для меня.
Мои чувства все перегорели.
Над собою потеряв контроль,
Я в вине топлю свои печали.
Всё вокруг молчит... и только боль
Тихо шепчет долгими ночами.
В моём сердце поселилась боль,
Словно не нашла другого места.
В моём сердце умерла Любовь.
Ей уже не суждено воскреснуть.
И не нужно оправданья слов!
И не надо слёз твоих фальшивых!
В моём сердце умерла Любовь
И огонь прекрасный погасила.
Не горит... Не бьётся... Не стучит...
Не пылает первобытной страстью.
Лишь обет безмолвия хранит
Под покровом вечного ненастья.
Стали вдруг наивны и смешны
Те стихи, что я писал ночами.
И мечты вдруг стали не нужны,
Когда сердце превратилось в камень.
Отгороженное каменной стеной
Сердце потерялось в мире фальши.
Я не знаю, что теперь со мной...
И не знаю, что же будет дальше...
Почему? О, боже! Почему?
Всё случилось так, а не иначе?
Я не знаю..., почему ещё живу...
Впрочем, это ничего уже не значит.
Жизнь растает, словно пламя свеч.
Как бы это ни было печально.
Но я смог понять простую вещь:
Всё, что происходит – не случайно.
В самом сложном из людских искусств
Понял я, что всё закономерно.
Есть закон о сохранении чувств
Во всём мире... И во всей Вселенной...
Это, друг мой, нелегко понять
(Только Боги знают все ответы.)
Кто-то должен плакать и страдать,
Чтобы кто-то радовался где-то.
Всё так просто... Просто и легко...
Кто-то плачет – значит, ты смеёшься.
А когда на сердце нелегко,
Ты грустишь, а кто-то улыбнётся.
Тяжело... боль пробовать на вкус...
Но я знаю: “ВСЁ ЗАКОНОМЕРНО!”
В уравненьи постоянства чувств
Мы с тобой – лишь пара переменных.
И ничто, увы, не поменять...
Здесь нам ничего помочь не может.
Остаётся жить..., любить..., страдать...
Даже если это невозможно.
PS.
В моём сердце места нет Любви.
Всё прошло... Всё умерло... Забыто...
Ведь Любовь никак не сохранить
В сердце, что Любовью же разбито.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 20.2.2009, 22:35
Сообщение #9


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Bakının dərdi var

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 25.3.2009, 16:47
Сообщение #10


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808




Dustaqlara qaldı


Həsrət dolu gözlər dikilib dağlara qaldı,
Yüksəkləri verdik ümüd alçaqlara qaldı.

Torpaqlarımız getdiyi gündən əlimizdən,
Əllər uzanıb şorməzə torpaqlara qaldı.

Allahdeyən oldu, deyilənlər boşa çıxdı,
Yersiz hədə qorxu quru barmaqlara qaldı.

Xofdan elə güldü, elə bil mayda gül açdı,
Vacib işimiz maygülü yaltaqlara qaldı.

Şənlikdə bir alçağı şişirdib dağa qoydu,
Mənlik ayaq altındakı tapdaqlara qaldı.

Əyri bel ilə əkdiyi də çıxdı əyilmiş,
Yəni ki, bu xislət gələcək çağlara qaldı.

Göy partladı yer çatladı nankorlar əlindən,
Uçdu haram evlər daşı çatdaqlara qaldı.

Bayram günü bayraqdara dəydikcə təpiklər,
Bayraq kimi yüksəlmək o bayraqdara qaldı.

Dövlət, onun uğrundakı yaltaqlara, Pünhan,
Zillət vətən uğrundakı dustaqlara qaldı.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 23.4.2009, 17:00
Сообщение #11


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Kölgəmizdən qorxmuşuq

Natəmizlər içrə biz tək-tük təmizdän qorxmuşuq,
Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.

Biz düzü düz görmäməkçün qarə eynək taxmışıq,
Çün ağı ağ göstərən parlaq günüzdän qorxmuşuq.

Hər yaranmış bir boyanmış olduğundandır yəqin,
Ailə qurmaq gələndə ay bənizdən qorxmuşuq.

Özgələrnin kölgəsin daim qılıncnan vurmuşuq,
İntiqam almaq məqamı kölgəmizdən qorxmuşuq.

Zəbt edib sahilləri qovsaq da çox sakinləri,
Sahili bir gün yuyan coşqun dənizdän qorxmuşuq.

Qorxu Allahdan yox, Allahsızdan olmuş son zaman,
Biz də Allahsız olan qorxunc bir üzdən qorxmuşuq.

Allahın yüz ismi var, bir ismi pünhandır bizə,
Hər şeyi aşkar edən, Pünhan, o "yüz"dən qorxmuşuq.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 21.8.2009, 14:03
Сообщение #12


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



O biler – men bilerem

Bivefadırsa eger yar, o biler - men bilerem,
Ya vefa ehlidi dildar, o biler - men bilerem.
Ne düşüb xelqe axı her şeye rişxend eleyir,
Qeyri dindardı ya dindar, o biler - men bilerem.
Meni caduler ilen salma gözünden o gülün,
Çalma kandarıma mismar, o biler - men bilerem.
Dedim ol yare hicabı sene vacib bilib heqq,
Dedi ki, eyleme israr o biler - men bilerem.
Destemazım gözümün yaşı namazımdı muğam,
Bunda heqqem ya günahkar o biler-men bilerem.
Meni gah Tanrı çekib qaldırar erşin üzüne,
Gahi ordan yere çırpar, o biler - men bilerem.
Can alanım ikidir, göyde felek, yerde melek,
Deseler hansıdı qeddar, o biler - men bilerem.
Pünhanın eyblerin yare gedib kim saydı,
Kime ne, eybi eger var, o biler - men bilerem.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
SheriFF
сообщение 22.8.2009, 1:29
Сообщение #13


Развивающийся
**

Группа: Пользователи
Сообщений: 11
Регистрация: 22.8.2009
Пользователь №: 5 062



Гёзел инсан ве Гёзел Шаир....
Очень ирудированном был человеком Рехметлик...Онун бачысы оглу менимле бир групда охуйуб...Бир дефе универе гельмишди чох саде бир инсан гордум онун тимсалында...Аллах Рехмет елесин...
,,Бакынын Дерди вар,, шери чох гёзел шеирди...Хегигете уйгун язылмыш бир ел иши....!!!!
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 5.11.2009, 16:56
Сообщение #14


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Bu gün Baba Pünhanın doğum günüdür.
Allah rəhmət eləsin...
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
БРАТ_ВОРА
сообщение 19.5.2010, 11:14
Сообщение #15


Развитый
***

Группа: Пользователи
Сообщений: 199
Регистрация: 10.5.2007
Из: Баку
Пользователь №: 2 578



Qanlı bir sähäradı bu

Göz yaşım leysan olub sährada bir däryadı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bir sähradı bu.

Xatämin övladına yas tutmağa Adäm gälib,
Adämin färyadına peyğämbäri - Xatäm gälib,
Kärbäla torpağına göydän bütün aläm gälib,
Car çäk başsız Hüseynä baş çäkän Zähradı bu,
Gäl gedäk burdan Heseynim, qanlı bir sähradı bu.

Ötdü min dörd yüz ilim, dur Şümrä bir meydan oxu,
Yetdi son Aşura, zülmün qätlinä färman oxu,
Bitdi häqqin intizarı, döndü bu dövran oxu,
Surälär Sur oldu xätmi-qeybäti-kübradı bu,
Gäl gedäk burdan Hüseynim, qanlı bir sähradı bu.

Badu Kubä şährinä bir gün ÄliÄkbär gälär,
Häzräti Äbbas ilä Häzrät Äli-Äsgär gälär,
Zülfüqarıynan Ämir-äl-Mömünün Heydär gälär,
Sahibi - äsr - Zamandan öncäki peydadı bu,
Gäl gedäk burdan Hüseynim, qanlı bir sähradı bu.

Ol Yäzidin läşkärindän bir başa min baş gedär,
Şah Hüseynim başdadır här başda gizlin baş gedär,
Baş düşär başdan çıxar qaş başa bir gün baş gedär
Yazdığım misralar içrä qalibi-misradı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bär sähradı bu.

Bir sähär män at belindä göydä gördüm Hüccäti,
Endi göylärdän yerä sildim min illik häsräti,
İnşäallah gün gälär Kubämdä görrük Häzräti
Bir häqiqätdir yazıb Pünhan demä xülyadı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bir sähradı bu.

12 aprel, 1998
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
БРАТ_ВОРА
сообщение 19.5.2010, 11:16
Сообщение #16


Развитый
***

Группа: Пользователи
Сообщений: 199
Регистрация: 10.5.2007
Из: Баку
Пользователь №: 2 578



Başda ayaq gäzdiririk

Neçä ildir sinädä Şişäli dağ gäzdiririk,
Dağıdır Şişä bizi gözdä bulaq gäzdiririk.

"Çırağ"ı özgäyä satdıq yatağıynan qarışıq,
Yatağı tapmağa ämma ki, çıraq gäzdiririk.

Yerdä yer azdı deyib, qoydu ayaq başımıza,
Yerä girsäk dä dözüb başda ayaq gäzdiririk.

Alimik, cahil üçün ot biçirik, bağ salırıq,
Qälämi tullamışıq, indi oraq gäzdiririk.

Atamız ağ, anamız ağ, üzümüz isä qara,
Çün Dubaydan sora gizlindä uşaq gäzdiririk.

Qarabağdan bu qädär faydalanan varsa ägär,
Qarabağ därdin üräklärdä nahaq gäzdiririk.

Kimi lazım bilirik burda müxalif qoyuruq,
Kimi ki, bilmäyirik, gözdän uzaq gäzdiririk.

Biz Qazan xan deyilik, biz içi boş bir qazanıq,
O säbäbdän dä papaq yerinä qapaq gäzdiririk.

Desälär ki, necä Pünhandı, bu, aşkardı tamam,
Söyläyin aşkarı pünhanla calaq gäzdiririk.

20 aprel, 2001
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
ГНЕВ
сообщение 16.9.2010, 17:36
Сообщение #17


Админ
Иконка группы

Группа: Администраторы

Сообщений: 3 759
Регистрация: 27.3.2004
Из: Baku
Пользователь №: 3



Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Al_Pacino
сообщение 16.9.2010, 21:22
Сообщение #18


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 492
Регистрация: 27.2.2007
Пользователь №: 2 482



Heci pivesinin istehsalcisi,
Mugavile baglayir Dini dukanla
Barisha bilmerem men bu zamanla...
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 17.12.2018, 11:58