IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Molla Vəli Vidadi, Молла Вели Видади.
BAKINKA
сообщение 22.3.2009, 16:52
Сообщение #1


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



(IMG:http://s44.radikal.ru/i105/0903/41/cfb99bdaf29c.jpg)

Mola Vəli Vidadi təxminən 1709-cu ildə Şəmkirdə doğulmuşdur. Şairin haqqında nəvələrinin yazmış olduğu qeydlərdən aydın olur ki, o, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. Bu zaman onun atası öldürülmüşdür.

Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.

Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə alınmış və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.

Şairə qoca vaxtlarında çox mühüm bir fəlakət üz vermiş, onun cavan oğlunun əlindən tüfəng açılıb özünə dəymiş və ölmüşdür. Bu hadisə şairə dərin təsir edir. Müştaqın ölümü, Vaqifin öldürülməsi Vidadinini şəxsi kədərini daha da dərinləşdirmiş, şair ömrünün sonlarında kədərli və mərsiyə xarakterli əsərlər yazmışdır.

Vidadi qədim Azərbaycan şerinin bütün xüsusiyyətlərini yaxşı bildiyi klassik irsə, xüsusən Füzuli əsərlərinə dərindən bələd olduğu kimi, aşıq şerinə, şifahi xalq şerri təsirində yazan sənətkarların ədəbi irsinə də yaxından bağlı bir şair idi. Odur ki, onun əsərlərində qəzəl, müxəmməs, müsəddəslərlə bir sırada heca vəznində yazılmış qoşma və gəraylılar da mühüm yer tutur.

Vidadi şeirlərində nəzər-diqqəti cəlb edən əsas cəhət onun yaradıcılığında dərin bir kədərin üstün yer tutmasıdır. O, feodal-patriarxal şəraitdə zəhmətkeş kütlələrin ağır dərdini dərindən hiss edib və əsərlərində ifadə edən, lakin bu dərdlərin əlacını tapmayan, məhz buna görə də müasirlərinin hamısından fərqli olaraq dərin iztirab və həyəcan keçirən sənətkar olmuşdur. Onun kədəri həyatdan gələn vətəndaşlıq kədəridir.

Çərxi-fələk əlindən dad edən sənətkar yurdundan, yuvasından, ulusundan, elindən ayrı düşdüyünü xüsusi qeyd edir. Şairin şeirlərində qəriblik iztirabları mühüm yer tutur. «Xəstə düşdüm gələn yoxdur üstümə» – deyə qəriblik iztirablarını ifadə edən şair vətən həsrətini daha aydın ifadə edən bir sənətkar olmuşdur.
Vidadinin əsərlərində elə bir şeir yoxdur ki, orada vətəndən, eldən, aşna-müsahibdən danışılmasın:

Vidadi xəstəyəm günlər sanaram,
Dərd əhliyəm qəm hərfini qanaram,
Qəriblikdə yada düşər yanaram,
Aşna, yoldaş, yar, müsahib, ellər hey.

O, bəzən bütün bir əsəri vətənə, qəribliyə həsr edir:

Dəli könlüm, gəl əylənmə qürbətdə,
Bir gün olur vətən deyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün olur vətən deyib ağlarsan.

Öz ölkəsində baş verən hadisələrin əsl səbəbini aydınlaşdıra bilməyən, qurtuluş yolu tapmayan və ümidsizliyə düşən şairin yaradıcılığında get-gedə dini görüşlər möhkəmlənir. O, qurtuluşu çox zaman mövhumu qüvvələrdən gözləyir. Vidadi feodal dünyasında yaşayan sadə insanların faciəsini qəmli, yanıqlı bir dil ilə qələmə alır, bu cəmiyyətdə havadarı olmayanların çox ağır həyat keçirdiklərini söyləyir, onların dərdlərindən bəhs edir:

Vidadi yaradıcılığında «Müsibətnamə» xüsusi yer tutur. Bu əsərdə xanlıqlar dövründə baş verən siyasi hadisələr, müsibətlər göstərilmişdir. Əsər 1780-ci ildə Şəki hakimi Hüseyn xan Müştaqın öldürülməsi münasibətilə yazılmışdır. Lakin burada Hüseyn xan Müştaqın şəxsi həyatından çox ayrı-ayrı xanların şəxsi şöhrət və mənfəət uğrunda apardıqları müharibələr, bu vuruşmalar nəticəsində ölkədə baş verən fəlakətlər göstərilmişdir. Şair xalqı, vətəni düşünməyən dəmir ürəkli, qaniçən satqın feodallara lənət oxuyur. Onların didişməsi nəticəsində baş verən aclığı, qəhətliyi göstərir:

Vidadi Müştaqın ölümünü «didələr giryan edən bir məlalət», «dərdi-bidərman» və «daği-binəhayət» adlandırır. Eyni zamanda bir-birilə yola getməyən xanların öz rəqiblərinə qalib gəlmək üçün törətdikləri müharibələr nəticəsində xalqın necə iztirab çəkdiyini göstərərək belə dövlət adamlarına qarşı müraciət edərək deyir:

Gəl yetər ey zülmə rağib, səngidil ahəngcigər
Bunca xunriz olma, eylə zülmi-nahəqdən həzər,
Yadına gəlməz məgər ruzi-cəza ey bixəbər,
Nola haqdan bir zaman şərm etmədin, şamü səhər
Guş edib məzlumlardan ol gələn əfğanə bax.

Vidadi dostuna xain çıxan insanların taleyini göstərir. Şairin bu əsəri
«Müsibətnamə» əsəri XVIII əsrdə yazılmış tarixi mənzumələr içərisində mühüm yer tutur. Bu əsər eyni zamanda dövrün tarixi hadisələrini düzgün müəyyənləşdirmək üçün tarixçilərə də material verir. Əsərin bədii quruluşu XVIII əsr tarixi mənzumələri kimi müxəmməs şəklindədir. Şair baş verən hadisənin təsiri altında əsəri kədərli misralarla başlayır.

Hüseyn xanın bütün siyasi fəaliyyətini nəql etdikdən sonra onun öz əmisilə düşmənçiliyini, nəhayət onun əlilə öldürülməsini təsvir edir. Eyni zamanda şair hadisələrlə əlaqədar dövrün vəziyyətini və hadisələrə münasibətini ifadə edən ümumiləşdirici misralar da yaradır. Bu əsər tarixi hadisəni olduğu kimi təsvir edən mənzum oçerk adlandırıla bilər.

Vidadi şeirlərinin müəyyən hissəsini Vaqiflə əlaqədar yazılmışdır. Bunların bəzisi Vaqifə məktub, bəziləri isə deyişmədir. Məktub xarakterli şeirlərdə iki dostun ailə, məhəbbət, görüşmək haqqında arzuları ifadə edilirsə, deyişmələrdə Vaqiflə Vidadi arasındakı fikir ayrılığı, onların dünyagörüşündəki uyğun gəlməyən məsələlər haqqındakı mülahizələr öz əksini tapa bilmişdir.

Vaqif nə qədər yaşca kiçik olsa da, Vidadi ilə yaxın dost olduğundan onların deyişmələri bəzən münaqişə şəkli alır. Vaqif öz şeirlərində Vidadini də özü kimi nikbin görmək istəyir. O, Vidadi yaradıcılığındakı kədəri tənqid edir, dünyagörmüş təcrübəli şairi dünyanın bütün çətinliklərinə dözməyə çağırdığı kimi ümumi dərd çəkməkdən uzaqlaşmağa da dəvət edir.

Vidadi də Vaqif əsərlərindəki mövzu məhdudluğunu, onun məhəbbət mövzusundan kənara çıxa bilmədiyini haqlı olaraq göstərirdi. Vaqif öz dostuna keçmişlərin dərdini çəkmə, həyatı, yaşayışı qənimət bil, ağlın olsun, keçən keçdi, geri gəlməz, həyatı kədərlə keçirmə, bu dünyanın əzab-əziyyəti də xoşdur, onu mərdliklə qarşılamaq lazımdır – dediyi zaman Vidadi də ona hələ cavansan, həyatı yenicə başa düşürsən, dövrün xanına, sultanına etibar etmə, – deyə cavab verir. Vaqifin gələcəkdə cahil xanların əlində məhv olacağını söyləyirdi:

Gəl bulanma bu dünyanın qanına,
Vəfa yoxdur, sultanına, xanına – deyirdi.

Vidadi 1809-cu ildə Şıxlı kəndində vəfat etmişdir. Qəbri Gəmiqaya adlanan yerdədir.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 2)
BAKINKA
сообщение 24.3.2009, 16:51
Сообщение #2


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Belә dursan o qapıda qış vә yaz,
Yetişәrsәn bir çörәyә sәrfәraz.
Bu doğru yolunda әyilsәn bir az,
Yәqin bil ki, çox xәyanәt eylәrsәn.


Xanın mәhәbbәtin könlündә yatır,
Bit yeyәr әtini, olarsan qotur,
Tәrpәnmә yerindәn, әlbәt, bәrk otur,
Vay halına bir hәrәkәt eylәrsәn.


Evini, malını yadına salma,
Xan izin versә dә, boynuna alma,
Ömәrin, Osmanın qaydına qalma,
Sözlәrini bidәyanәt eylәrsәn.


Cavanşir xәlqilә ol qohum-qardaş,
Qazaxın sözünü heç eylәmә faş,
Demәnәm dinini eylә qızılbaş,
Әqlin olsa, özün, әlbәt, eylәrsәn.


Xanı qoyub әgәr evә getmәsәn,
Qarğa mәnә mәtlәbinә yetmәsәn,
Ülülәmrin itaәtin etmәsәn,
Tәrki-sünnәt vәl-cәmaәt eylәrsәn.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Sweet Dream
сообщение 31.1.2015, 23:15
Сообщение #3


Сердце Форума
******

Группа: Пользователи
Сообщений: 747
Регистрация: 22.1.2015
Из: Baku
Пользователь №: 6 068



Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.

Yaхşı gündə yarü yоldaş çох оlur,
Yaman gündə hеç bulunmaz, yох оlur.
Yad еllərin tənə sözü ох оlur,
Bir gün оlur vətən dеyib ağlarsan.

Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çох çəkmişəm оdunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün оlur vətən dеyib ağlarsan.

Охuduqca qəmgin şе’ri-qəzəli,
Köhnə yaraların bir-bir təzəli,
Yada düşər kеçən günün əzəli,
Bir gün оlur vətən dеyib ağlarsan.

Yada düşər bağçaların, bağların,
Ala qarlı, bоz dumanlı dağların,
Qоcalırsan kеçər cavan çağların,
Bir gün оlur vətən dеyib ağlarsan.

Kеçən günü bir-bir хəyal еylərsən,
Dоlar qəm könlünə məlal еylərsən.
Gələndən-gеdəndən sual еylərsən
Bir gün оlur vətən dеyib ağlarsan.

Hər məzara düşər оlsa güzarın,
Yada düşər ata-ana məzarın.
Vidadi хəstə tək artar azarın,
Bir gün оlur vətən dеyib ağlarsan.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 18.12.2018, 19:52