IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Bakı İslam Mədəniyyətinin paytaxtı., Баку – столица исламской культуры.
Рейтинг 5 V
BAKINKA
сообщение 23.2.2009, 14:49
Сообщение #1


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyada keçirilmiş beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib.
Dini qurumlarla İş üzre Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirir ki, hər il dünyanın bir şəhəri İslam dünyasının paytaxtı elan olunur. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı kimi Bakı şəhəri seçilib. Onun sözlərinə görə, bununla bağlı qərar İslam Konfransı Təşkilatının Mədəniyyət və Turizm nazirlərinin toplantısında qəbul edilib.
Tədbirin əsas təşkilatçısı isə Mədəniyyət və Turizm Nazirliyidir. Bununla bağlı Nazirlər Kabineti tədbirlər planını da təsdiqləyib. Təşkilatçılar arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası və başqa dövlət orqanları da var. Tədbirlər planına uyğun olaraq, “Yanar dağ” dövlət tarix, mədəniyyət və təbiət qoruğunda fevralın 24-ü, martın 5-i, 12-si, 19-u, 21 və 22-de Novruz bayramı münasibətilə “Çərşənbə axşamları” və bayram şənlikləri, “Qobustan” Milli tarix-bədii qoruğunda “Qobustan pirləri” adlı tədbir, İslam mədəniyyətinə aid nadir kitabların ve əlyazmaların sərgisi, “İslam ölkələrinin tarixi şəhərləri və müasir memarlığı” adlı beynəlxalq konfrans ve digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə isə il ərzində mədəniyyət paytaxtı ili çərçivəsində 100-dən çox milli və beynəlxalq tədbir təşkil olunacaq. Bu il, həmçinin İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı düzənlənəcək.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 3)
BAKINKA
сообщение 23.2.2009, 14:53
Сообщение #2


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Heydər Əliyev Sarayında “Bakı - İslam Mədəniyyətinin paytaxtı -2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Rusiyadakı Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa və İslam dövlətlərinin mədəniyyət nazirləri, şəhər merləri iştirak ediblər.
Mərasimdə çıxış edən prezident İlham Əliyev Azərbaycanın yüksək templə inkişaf etdiyini bildirib, görülən işlərin arasında Bakının İslam Mədəniyyəti paytaxtı ili elan edilməsini böyük hadisə kimi qiymətləndirib. Ölkə başçısı islamın tolerantlıq, qardaşlıq və azadlıq dini olduğunu xüsusi vurğulayıb: “Azərbaycan İslam Konfransı Təşkilatında da çox fəal rol oynayıb. Biz İslam aləminin daha da bir-birinin yaxın olmasına çalışırıq. Buna böyük ehtiyac var. Bir-birimizi dəstəkləməliyik və həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməliyik. İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır”.

İSESKO-nun baş direktoru yüksək qonaqpərvərliyə görə ölkə başçısına və onun xanımına təşəkkürünü çatdırıb. O, İslamın heç də cari problemləri həll etmədiyini, əksinə mədəniyyətlərarası sivilizasiyanı möhkəmləndirməyə xidmət etdiyini vurğulayıb.

İSESKO-nun baş katibi Mannan isə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə İSESKO-nun 40-cı ildönümünün üst-üstə düşdüyünü açıqlayıb.

Rəsmi hissədən sonra tədbir bədii hissəyə keçid alıb. Tədbir iştirakçılarına Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlovun əsərlərindən ibarət kompozisiyalar təqdim edilib.

/lent.az/
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
lii
сообщение 21.12.2009, 11:52
Сообщение #3


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 042
Регистрация: 25.4.2008
Из: baki
Пользователь №: 3 776



“Bakı-İslam mədəniyyətinin paytaxtı – 2009” ili başa çatdı - 21-12-2009

ISESKO bu çərçivədə tədbirlərin keçirildiyi rəsmi Bakıya razılıq məktubu göndərib
“Bakı-İslam mədəniyyətinin paytaxtı – 2009” ilinə yekun vuruldu. Mədəniyyət ilinin Heydər Əliyev sarayında keçirilən təntənəli bağlanış mərasimində tanınmış ictimai və siyasi xadimlər, elm və incəsənət adamları, eləcə də xarici qonaqlar iştirak edib. Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı-İslam mədəniyyətinin paytaxtı” ilinin proqramını tərtib etmiş ISESKO tərəfindən Azərbaycana razılıq məktubu göndərildiyini vurğuladı. Nazir bildirdi ki, İslam konfransı təşkilatının rəhbərliyi də Azərbacanda keçirilən tədbirləri yüksək qiymətləndirib. “Azərbaycanda və onun paytaxtında bu il çərçivəsində 500-dən artıq müxtəlif tədbirlər keçirildi. Bunların hamısının sırasında biz bir tədbiri də qeyd edtməliyik. O, da Azərbaycanda ilk dəçfə Heydər Əliyev fondunun dəstəy1ilə baş tutmuş beynəlxalq muğam festivalı idi”.

/ANSPress/


P.S. Mence bu tedbirlerin Islam medeniyyetine hec bir aidiyyati yoxdur. Ne de bir xeyri. Eksine yada salsaq bu il erzinde nece mescid baglandi, azanla bagli mubahiseli hallar yashandi.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 30.1.2015, 16:25
Сообщение #4


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Bakıda İslam mədəniyyətinə aid məscid və pirlərdən başqa heçnə görmürəm.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 10.12.2018, 15:59