IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> İ.Q.A.K., İshgencelere Qarshi Azerbaycan Komitesi
Рейтинг 5 V
İ.Q.A.K.
Ekseriyyet ne düşünür?
İşgence verirem [ 0 ] ** [0,00%]
İşgenceye meruz qaliram [ 0 ] ** [0,00%]
Müvafiq orqanlar deqiq işleyir [ 1 ] ** [33,33%]
İşgence faktlarinin qarşisini aliram [ 1 ] ** [33,33%]
Azerbaycanda ümumiyyetle insan hüquqlari yoxdur [ 1 ] ** [33,33%]
Всего голосов: 3
Гости не могут голосовать 
Al_Pacino
сообщение 26.9.2008, 21:32
Сообщение #1


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 492
Регистрация: 27.2.2007
Пользователь №: 2 482





İşgencelere Qarşı Azerbaycan Komitesi 2002-ci ilde tanınmış alimler ve huquqşunaslar terefinden tesis olunub. Teşkilat 30.06.2005-ci il tarixde Azerbaycan Respublikasi Edliyye Nazirliyinden qeydiyyatdan kecib. Teşkilatin meqsedi insan huquqlarının mudafiesini teşkil etmek, işgence qurbanlarını aşkar etmek, onları mueyyenleşdirdikden sonra onlara huquqi yardım gostermek, işgence vermiş guc strukturlarının emekdashlarını ifşa etmek, Edliyye Nazirliyinin, Daxili İşler Nazirliyinin, Milli Tehlukesizlik Nazirliyinin ve Mudafie Nazirliyinin tabeciliyinde olan muessiselerini ve orada saxlanılan şexslerin veziyyetini monitorinq etmekdir. Teşkilat Azerbaycanda dovlet orqanları, xususen guc strukturları ile yaxından emekdashlıq edir. Teşkilatın Edliyye Nazirliyinin tabеliyinde olan Ceza Cekme Muessiselerinde, Polis İdarelerinin Muveqqeti Saxlama Tecridxanalarında (MST), Milli Tehlukesizlik Nazirliyinin Istintaq tecridxanalarında (İTX), Mudafie Nazirliyinin muessiselerinde, Sehiyye Nazirliyinin Qapali Tipli Xususi Mecburi Mualice Şobesinde mutemadi ve qefilden monitorinq aparmaq ucun xususi icazesi vardır. Teşkilat İşgencelere Qarşı Ьmumdunya Teşkilatının uzvudur. İQAK Azerbaycanda fealiyyet gosteren beynelxaq korpuslarla, ABŞ sefirliyi, Boyuk Britaniya sefirliyi, Norvec sefirliyi, ATET-in Baki ofisi ve diger teşkilatlarla yaxından emekdaşlıq edir.

Komiteye Avropada Tehlukesizlik ve Emekdaşlıq Teşkilatının (ATET) Bakı ofisinin, Amеrika Birleşmiş Ştatlarının Azerbaycan Rеspublikasındakı sefirliyinin, Boyuk Britaniyanın Azerbaycan Rеspublikasındakı sefirliyinin maliyye desteyi ile rеspublikanın rayonlarında polis idarelerinde ve şobelerinin MST-de monitorinqler kеcirmeye imkan qazanmışıdır. Hemin teşkilatların maliyye desteyi ile Komitenin sedri Еlcin Bеhbudov 14-17 fеvral 2005-ci il tarixlerde Bеynelxalq Hebsxana Rеforma teşkilatının Gurcustan Rеspublikasının Bakuriani şeherindeki 3 gunluk ve ATET-in xetti ile Avstriyanın Vyana şeherindeki ATET-in merkezi ofisinde "Insan haqları ve işgence" movzusunda 14-17 iyul 2005 tarixlerinde kеcirilen bеynelxalq konfranslarda cıxış еdib. Hemin cıxışlar vasitesile Azerbaycan gеrcekliyi haqqında bir daha bеynelxalq aleme melumat verilmişdir.

Teşkilatın hal hazırda icra etdiyi layiheler:

1) ATET-in Bakı ofisinin desteyi ile, "Guc sturukturlarinda saxlanma yerlerinin montorinqi" layihesi
2) ABŞ sefirliyinin desteyi il, Polisler ucun insan huquqları telimi: Serencamlar, Qanunlar ve Beynelxalq Konvensiyalar layihesi
3) Boyuk Britaniya Sefirliyinin desteyi ile “Mehkeme prosesi zamanı işgence faktlarının monitorinqi” layihesi
4) 2008-ci il BMT Işgenceler Fondunun desteyi ile “Azerbaycanda işgence faktlarının araşdırilması ve işgence qurbanlarına, onların aile uzvlerine birbaşa huquqi yardım gosterilmesi” layihesinin rehberi

Teşkilatın Emekdaşlıq etdiyi teşkilatlar:

1) Azerbaycan Respublikasının Daxili İşler Nazirliyi
2) Azerbaycan Respublikasının Edliyye Nazirliyi
3) Azerbaycan Respublikasının Milli Tehlukesizlik Nazirliyi
4) Azerbaycan Respublikasının Mudafie Nazirliyi
5) Azerbaycan Respublikasının Baş Prokurorluğu

Beynelxalq teşkilatlar:

1) BMT Azerbaycandakı numayendeliyi
2) İşgencelere Qarşı Umumdunya Komitesi
3) Avropa Şurasının Bakı ofisi
4) ATET-in Bakı ofisi
5) ABŞ-ın Azerbaycandakı sefirliyi
6) Boyuk Britaniyanın Azerbaycandakı sefirliyi
7) Norvecin Azerbaycandakı sefirliyi
8) Human Rights Beynelxalq Teşkilat

Beynelxalq qanunvericilik:

<a href="http://acat-az.org/legislation.files/BMT%20konvensiya.doc" target="_blank">İŞGENCELERE VE DİGER QEDDAR, QEYRİ-İNSANİ, YAXUD LEYAQETİ ALCALDAN DAVRANIŞ VE CEZA NOVLERİNE QARŞI
KONVENSİYA
</a> (ardini oxu...)

<a href="http://acat-az.org/legislation.files/Konvensiya_Avropa.doc" target="_blank">İŞGENCELERİN VE QEYRİ-İNSANİ, YAXUD İNSAN LEYAQETİNİ ALCALDAN REFTARIN VE YA CEZALARIN QARŞISININ ALINMASI HAQQINDA
AVROPA KONVENSİYASI
</a> (ardini oxu...)

QADINLARA QARŞI AYRI-SECKILIYIN BUTUN FORMALARININ LEĞV EDILMESI HAQQINDA KONVENSIYA (ardini oxu...)

Azerbaycan Respublikası Konstitutsiyası ve Qanunvericiliyi, Azerbaycan Respublikasının qoşulmuş olduğu bir cox beynelxalq huquqi-normativ aktlar ve Konvensiyalar işgenceni qadağan edir ve qarşısının alınması ucun tedbirler nezerde tutur. Beleki Azerbaycan Respublikası konstitusiyasının 46-ci maddesinde de gosterilir:

1) Her bir şexs oz şeref ve leyaqet hissini qorumaq huquqi vardır.

2) Şexsiyyetin leyaqet hissi dovlet terefinden qorunmalı. Hec bir halda şexsiyyetin leyaqeti alcaldıla bilmez.

3) Hec kese işgence ve ezab verile bilmez. Ozunun konullu razılığı olmadan hec kesin uzerinde tibbi, elmi ve başqa tecrubeler aparıla bilmez.


Azerbaycan Respublikası cinayet qanunvericiliyi zorakılıq, hedelemek, şantaj, elece de işgencelerin tetbiq olunmasını cinayet toretmenin vasiteleri kimi nezerden kecirir. Azerbaycan Respublikası cinayet mecellesi aşağıdakı maddelerde işgence terminlerinin işledilmesini norma kimi nezerden kecirir: 113 - “İşgencelerin tetbiqi”, 115.2 - "Muharibe qanunları ve enenelerinin pozulması", 133 - "İşgence", 293.2 - "İfade vermeye mecbur etme", 331- "Herbi qulluqculara işgence verme".

Qanunvericilikde (Azerbaycan Respublikası CM-nin 133-cu maddesi) işgence sistematik doyme ve zorakı emeller toretme yolları ile fiziki ve psixoloji zerer yetirme kimi qiymetlendirilir.
Azerbaycan Respublikasi Cezaların İcrası Mecellesinde qeyri-insani reftar qadağan edilir. Mecellenin 3.3-cu maddesinde qeyd edilir ki, “Bu Mecelle Azerbaycan Respublikasinin Konstitusiyasına, muvafiq qanunlara ve beynelxalq huququn prinsip ve normalarına uyğun olaraq mehkumlarla reftarda işgencelere, diger qeyri-insani hereketlere ve şexsiyyetin alcaldılmasına yol verilmemesine esaslanır”.

Azerbaycan Respublikasinin “Polis haqqinda” Qanunun 5-ci maddesinine II hissesinde qeyd edilir ki, polisin her hansı bir şexsle insan leyaqetini alcaldan şekilde reftar etmesi yolverilmezdir.
Eyni zamanda, Azerbaycan Dovleti BMT “İşgeneclere ve diger qeddar, qeyri-insani, yaxud leyaqeti alcaldan reftar ve ceza novlerine qarşı” Konvensiyaya qoşulub. Konvensiyanın teleblerine gore Azerbaycan qanunvericiliyi tekminleşmeli, dunya standartlarına uygunlaşdırilmalıdır:

1) Goturulen ohdeliklere esasen – selahiyyetli orqanlar işgence ehtimalı varsa, bunu araşdırmalı ve muvafiq tedbirler gormelidir.

2) İşgenceye meruz qalan şexsin şikayet huququ var ve derhal hemin şikayet temin olunmalıdır.

3) İşgence neticesinde olerse kompensasiya almaldır.


İnsan Huquqlarının ve Esas Azadlıqların Mudafiesi Haqqında Avropa Konvensiyasının ucuncu maddesinde (Madde 3. İşgencelerin qadağan olunması) qeyd olunur ki, hec kes işgenceye, qeyri-insani ve ya leyaqeti alcaldan reftara ve ya cezaya meruz qalmamalıdır.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
 
Открыть тему
Ответов (1 - 3)
Al_Pacino
сообщение 26.9.2008, 21:36
Сообщение #2


Ангел Форума
*******

Группа: Пользователи
Сообщений: 1 492
Регистрация: 27.2.2007
Пользователь №: 2 482



(IMG:http://s56.radikal.ru/i151/0809/23/0cc69f915c92.gif) İşgencelere Qarşı Azerbaycan Komitesinin elaqe melumatları(IMG:http://s56.radikal.ru/i151/0809/23/0cc69f915c92.gif)


İşgencelere Qarşı Azerbaycan Komitesi
Unvan: İ .Dadaşov kucesi 60. (4-cu mertebe)
AZ – 1108 Bakı, Azerbaycan
Tel/Faks: (99412) 561-89-80
E-mail: againsttortures@gmail.com

(IMG:http://acat-az.org/contacts.files/behbudov-e.jpg)

Sedr: Elcin Behbudov
Telefon: (+994 50) 375-52-67
elchinbehbudov@gmail.com

(IMG:http://acat-az.org/contacts.files/bayram.jpg)

Sedr muavini: Bayram Sadıqov
Telefon: (+994 55) 641-60-77

(IMG:http://acat-az.org/contacts.files/sevil1.jpg)

Qadınlarla İş uzre Bolmenin rehberi : Sevil Allahverdiyeva
Telefon: (+994 12) 432-49-33
sevilallahverdiyeva@gmail.com

(IMG:http://acat-az.org/contacts.files/elchin1.jpg)

Sedr komekcisi: Elcin Abdullayev
Telefon: (+994 12)511-44-47
(+994 55) 209-04-34
logmanoglu@gmail.com
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
BAKINKA
сообщение 30.9.2008, 21:04
Сообщение #3


Kрутой форумчанин
***********

Группа: Модераторы
Сообщений: 2 944
Регистрация: 12.5.2008
Из: OdLaR YuRdu
Пользователь №: 3 808



Çox maraqlı ve lazımlı melumatlardı.Ümumiyyetle her bir vetendaş öz hüquqlarını bilmelidi.En azından özünü qoruya bilmesi üçün. Bezen hüquqlarını bilmeyenler aldadılır,tehqir olunur,herden de işgencelere meruz qalır.Çox teessüf ki,bu qanunların qüvvede olmasına baxmayaraq pozanlar da var.Tekce bizim vetenimizde deyil,dünyanın bir sıra ölkelerinde insanlar heqiqeten işgenceye meruz qalırlar.Qanunun hemin ölkede qüvvede olmasına baxmayaraq buna emel etmirler.Öz hüquqlarını bilmeyenler de bunu düzgün olduğunu düşünüb heç bir addım atmır.

1) Her bir şexs oz şeref ve leyaqet hissini qorumaq huquqi vardır. Bu hüququn pozulmasına çox şahid olmuşam.Başıma gelmese de kenardan izlemek bele insana xoş tesir bağışlamır.Esasen iş yerlerinde (hetta dövlet idarelerinde)Ümumiyyetle cinsinden asılı olmayaraq idare,şirket ve s. bu tipli iş yeri açan her bir şexs hem öz hüquqlarını,hem de işçisinin hüquqlarını,onunla nece reftarı ve danışıq terzini bilmelidi.Hemçinin işçilerdee.
2) Şexsiyyetin leyaqet hissi dovlet terefinden qorunmalı. Hec bir halda şexsiyyetin leyaqeti alcaldıla bilmez. Bir sıra dövletin nezareti olmayan qurum ve ya idareler var ki..ne isteyirler edirler.Bezileri qanunu oxuyub üstünden xett çekib öz işlerini görürler,bezilerinin ise heç bu qanunun mövcudluğu barede xeberleri yoxdu.İşgence yalnız öldürmek,döymek,ezab vermekden ibaret deyil.İnsanı şexsiyyetini tehqir elemek de menevi işgence hesab olunur.
3) Hec kese işgence ve ezab verile bilmez. Ozunun konullu razılığı olmadan hec kesin uzerinde tibbi, elmi ve başqa tecrubeler aparıla bilmez.İster ölkemizde,isterse de diger yerlerde insan orqanının ve ya bütövlükde özünün satılmasına defelerle şahid olmuşuq.İnanmıram ki,satılanların hamısı razılıq esasında baş verib.
Her bir insanın normal yaşama hüququ var.Hüquqlarımızı bilmeden bunu heyata keçire bilmerik.Bezen olub ki,men bildiyim bezi hüquqlardan kimese danışanda,,neyin düz,neyin yalnış olduğunu başa salmaq isteyende qarşı terefin dediklerime "gülerek" münasibet bildirmesine,hetta mene birteher baxmasına şahid olmuşam.Çünki qanundan xebersiz olduğu üçün deyilenler ona gülmeli gelir.Ona göre qanunları cemiyyetin çox faizinin bilmesi mütleqdii.Çox sevindirici haldı ki,bu tip qurumların sayı hem bizim, hem de diger ölkelerde artmaqla beraber,işgencelerin sayı da azalır.

P.S.Melumatlara göre teşekkürlerrr.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения
Алкаш
сообщение 3.2.2015, 9:35
Сообщение #4


Генералный Флудёр
***********

Группа: Пользователи
Сообщений: 2 567
Регистрация: 10.11.2009
Из: Живу в Сердцах!
Пользователь №: 5 106



Цитата(Al_Pacino @ 26.9.2008, 21:32) *



Beynelxalq teşkilatlar:

1) BMT Azerbaycandakı numayendeliyi
2) İşgencelere Qarşı Umumdunya Komitesi
3) Avropa Şurasının Bakı ofisi
4) ATET-in Bakı ofisi
5) ABŞ-ın Azerbaycandakı sefirliyi
6) Boyuk Britaniyanın Azerbaycandakı sefirliyi
7) Norvecin Azerbaycandakı sefirliyi
8) Human Rights Beynelxalq Teşkilat


Azərbaycanda belə bir təşkilatın olduğunu ilk dəfədir ki eşidirəm.O ki qaldı beynəlxalq təşkilatlara,onların adını dəyişib "Beynəlxalq qınama təşkilatı " qoysalar daha uyğun olar məncə.Qınamaqdan başqa heçnə bilmirlər.
Вернуться в начало страницы
 
+Ответить с цитированием данного сообщения

Добавить ответ в эту темуОткрыть тему
2 чел. читают эту тему (гостей: 2, скрытых пользователей: 0)
Пользователей: 0

 

Текстовая версия Сейчас: 10.12.2018, 15:41