· · ·
: Rəsmi Kriminal xəbərlər.
Bakulove.com-Forum > Forum > Sərbəst bölmə, CHAT ˸ > XƏBƏRLƏR
: 1, 2, 3, 4
YaSin
İtkin düşen Samux sakininin meyiti su anbarından tapıldı 29/03/10



Martın 10-da axşam saatlarında evden Mingeçevir Su Anbarına balıq tutmaq üçün çıxan ve bir daha geri qayıtmayan Samux sakinlerinden birinin meyiti Mingeçevir su anbarından çıxarılıb. Bu barede Samux rayon Polis şöbesinden melumat verilib. Melumata göre, polisin ve Fövqelade Hallar Nazirliyi yerli qurumunun emekdaşlarının seyi ile gece saatlarında tapılan 1966-cı il tevellüdlü Asif Yaqub oğlu Ehmedovun meyiti ailesine tehvil verilib. 1972-ci il tevellüdlü Veliyev Refail Kamal oğlunun axtarışları ise davam etdirilir.
YaSin
Dost qatiline 14 il hebs 29/03/10


Martın 29-da Ağır Cinayetlere Dair İşler üzre Mehkemede dostunu qetle yetirmekde teqsirlendirilen Bakı şeheri sakininin cinayet işi üzre mehkeme prosesi başa çatıb.
hakim Rauf Eliyevin sedrliyi ile keçirilen prosesde teqsirlendirilen Terlan Heşimova hökm oxunub. Hökme esasen, T. Heşimov 14 il müddetine azadlıqdan mehrum edilib. İttihama göre, 2009-cu ilin oktyabr ayında Ezizbeyov rayonu sakini Terlan Heşimov Bine qesebesi, Vaqif küçesi, ev 8-de yaşayan Elbrus Eliyevi qetle yetirib. Qetl hadisesi şexsi münasibetlerin pozulması neticesinde baş verib. Terlan dostu E. Eliyevle aralarında yaranmış mübahise zamanı bıçaqla onun bedeninin müxtelif nahiyelerine çoxsaylı bıçaq zerbeleri vurub. Ağır xesaretle 3 saylı Kliniki Xestexanaya çatdırılan E. Eliyev orada dünyasını deyişib. T.Heşimova Azerbaycan Respublikası Cinayet Mecellesinin 120.2.2-ci (xuliqanlıq niyyeti ile adam öldürme) maddesi ile ittiham olunub.
YaSin
Müveqqeti saxlanma tecridxanasındakı intiharla bağlı resmi melumat 29/03/10


Bakı şeher Prokurorluğu ve Bakı şeher Baş Polis İdaresi Nesimi rayon Polis İdaresinin müveqqeti saxlanma tecridxanasında baş veren intihar hadisesi ile bağlı birge melumat yayıb.
Bakı Şeher Baş Polis İdaresinden açıqlamada bildirilir ki, martın 23-ne keçen gece Bakı şeher sakini Seyfeddin Abbasova namelum şexs terefinden bıçaqla ağır xesaret yetirilmesi faktına göre Nesimi rayon Polis İdaresinin İstintaq Şöbesi terefinden Cinayet Mecellesinin qesden sağlamlığa ağır zerer vurma maddesi ile başlanılmış cinayet işi üzre heyata keçirilen texiresalınmaz istintaq ve emeliyyat-axtarış tedbirleri ile cinayetde şübheli qisminde Celilabad şeher sakini Ceyhun Zerbeliyev saxlanılıb. İstintaqla müeyyen edilib ki, Ceyhun Zerbeliyev Seyfeddin Abbasovun heyat yoldaşı Sedaqet Abbasovanı hele uşaq yaşlarından tanıyıb, Celilabad şeherinde qonşu olublar. 2009-cu ilin iyun-avqust aylarında, Sedaqet Abbasova Celilabadda olarken, eri ile soyuq münasibetde olduğunu Ceyhun Zerbeliyeve bildirib ve bundan sonra onlar müntezem telefon elaqesi saxlayıblar. Bu emeller Sedaqet Abbasova Bakıya qayıtdıqdan sonra da davam etmiş ve biri-birlerine müxtelif mezmunda mesajlar gönderibler. Seyfeddin Abbasov mesaj gönderenin Ceyhun Zerbeliyev olduğunu öyrenib ona zeng etmiş, lakin sonuncu terefinden tehqire ve hede-qorxuya meruz qalıb. Martın 22-de saat 24.00 radelerinde ise Ceyhun Zerbeliyev Seyfeddin Abbasovun Bakıda yaşadığı menzile gelib heyat yoldaşının, bacısının ve azyaşlı uşaqlarının yanında münaqişe yaradaraq bıçaqla qarın nahiyesine ağır xesaret yetirib. Ertesi gün Ceyhun Zerbeliyev polis emekdaşları terefinden yaxalanıb, hemçinin cinayetin aleti olan gizletdiyi bıçaq tapılaraq müvafiq qaydada senedleşdirilib. O, istintaq prosesinde töretdiyi cinayet emelini tam etiraf edib. Baresinde rayon mehkemesi terefinden hebs-qetimkan tedbiri seçilmekle C. Zerbeliyev martın 24-de saat 18.00 radelerinde Nesimi Rayon Polis İdaresinin Müveqqeti saxlama tecridxanasına gönderilib. Martın 25-i saat 01 radelerinde tecridxananın emekdaşları, C. Zerbeliyevin özünü eynindeki idman gödekcesinin parçasından istifade etmekle tek saxlanıldığı kameranın penceresinin demir barmaqlığından asaraq intihar etdiyini aşkarlayıblar. Derhal hadise yerine devet olunmuş rayon prokurorluğunun emekdaşları hal şahidlerinin iştirakı ile intiharın baş verdiyi yere ve meyite baxış keçiribler. İlkin xarici baxış, hemçinin Mehkeme-Tibbi Ekspertizası Birliyinin Nesimi rayon şöbesi terefinden Ceyhun Zerbeliyevin meyitinin qohumlarının iştirakı ile müayinesi zamanı merhumun boyun nahiyesinde özünü asma neticesinde emele gelmiş xarakterik şırımdan başqa bedeninde her hansı diger xesaret elameti aşkar edilmeyib. Bununla elaqedar Azerbaycan Respublikası Cinayet Mecellesinin müvafiq maddesi ile başlanılıb, cinayet işinin istintaqı davam etdirilir. Eyni zamanda, fakt üzre Daxili İşler Nazirliyi terefinden aparılmış xidmeti tehqiqatın neticelerine göre, qanunla müeyyen edilmiş vezifelerini yerine yetirerken sayıqlığı itiren Müveqqeti Saxlama Tecridxanasının hadise baş verdiyi gün növbede olmuş 3 emekdaşı daxili işler orqanlarında xidmetden xaric edilib.
YaSin
Efqanıstanda ve Pakistanda vuruşan azerbaycanlının mehkemesi başladı 30/03/10


Martın 30-da Ağır Cinayetlere Dair İşler üzre Mehkemede Efqanıstanda ve Pakistanda koalisiya qoşunlarına qarşı vuruşmaqda ittiham olunan Azerbaycan vetendaşının cinayet işi üzre mehkemenin hazırlıq iclası keçirilib.
hakim Cavid Hüseynovun sedrliyi ile keçirilen iclasda teqsirlendirilen Bakı şeheri, Suraxanı rayonu, Yeni Güneşli qesebesi sakini 1975-ci il tevellüdlü İsayev Vüqar Sefa oğlunun cinayet işi üzre mehkeme baxışı aprelin 8-ne teyin olunub. V.İsayev Azerbaycan Respublikası Cinayet Mecellesinin 12.1-ci (Azerbaycan Respublikasının vetendaşları ve Azerbaycan Respublikasında daimi yaşayan vetendaşlığı olmayan şexsler Azerbaycan Respublikasının hüdudlarından kenarda töretdikleri emele (hereket ve ya hereketsizliye) göre, bu emel hem Azerbaycan Respublikasının, hem de erazisinde töredildiyi xarici dövletin qanunvericiliyine esasen cinayet sayılırsa ve bu cinayete göre hemin şexsler xarici dövletde mehkum olunmamışlarsa, bu Mecelle esasında cinayet mesuliyyetine celb edilirler) ve 279.1-ci (Azerbaycan Respublikasının qanunvericiliyi ile nezerde tutulmayan silahlı birleşmeler ve ya qruplar yaratma, elece de onların yaradılmasında ve fealiyyetinde iştirak etme, onları silahla, döyüş sursatı ile, partlayıcı maddelerle, herbi texnika ile, yaxud esgeri levazimatla techiz etme) maddeleri ile ittiham olunur. Xatırladaq ki, keçen il Ağır Cinayetlere Dair İşler üzre Mehkemede keçirilen prosesde 13 Azerbaycan vetendaşı mühakime olunub. Bele ki, Şakir Xanbutov 1 il 6 ay, Araz Kengerli 2 il 6 ay, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Cahangir Bağırov, Eyyub Zeynalov, Seymur Ehedov, Emil Mirzeyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kebir Velibeyov, Rövşen Paşayev ve Vüqar Xelilov 6 ay müddetine azadlıqdan mehrum edilibler
lii


Saxta seyidlər tutuldu
Ələm gəzdirənlər tutulmur, mən niyə tutulum?!



Bərdə Rayon Polis Şöbəsinin əmkdaşları dələduzluqla vətəndaşları soymaqla məşğul olan 2 şəxsi saxlayıb. Rayon Polis Şöbəsindən ANS PRESS-in Qarabağ bürosuna verilən məlumata görə, bunlar Yevlax rayon sakinləri Seymur Şəmilov və Rəsul Hüseynovdur. Onlar, Bərdə sakini Vahid İbadovun şöbəyə ərizəylə müraciət edib, 2 nəfər tərəfindən aldadıldılması və pulunun zorla əlindən alınması barədə məlumat verməsindən sonra yaradılan əməliyyat tədbirləri nəticəsində tutulublar.

Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi Habil Paşayevin bildirdiyinə görə, saxlanılanlardan biri özünü seyid kimi təqdim edərək camaatdan pul yığmağa başlayıb. Onların üzərinə baxış zamanı üzərlərində narkotik maddə də aşkar olunub.

H. Paşayevin sözlərinə görə, vətəndaşları aldadan zaman Seymur Şəmilov özünü seyid, Rəsul Hüseynov isə guya seyidin şəfa verdiyi adam kimi təqdim edib. Və bu üsulla vətəndaşların pullarını mənimsəyiblər.

S. Şəmilov ifadəsində bu yola əl atmasını belə izah verib: Mən dedim ki, ələm gəzdirənlər tutulmur, mən niyə tutulum?! Ağdaşdan bura ələm gətirib gəzdirirlər, sonra da pul alıb gedirlər. Bunu görüb, mən də tutulmayacağımı fikirləşdim.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.

P.S. Ne yaxshi ki, bu cur insanlari ifsha edirler. Qoy camaat kime inandigini yaxshi tanisin.
YaSin
Qaradağda mikroavtobus minik avtomobili ile toqquşdu 02/04/10



Bu gün Qaradağ rayonunda "Ford" markalı mikroavtobus ve "VAZ" markalı minik avtomobili toqquşub.
Fövqelade Hallar Nazirliyinin resmi saytına istinaden verdilen melumata göre, her iki neqliyyat vasitesi deformasiyaya uğrayıb, minik avtomobilinde olan 2 nefer xesaret alıb. Xilasediciler avtomobilde sıxılmış veziyyetde qalmış zererçekmişleri müvafiq xilasetme alet ve avadanlıqları vasitesile avtomobilden çıxarıb, onlara ilkin tibbi yardım gösterib ve aidiyyeti üzre tehvil verib. Hadise yerinde müvafiq tehlükesizlik tedbirleri görülüb. Emeliyyat saat 11:19-da başa çatıb.
YaSin
İki qardaş hebs edildi 03/04/10


Şirvanda narkotik alveri ile meşğul olan qardaşlar hebs edilib. Bu barәdә Şirvan şeher polis şöbesinden melumat verilib. Melumatda bildirilir ki, Şirvan sakini Nağıyev Namiq Oqtay oğlunun üstünden 0,307 qram narkotik vasite olan heroin götürülüb. Keçirilmiş emeliyyat tedbirleri neticesinde melum olub ki, N.Nağıyev narkotik vasiteni 1981-ci il tevellüdlü Şirvan sakini Ş.Şükürov küçesi ev 33-de yaşayan Qurbanov Ceyhun Mecid oğlundan alıb. Bu meqsedle cinayet işi başlanılmış ve C.Qurbanovun yaşadığı menzile baxış keçirilerken orada 6 bükümde 1,255 qram narkotik vasite olan heroin aşkar edilib. Ele hemin gün kriminal alemde emiş leqebi ile tanınan diger qardaş Qurbanov Emirhüseyn Mecid oğlunun yaşadığı E.Bayramov küçesi dalan 3 ev 3 ünvanında axtarış aparılıb ve 1,230 qram narkotik vasite olan heroin aşkar edilib. Polis emekdaşları qeyd edir ki, qardaşlar hebs edilmezden önce onlar haqqında metbuatda geniş yazı derc edilib. Şirvan sakinleri onları narkobaronlar da adlandırırdılar. Şirvan şeher polis şöbesinde hebs olunan qardaşlar baresinde narkotik maddelerin saxlanması ve satışı maddeleri ile cinayet işi açılıb, araşdırma aparılır.
YaSin
Samuxda intihar 03/04/10


21 yaşlı oğlan özünü ağacdan asıb
Samuxda intihar hadisesi baş verib. Bu barede Samux rayon Polis Şöbesinden melumat verilib. Melumata göre, Samux sakini, 1989-cu il tevellüdlü Memmedov Rafael Namiq oğlu bu gün seher saatlarında özünü Sünnüler kendine aparan yolun kenarındakı ağacdan asıb. İntiharın sebebleri araşdırılır.
YaSin
Qazaxda 14 yaşlı qız özünü asıb 03/04/10


Azerbaycanın Qazax rayonunda yeniyetme qız intihar edib.
Qazax rayon Polis Şöbesinden verilen melumata göre, rayonun Qarapapaq kendinde 1996-cı il tevellüdlü Aytac İmanova öten gün axşam saatlarında xalasına mexsus heyetyanı sahede özünü ağacdan asıb. Merhumun xalasının himayesinde yaşadığı bildirilib. İntiharın sebebleri helelik melum deyil. Hadise ile bağlı Cinayet Mecellesinin 125-ci (özünü öldürme heddine çatdırma) maddesi ile cinayet işi başlanılıb.
YaSin
Telefon oğrusu tutuldu 03/04/10


O, evveller de mehkum olunub
Bine qesebesinde telefon oğrusu tutulub. Bakı şeher Baş Polis İdaresinden verilen melumata esasen, aprelin 1-de Bine qesebesindeki kafelerin birinde Daşdemir Ehmedova mexsus mobil telefonu götürüb qaçan şexs aprelin 2-de Ezizbeyov Rayon Polis İdaresinin 1-ci Polis bölmesinin emekdaşları terefinden tutulub. Verilen melumata göre, tutulan şexs evveller de mehkum olunmuş Merdekan qesebe sakini Tural Hüseynovdur.
YaSin
Lerikde bıçaqlanma 03/04/10


Yaralı Lenkeran xestexanasındadır
Lerik şeherinde aprelin 2-de bıçaqlanma hadisesi baş verib. Lerik şeher Polis Şöbesinden verilen melumata esasen, neticede 21 yaşlı Şahin Mirzeyev yaralanaraq Lenkeran şeher xestexanasına yerleşdirilib. Hadiseni töreden 28 yaşlı Rahim Merdiyev Lerik polisi terefinden tutulub.
YaSin
Nesimi rayonunda evden meyit tapıldı 03/04/10


Ölen şexs içeride qapalı qalıbmış
Nesimi rayonunda bir evden meyit tapılıb. Fövqelade Hallar Nazirliyinin saytına istinaden verdilen melumata göre, 37 yaşlı Tahir Veliyevin cesedini nazirliyin emekdaşları yaşadığı menzilinden çıxarıblar. T. Veliyev içeride qapalı veziyyetde qalıb, qapının döyülmesine ve telefon zenglerine cavab vermeyib. Beşmertebeli evin birinci mertebesinde qaldığına göre, FHN emekdaşları menzilin penceresinin demir barmaqlıqlarını keserek içeri keçibler. Hazırda T.Veliyevin ölüm sebebleri araşdırılır.
YaSin
Lerikde herbi maşının aşması ile bağlı cinayet işi başlayıb 03/04/10


Azerbaycanın Lerik rayonunda Serhed Qoşunlarına mexsus herbi maşının aşması, herbçilerin ölümü ve yaralanması ile neticelenen hadise ile bağlı cinayet işi başlanıb.
Bu barede Lenkeran Qarnizon Herbi Prokurorluğundan bildirilib. Melumata göre, cinayet işi Azerbaycan Cinayet Mecellesinin 263.3-cü (avtomobil, tramvay ve ya diger mexaniki neqliyyat vasitesini idare eden şexs terefinden yol hereketi ve ya neqliyyat vasitelerinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zererçekmiş şexsin sağlamlığına az ağır ve ya ağır zerer vurulmasına sebeb olduqda), 351.3-cü (döyüş, xüsusi ve ya neqliyyat maşınlarını idareetme ve istismar qaydalarını pozma ehtiyatsızlıqdan zererçekmiş şexsin sağlamlığına az ağır ve ya ağır zerer vurduqda) maddeleri üzre araşdırılır. Hadise neticesinde dünyasını deyişen ve xesaret alanlar herbçilerin şexsiyyetleri barede helelik melumat verilmeyib. Qeyd edek ki, bu gün saat 15.00 radelerinde Lenkeran-Lerik magistralının 48-ci kilometrliyinde, Lerik rayonunun Güneşli kendi erazisinde Azerbaycan Serhed Qoşunlarına mexsus 04-63 SQ nömre nişanlı herbi maşın aşıb. Lerik rayon İcra Hakimiyyeti başçısının birinci müavini, rayon Fövqelade Hallar Komissiyasının sedri Habil Melikov APA-nın yerli bürosuna bildirib ki, Serhed Qoşunlarının N saylı herbi hissesinin esgerlerini aparan maşında 16 herbçi olub. Hadise neticesinde onlardan 4-ü dünyasını deyişib, 12 nefer ise müxtelif beden xesaretleri alıb. Melumata göre, herbi maşında olanlar ordu sıralarından terxis olunan herbçiler olub. Yaralılar Lenkerandakı herbi hospitala yerleşdirilib. Hadise yerine rayon rehberliyi, hüquq-mühafize orqanlarının emekdaşları gelib. Faktla bağlı araşdırma başlayıb. Lerik rayon prokuroru Salman Semedov APA-nın cenub bürosuna açıqlamasında herbi maşının dağlıq zonada yerleşen Güneşli kendinden keçen yolda aşdığını ve dereye yuvarlandığını deyib. Prokurorun sözlerine göre, herbi maşında 18 herbçi olub, onlardan 4-ü dünyasını deyişib, 14 nefer ise xesaret alıb. Herbi maşında olan herbçilerden 17-nin esger, 1-nin ise zabit olduğu bildirilir.
YaSin
Bine ticaret merkezinde qetl 03/04/10


Namelum şexs iş adamını çalışdığı mağazada gülleleyib
Bine ticaret merkezinde qetl hadisesi baş verib. Qaradağ rayon prokurorluğundan verilen melumata göre, hadise bu gün 17:30-da ticaret merkezindeki mağazalardan birinde baş verib. İlkin melumata göre, öldürülen Eldeniz Nesibov adlı iş adamıdır. Onu işlediyi mağazada tapança ile gülleleyibler. Helelik hadisenin baş verme sebebleri bilinmir. Cinayetkarın tutulub-tutulmadığı barede de informasiya yoxdur.
YaSin
Siyezende intihar 04/04/10



Bu gün seher saatlarında Siyezen rayonunun Daşlıcalğam kendinde itntihar hadisesi baş verib.
Siyezen rayon polis şöbesinin reis müavini Yüsif Elesgerovun verdiyi melumata göre, şöbeye bu barede melumat seher saatlarında merhumun qardaşı terefinden daxil olub. Bele ki, o, polise qardaşının kend erazisindeki meşe massivinde ağaclardan birinde asılı veziyyetde olduğunu bildirib. Hadise yerine gelen polis emekdaşları müeyyen edibler ki, bu, 1989-cu il tevellüdlü Sexavet Beyler oğlu Xalıqovdur. Polis şöbesi emekdaşlarının apardıqları araşdırma neticesinde o da melum olub ki, bu, Sexavet Xalıqov 2010-cu ilin 24 mart tarixinden evden çıxıb ve geri qayıtmayıb. Kend sakinlerinin bildirdiyine göre, Sexavet esgerlikden yenice qayıdıb ve özüne iş axtarırmış. Sakinler onun mal-qara saxlamaqdan bezdiyini de qeyd edibler. Hazırda Siyezen Rayon Prokurorluğunda AR Cinayet Mecellesinin 125-ci (özünü öldürme heddine çatdırma) maddesi ile cinayet işi açılıb. Rayon Prokurorluğunda istintaq araşdırmaları aparılır. Tibbi-ekspertiza reyinden sonra onun ölümünün deqiq sebebleri melum olacaq.
YaSin
Bakıda qetl töreden şexs polise teslim olub 06/04/10


Aprelin 5-de saat 23.10 radelerinde, Nizami rayonu erazisindeki Q.Qarayev prospektinde Gence şeher sakini Naib Eliyev münaqişe zemininde 25-30 yaşlı kişini bıçaqla qetle yetirib.
DİN-in saytına istinaden verilen xebere gore, Nizami RPİ 25-ci PB emekdaşlarının heyata keçirdikleri emeliyyat tedbirleri neticesinde N.Eliyev könüllü polise gelerek istintaqa teslim olub.
YaSin
Aeroportda İran vetendaşında külli miqdarda psixotrop madde tapılıb 06/04/10



Azerbaycan Dövlet Gömrük Komitesinin (DGK) Hava Neqliyyatında Baş Gömrük İdaresinin emekdaşları Heyder Eliyev Beynelxalq Hava Limanında Bakıdan Türkiyeye geden İran vetendaşında külli miqdarda psixotrop madde aşkarlayıb.
Bu barede DGK-nın metbuat xidmetinden melumat verilib. Bakı-İstanbul aviareysi ile uçmaq üçün gömrük nezaretinden keçen İran vetendaşı Borouji Kolli Ramin Baharalinin el yükünde hemin reysle uçmaq üçün onunla birlikde hava limanına gelmiş İran vetendaşı Samadian Xaleq Xanhosseinle qabaqcadan elbir olub, Bakıda istintaqla müeyyen edilmemiş şexsden İstanbula aparmaq meqsedi ile elde etdiyi çemodanın içerisinden 1 488,425 qram psixotrop madde olan metamfetamin aşkar edilerek götürülüb. Bu maddeleri İran vetendaşları aşkar edilmesini çetinleşdiren üsullardan istifade etmekle şeffaf ve qara rengli sellofanlara bükülerek yerleşdirilmiş 8 eded müxtelif ölçülü bağlamada keçirmeye cehd gösterib. Fakt üzre Cinayet Mecellesinin 206.3.2, 234.4.1 ve 234.4.3-cü maddelerile cinayet işi başlanıb. Aparılmış istintaqla müeyyen edilib ki, Borouji Kolli Ramin Baharali ve Samadian Xaleq Xanhossein satış meqsedi ile qanunsuz olaraq külli miqdarda psixotrop maddeleri elde etme, saxlama, daşıma ve qaçaqmalçılıq yolu ile, gömrük nezaretinden gizli Azerbaycanın gömrük serhedinden keçirme barede İranda şexsiyyetleri istintaqla müeyyen edilmemiş şexslerle qabaqcadan elbir olaraq cinayet elaqesine girib. Onunla birlikde Tehran-Bakı aviareysi ile Bakı şeherine gelib, Bakıda istintaqla müeyyen edilmemiş şexsden 1488, 425 qram psixotrop madde olan metamfetamin yerleşdirilmiş çamadanı İstanbul şeherine daşıyıb şexsiyyeti istintaqla müeyyen edilmemiş Resul adlı şexse çatdırmaq üçün götürüb. Teqsirlendirilen şexs qisminde dindirilerken her iki şexs elan edilmiş ittihamda özlerini teqsirli bilib. Cinayetkar qrupun diger üzvlerinin müeyyen edilib cinayet mesuliyyetine celb edilmesi üçün zeruri istintaq tedbirleri davam etdirilir.
YaSin
Nardaranda silahlı insident 06/04/10


Torpaq üstünde qesebe sakinini gülleleyibler
Bakının Nardaran qesebesinde silahlı insident baş verib. Bu baredeSabunçu rayon Polis İdaresinden bildirilib. Hadise bu gün saat 16.00 radelerinde qeyde alınıb. Nardaran qesebe sakini 31 yaşlı Ebdül Ferhad oğlu Heşimov güllelenib. Yaralı ağır gülle yarası ile xestexanaya yerleşdirilib. Hadiseni töreden şexsin kimliyi helelik melum deyil. Hazırda 14-cü Polis Bölmesinin emekdaşlarından ibaret emeliyyat qrupu Nardaranda araşdırma aparırlar. İlkin melumata göre, E. Heşimov torpaq alğı-satqısı ile meşğul olur. Hadisenin torpaq üstünde baş verdiyi ehtimal edilir. Hazırda polis hadiseni töreden şexsin müeyyen edilerek tutulması istiqametinde emeliyyat-axtarış tedbirlerini davam etdirir.
YaSin
8 yaşlı uşağı zorlayan 17 yaşlı oğlana 3 il hebs cezası verildi 06/04/10



Zorlanan oğlanın atası ve qohumları onun qisasını alıblar
Ağır Cinayetlere Dair İşler üzre Mehkemede 9 yaşlı oğlanı zorlamaqda teqsirlendirilen Bak şeher sakininin cinayet işi üzre mehkeme prosesi başa çatıb. , hakim Elisoltan Osmanovun sedrliyi ile keçirilen prosesde teqsirlendirilen 1992-ci il tevellüdlü Davud Vezirova hökm oxunub. Hökme esasen, D. Vezirov 3 il müddetine azadlıqdan mehrum edilib. İttihama göre, 2009-cu il sentyabrın 9-da Bakının Qaradağ rayonunun Korgöz qesebesinin sakini, Davud Vezirov 9 yaşlı qonşusu Mahiri (ad şertidir) tenha bir yere apararaq zorlayıb. Hadiseden xeber tutan Mahirin atası, 1974-cü il tevellüdlü Firuz Eyyubov, emisi, 1978-ci il tevellüdlü Famil ve yaxın qohumu Cavid Emrahov D.Vezirovu maşınla qesebeden kenar bir yere getiribler. Orada D. Vezirovu evvelce döyerek, ölümcül hala salıblar. Daha sonra ise qardaşlar növbe ile onunla cinsi elaqede olublar. Her iki teref Qaradağ rayon Polis İdaresinin 38-ci polis bölmesine müraciet edib ve zererçekmiş olduqlarını iddia edib. Qeüyd edek ki, Firuz ve Famil Eyyubov ve Cavid Emrahovun cinayet işi üzre mehkeme prosesi hele davam edir.
YaSin
Valyutadeyişme menteqesine basqın eden şexslere hökm oxundu 07/04/10


Aprelin 7-de Ağır Cinayetlere Dair İşler Üzre Mehkemede valyutadeyişme menteqesine silahlı basqınlar töretmekde teqsirlendirilen şexslerin cinayet işi üzre mehkeme prosesi başa çatıb.
hakim Şakir Elesgerovun sedrliyi ile keçirilen prosesde teqsirlendirilen şexslere hökm oxunub. Hökme esasen, Abşeron rayon sakinleri Pervin Heşimov 11, İlham Esgerov 10 il müddetine azadlıqdan mehrum edilibler. İttihama göre, her iki şexs külli miqdarda pul elde etmek meqsedile qabaqcadan elbir olaraq Karvan ticaret merkezindeki valyutadeyişme menteqesinde işleyen Cümşüd Hüseynovu qaret etmek qerarına gelibler. 2008-ci il fevral 18-de onlar C. Hüseynova silahlı basqın ederek, ona mexsus ve içerisinde 39 364 min manat nağd pul, hemçinin, 16 922 manat deyerinde qızıl zinet eşyaları olan çantanı götürerek hadise yerinden qaçıblar. Bundan elave teqsirlendirilen şexslerin Sumqayıt şeherinde bir neçe silahlı basqın heyata keçirdikleri müeyyen olunub. 2009-cu il fevralın 20-de Sumqayıt Şeher Polis İdaresinin emekdaşlarının keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde her iki şexs tutulub
YaSin
Metroda silahlı insident 07/04/10


Polis silahdan istifade ederek cinayetkarı tutub
Bakı Metropoliteninin stansiyalarının birinde vetendaşlarla polis arasında silahlı insident baş verib. musavat.coma istinaden verdilen melumata göre, hüquq-mühafize orqanlarındakı menbe hadisenin aprelin 6-dan 7-ne keçen gece saat 23:00 radelerinde metronun Xalqlar dostluğu stansiyasının keçidinde baş verdiyini bildirib. Menbe qeyd edib ki, iki nefer şexs Bakı sakini, 1983-cü il tevellüdlü Azad Abbasovu döyerek xesaret yetiribler. Hadise yerine gelen polis serjantı, 1981-ci il tevellüdlü Rauf Eliyev onları aralamaq isteyende, hemin şexsler polis emekdaşına da fiziki zor tetbiq ederek onu döymeye başlayıblar. Bundan sonra hemin şexslerden biri elindeki bıçaqla polis emekdaşına hede-qorxu gelerek onun üzerine yeriyib. Bu zaman polis emekdaşı stansiyanın çıxışında tabel silahı ile havaya ateş açaraq hemin şexsleri xeberdarlıq edib. Neticede hemin şexslerden birini yaxalamaq mümkün olub. O birisi ise hadise yerinden qaça bilib. Araşdırma zamanı melum olub ki, saxlanılan şexs Sumqayıt sakini, 1962-ci il tevellüdlü Veli Quliyevdir. Hadise yerinden qaçan şexs ise onun oğlu 1986-cı il tevellüdlü Serxan Quliyevdir. Hadise zamanı onların serxoş olduqları bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
YaSin
Prokuror iki polis zabitini öldürene ömürlük ceza istedi 07/04/10



Aprelin 7-de Ağır Cinayetlere Dair İşler üzre Mehkemede polis zabitlerini qetle yetirmekde teqsirlendirilen Bakı şeher sakini Sahib Hesenovun cinayet işi üzre mehkeme prosesi keçirilib.
Hakim İlqar Murquzovun sedrliyi ile keçirilen prosesde dövlet ittihamçısı teqsirlendirilen şexse ceza isteyib. Dövlet ittihamçısı Sahib Hesenovun ömürlük müddetine azadlıqdan mehrum edilmesini isteyib. Proses aprelin 12-de müdafie terefinin çıxışı ile davam etdirilecek. İttihama göre, S.Hesenov 2006-cı il yanvarın 25-de Sabunçu rayon 14-cü polis bölmesinin xidmetde olan emekdaşları - polis kapitanı Rövşen Rehimov ve polis leytenantı İlqar Ağayevin qetlinde teqsirlendirilir. 2006-cı ilde Nardaran sakinleri Ramiz Hesenov, Hesen Ezimov, İlham Quliyev ve Sahib Hesenov avtomat ve tapança ile silahlanaraq hemin polis emekdaşlarının olduğu avtomobili saxlayıblar. Onların açdığı ateş neticesinde başından gülle yarası alan Rövşen Rehimov hadise yerinde helak olub, İlqar Ağayev ise ağır yaralanıb. Hücum edenlerin davamlı ateşine cavab olaraq polis leytenantı İlqar Ağayev xidmeti silahdan istifade etmekle Ramiz Hesenovu, Hesen Ezimovu ve İlham Quliyevi öldürüb. Lakin aldığı gülle yarasından İlqar Ağayev özü de helak olub. Qeyd edek ki, S.Hesenov Azerbaycan Respublikası Cinayet Mecellesinin 120.2.-ci (bir qrup şexs, qabaqcadan elbir olan bir qrup şexs, müteşekkil deste ve ya cinayetkar birlik (teşkilat) terefinden adam öldürme), 120.2.3-cü (zererçekmiş şexsin xidmeti vezifesini ve ya ictimai borcunu yerine yetirmesi ile elaqedar onun özünü ve ya yaxın qohumlarını öldürme), 120.2.10-cu (tekrar adam öldürme), 181-ci (quldurluq) ve 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hisselerini, döyüş sursatı, partlayıcı maddeler ve qurğular elde etme, başqasına verme, satma, saxlama, daşıma ve gezdirme) maddeleri ile ittiham olunur.
YaSin
Dubaya qadın aparan Bakı sakini tutulub 08/04/10


Qadın alveri eden Bakı şeher sakini tutulub.
Daxili İşler Nazirliyinin saytına istinaden melumatına göre, Ofeliya Quliyeva gelir elde etmek meqsedi ile qadınları xarici ölkeye apararaq cinsi istismara meruz qoyub. DİN-in İnsan Alverine Qarşı mübarize İdaresinin emekdaşlarının yaxaladığı Ofeliya Quliyeva qadınları seks-biznesle meşğul olmaları üçün Birleşmiş Ereb Emirliklerinin Dubay Emirliyine aparıb.
YaSin
Bacı qatiline 9 il hebs 08/04/10


Aprelin 8-de Ağır Cinayetlere Dair İşler üzre Mehkemede bacısını qetle yetirmekde teqsirlendirilen Şemkir rayonu sakininin cinayet işi üzre mehkeme prosesi başa çatıb.
hakim Fikret Qeribovun sedrliyi ile keçirilen prosesde teqsirlendirilen Sefixanov Daşqın Ebdürrehman oğluna hökm oxunub. Hökme esasen, D.Sefixanov 9 il müddetine azadlıqdan mehrum edilib. İttiham göre, 2009-cu il noyabrın 27-de Şemkir rayonunun Dağ İrmaşlı kendinde, kend sakini, 15 yaşlı Şefeq Sefixanovanın üzerinde zorakılıq elametleri olan meyiti tapılıb. Şemkir Rayon Polis Şöbesinin emekdaşlarının keçirdiyi emeliyyat tedbirleri neticesinde qetli töreden şexs tutulub. İstintaqla müeyyen olunub ki, Şefeqi qardaşı Daşqın öldürüb. Şefeq qardaşı Daşqın terefinden noyabrın 25-de qısqanclıq zemininde boğulma yolu ile qetle yetirilib. İstintaqa ifade veren Daşqın bacısını namus üstünde öldürdüyünü etiraf edib. Qeyd edek ki, D.Sefixanov Azerbaycan Respublikası Cinayet Mecellesinin 120.1-ci (qesden adam öldürme) maddesi ile ittiham olunur
.
YaSin
Yevlax sakini hemyerlisini gülleledi 17/04/10



Hadise şexsi münaqişe zemininde baş verib
Dünen saat 12.00 radelerinde Yevlax şeher sakin Qurbanov Elnur Eliş oğlu şexsi münasibetler zemininde Yevlax şeher sakini Refiyev Refael Celil oğlunu gülleleyib. Yevlax Rayon Prokurorluğundan bildiribler ki, Elnur Qurbanovun hemyerlisine tapançadan 2 defe ateş açıb. Neticede ağır yaralanan zererçeken xestexanaya çatdırılıb. Onun veziyyeti ağırdır. Derhal hadise yerine hüquq-mühafize orqanlarının emekdaşları gelib ve araşdırmalara başlanıb. Hadise ile bağlı Yevlax Rayon Prokurorluğunda Cinayet Mecellesinin 29, 120.1 maddesi ile cinayet işi qaldırılıb. Hadiseni töretmiş şexs tutularaq istintaqa tehvil verilib.
YaSin
İmişlide dayı bacıqızını bıçaqladı 17/04/10


Hadise qısqanclıq zemininde baş verib
Aprelin 16-da saat 15.30 radelerinde, İmişli rayonunun Behremtepe qesebesi erazisinden, qesebe sakini Ramile Hümbetova bıçaq yarası ile xestexanaya getirilib. DİN-in saytına istinaden xeber verirlir ki, İmişli RPŞ emekdaşlarının heyata keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde, hadiseni qısqanclıq zemininde töretmiş R.Hümbetovanın dayısı Eyvaz Babayev tutulub.
YaSin
22/10/10 ZİL ve Opelin toqquşması neticesinde her iki maşın yanıb


Oktyabrın 21-de saat 22:00 radelerinde Bakı şeheri, Xezer rayonu erazisinde iki maşının yanması ile neticelenen yol neticelenen yol neqliyyat hadisesi baş verib.
Fövqelade Hallar Nazirliyine istinaden verilen melumata göre, ZİL markalı yük ve Opel markalı minik avtomobili toqquşub. Neticede Opel tamamile yanıb. ZİL-in ise müherrikinde elektrik avadanlıqları yanaraq sıradan çıxıb. Hadise yerine gelmiş yanğınsöndürenler alovu söndürübler, xesaret alan olmayıb.



Sexde ölüm hadisesi

Oktyabrın 21-de Nerimanov rayonu erazisinde fealiyyet gösteren sexlerden birinde ölüm hadisesi baş verib.
Daxili İşler Nazirliyinin saytına istinaden verilen melumata göre,sexde işleyen Bakı şeher sakini Orxan Quliyevin başına demir parçası düşüb. O.Quliyev hadise yerinde ölüb. Faktla bağlı araşdırma aparılır


YaSin
06/11/10 Ağdaşda qetl töredilib

Azerbaycanın Ağdaş rayonunda qetl töredilib.
Ağdaş rayon Prokurorluğundan APA-ya verilen melumata göre, rayonun Qulbende kend sakini Cavid Qocayevin meyiti öten gece rayon merkezinin yaxınlığında tapılıb. C. Qocayev bıçaqlanaraq öldürülüb. Baş vermiş hadise ile bağlı derhal emeliyyat qrupu yaradılıb. Heyata keçirilen emeliyyat-istintaq tedbirleri neticesinde qetlin üstü isti izlerle açılıb. Hadiseni töretmekde şübheli bilinen 29 yaşlı Azad Memmedov saxlanılıb. Hazırda hadisenin motivi araşdırılır. Faktla bağlı Ağdaş rayon Prokurorluğu terefinden Cinayet Mecellesinin 120.1-ci (qesden adam öldürme) maddesi ile cinayet işi başlanıb, istintaq davam etdirilir.


MUR-AY tikinti şirketine qarşı cinayet işi başlanıb

Şirket deleduzluqla meşğul olub, bir menzil 3 ve daha artıq şexse satılıb
Azerbaycanda tikinti şirketine qarşı cinayet işi başlanıb. Vetendaşların çoxsaylı müracieti esasında MUR-AY MMC tikinti şirketi terefinden Bakı şeherinde inşa olunan 414 menzilli binada bir menzilin 3 ve daha artıq şexse satılması faktı üzre DİN-in Baş İstintaq ve Tehqiqat İdaresinde Cinayet Mecellesinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla töredilmiş deleduzluq) maddesi ile cinayet işi başlanıb. Daxili İşler Nazirliyinin metbuat xidmetinden verilen melumata göre, iş üzre intensiv istintaq hereketleri aparılmaqla vetendaşlara vurulmuş ziyanın ödetdirilmesi istiqametinde müvafiq tedbirler görülür.

BAKINKA
MUR-AY tikinti şirketine qarşı cinayet işi başlanıb

Maraqlı şirkətdir.Bina 5 mərtəbəlidir amma 9-10-cu mərtəbələri satışa çıxarıb=)Bu qədər dələduzluq olar?!
YaSin
08/11/10 Üstünde 11 qutu narkotik vasite tapıldı

Zerdab polisi narkotik vasitelerin satışı ile meşğul olan şexsi yaxalayıb.
Rayon polis şöbesinden Lent.az-a verilen melumata göre, saxlanılan Merdanov İsmayıl Sefiyeddin oğlu narkotik vasitelerden özü istifade etdiyini bildirse de, sonrada 11 qutu psixotrop maddeni satış meqsedi üçün elde etdiyini etiraf edib. Faktla bağlı Cinayet Mecellesinin 234-cü maddesi ile cinayet işi açılıb. İstintaq araşdırmaları davam edir. Natiq Qedimov



YaSin
11/11/10 Bakıda dam örtüyü oğurlayan 5 nefer tutulub

Noyabrın 10-da saat 04 radelerinde Bakı şeher, Böyükşor qesebesi erazisindeki "Mars A" MMC-nin heyetinden 503 eded dam örtüyü oğurlanıb.
Daxili işler Nazirliyinin saytına istinaden verilen melumata göre, Nerimanov rayon Polis İdaresi artıq şübheli şexsleri saxlayıb. Bele ki, 17-ci polis bölmesinin keçirdiyi emeliyyat-axtarış tedbirleri neticesinde Şamaxı rayon sakinleri Nazim Rehimov, İlqar Hümbetov, Famiz Balakişiyev, Ağsu rayon sakinleri Şamil Mürseliyev ve Hacıalı Semiyev tutulub. Hazırda hemin şexslerin etrafında araşdırmalar aparılır.
YaSin
12/11/10 Bakı ve Gencede qetller töreden müteşekkil deste üzvlerine ceza istenilib



Şöhret Quliyevin başçılıq etdiyi destenin 2 üzvüne ömürlük hebs cezası verile biler
Bu gün Ağır Cinayetlere Dair İşler üzre Mehkemede Bakı ve Gence şeherlerinde qetller töretmekde teqsirlendirilen iş adamı Şöhret Quliyevin ve onun başçılıq etdiyi 12 neferden ibaret müteşekkil deste üzvlerinin cinayet işi üzre mehkeme prosesi keçirilib. APA-nın xeberine göre, prosesde dövlet ittihamçısı çıxışını davam etdirib. Prokuror deste üzvlerinden İlham Şabanovun emlakı müsadire olunmaqla ömürlük, Anar Hesenovun ömürlük, Sexavet Xudiyevin 15 il, Xezer Kazımovun 10 il, Meharet İsmayılovun 4 il 6 ay, Bilal Verdiyevin 4 il 6 ay, Elim Şahmuradovun 4 il, Nuru Atayevin 4 il, İlahibe Elesgerovun 3 il 6 ay, Zabit Abdinovun 2 il müddetine azadlıqdan mehrum edilmesini isteyib. Onu da qeyd edek ki, öten gün keçirilen prosesde dövlet ittihamçısı çıxış ederek, Şöhret Quliyevin ve Mehman Qehremanovun ömürlük azadlıqdan mehrum edilmesini isteyib. Bu zaman Şöhret Quliyev üzerinde gizletdiyi ülgücle damarlarını kesib. Buna göre de proses texire salınıb. Bu gün dövlet ittihamçısı çıxış edenden sonra zererçekmiş terefe söz verilib. Onlar prokurorun çıxışı ile razı olduqlarını bildiribler. Teqsirlendirilen şexsler ve onların vekilleri ise müdafie çıxışına hazır olmadıqları üçün proses noyabrın 18-dek texire salınıb. İttihama göre, 2003-cü ilin dekabr ayında Şöhret Quliyev Mehman Qehremanovla birge Anar Hesenov, Sexavet Xudiyev, İlham Şabanov, Xezer Kazımov ve Elmar Qasımovdan ibaret silahlı müteşekkil deste yaradaraq onu odlu silah ve döyüş sursatı ile techiz edibler. Şöhret Quliyev cinayetkar destenin üzvlerine Bakı şeherinde sahibkarlıqla meşğul olan Ehmed İbrahimovun öldürülmesini tapşırıb ve bunun müqabilinde onlara 25.000 ABŞ dolları mebleğinde pul mükafatı vereceyini ved edib. Sonuncunun Bakı şeherinde yaşadığı ünvanı, işden eve qayıtma vaxtını ve marşrutunu müeyyenleşdiren cinayetkar destenin üzvü Anar Hesenov 2003-cü il dekabrın 18-de Ehmed İbrahimova yaşadığı binanın girişinde Makarov markalı tapançadan ateş açaraq onu öldürüb. Cinayetin aleti olan Makarov tapançası hemin il dekabrın 27-de Bakı şeheri B. Nuriyev küçesi 32 saylı binanın yaxınlığındakı bağ sahesinden tapılaraq götürülüb ve ekspert reyi ile hadise yerinde aşkarlanıb gülle ve gilizlerin qeyd olunan tapançadan atılması tesdiqlenib. Şöhret Quliyev, mütemadi olaraq ondan pul teleb eden Gence şeher sakini Kamal Elekberovun öldürülmesini de sifariş vererek bununla elaqedar cinayetin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı ved edib. 2004-cü il martın 22-de Makarov tapançası ile silahlanan cinayetkar destenin üzvü İlham Şabanov Kamal Elekberovu yaşadığı evin qarşısında qetle yetirib. İstintaqla cinayetin aleti olan tapançanı destenin diger üzvü Elmar Qasımovun Gence şeherindeki idman klubunun işçisi Meharet İsmayılovdan 600 ABŞ dollarına alması müeyyen edilib ve hemin silah 2009-cu il mayın 26-da deste üzvü İlham Şabanovun Gence şeherinde yaşadığı evin heyetinde basdırdığı yerden götürülüb. Ekspert reyi ile hadise yerinde aşkar edilen gilizlerin ve Kamal Elekberovun meyitinden çıxarılan güllelerin hemin silahdan atılması tesdiqlenib. İstintaq prosesinde o da müeyyen olunub ki, cinayetkar destenin üzvleri Gence şeherinde fealiyyet gösteren Xezer Kazımova mexsus Quş südü adlandırılan kafede mütemadi yığışaraq töredecekleri cinayetlerin plan ve detallarını müzakire edib, elece de narkotik vasitelerin istehlak ve satışını heyata keçiribler. 2009-cu ilin iyununda kafede aparılmış axtarış zamanı Xezer Kazımov terefinden qanunsuz elde edilib kafenin zirzemisinde gizledilmiş Kalaşnikov avtomatı, 30 eded patron, habele Rabit Abdinovun üzerinden Mehman Qehremanovdan 250 manata aldığı narkotik vasite olan heroin aşkar edilerek götürülüb. Şöhret Quliyev, Mehman Qehremanov, İlham Şabanov, Anar Hesenov, Sexavet Xudiyev, Xezer Kazımov, Meharet İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev ve İlahibe Elesgerovun Azerbaycan Respublikası Cinayet Mecellesinin 120-ci (qesden adam öldürme), 217-ci (banditizm) ve 228-ci (qanunsuz olaraq odlu silah, sursat elde etme ve saxlama) ve diger maddeleri ile teqsirlendirilir.
YaSin
13-11-2010 Öz soydaşını girov götürən azərbaycanlı məhkəmə qarşısında


Moskva ətrafında sahibkarın girov götürülməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

APA-nın Baltİnfoya istinadən xəbərinə görə, cinayət işi üzrə ittiham olunanlar arasında 42 yaşlı Azərbaycan vətəndaşı Mehman Tağıyevin də adı keçir.

İttihama əsasən, Mehman Tağıyev cinayətin iştirakçısı olan 7 nəfərlə birlikdə öz soydaşı olan iş adamını izləyib və bu il aprelin 21-də axşam saat 23:00 radələrində tapança ilə onu hədələyərək zorla VAZ-210099 markalı avtomobilə əyləşdirərək Volokolamsk rayonunun Sıçevo qəsəbəsindəki mənzillərdən birinə aparıb. Cinayətkarlar orada sahibkarı ölümlə təhdid edərək, 500 min dollar müqabilində azadlığa buraxılacağını bildiriblər. Aprelin 22-də iş adamı pəncərənin açıq olmasından istifadə edərək həmin mənzildən qaça bilib və dərhal milisə müraciət edib.

Bir neçə gün sonra M.Tağıyev həbs olunub. Onun cinayət ortaqlarının şəxsiyyəti müəyyən olunub, onlar federal və beynəlxalq axtarışa veriliblər.
YaSin
17/11/10 Bakıda 23 yaşlı oğlan yoxa çıxıb

Bakı şeheri, Xezer rayonunda 23 yaşlı oğlan itkin düşüb.
Rayonun hüquq-mühafize orqanlarından verilen melumata göre, 1987-ci il tevellüdlü Cabbarov Samir Cebrayıl oğlu evden çıxıb ve geri qayıtmayıb. Bu barede aidiyyatı orqanlara noyabrın 16-da melumat daxil olub. Melumatda o da bildirilir ki, S.Cabbarov bir neçe gündür ki, axtarılır. Onun ailesi evvelce özü axtarış aparıb ve daha sonra netice olmayınca, polise müraciet olunub. Hazırda hemin şexsin axtarışları davam etdirilir.
YaSin
18/11/10 Bakı ve Gencede qetller töretmekde teqsirlendirilen destenin mehkemesinde vekiller çıxış edib

Bu gün Ağır Cinayetlere Dair İşler üzre Mehkemede Bakı ve Gence şeherlerinde qetller töretmekde teqsirlendirilen Şöhret Quliyevin ve onun başçılıq etdiyi 12 neferden ibaret müteşekkil deste üzvlerinin cinayet işi üzre mehkeme prosesi vekillerin çıxışı ile davam etdirildi.
Çıxış eden 3 vekil müdafie etdikleri şexslerin emellerinde cinayet terkibi olmadığını mehkeme kollegiyasının nezerine çatdırdılar. Teqsirlendirilen şexs Meharet İsmayılov ise emlakının müsadire olunması qerarının deyişdirilmesini mehkemeden xahiş etdi. Vekillerin ekseriyyeti çıxışa hazır olmadıqları üçün proses oktyabrın 25-e teyin olundu. Qeyd edek ki, öten prosesde dövlet ittihamçısı mehkemeden deste üzvlerinden İlham Şabanovun emlakı müsadire olunmaqla ömürlük, Anar Hesenova ömürlük, Sexavet Xudiyeve 15 il, Xezer Kazımova 10 il, Meharet İsmayılova 4 il 6 ay, Bilal Verdiyeve 4 il 6 ay, Elim Şahmuradova 4 il, Nuru Atayeve 4 il, İlahibe Elesgerova 3 il 6 ay, Zabit Abdinova ise 2 il müddetine azadlıqdan mehrumetme cezası istemişdi. Xatırladaq ki, deste üzvleri qesden adam öldürme, banditizm, qanunsuz odlu silah gezdirme ve diger ağır cinayetler töretmekde teqsirlendirilirler.
YaSin

27/11/10 Azerbaycanda uşaq oğurluğunun esasını qoyan Nardaran sakini İranda gizlenir

Azerbaycan adam oğurluğu, qesden adam öldürme ve diger ağır cinayetlerde teqsirlendirilerek baresinde beynelxalq axtarış elan olunmuş şexsin İran İslam Respublikasında gizlendiyi melum olub.
Bu barede APA-ya Sabunçu rayon Polis İdaresinden bildirilib. Melumata göre, 60 yaşlı Dadaşov Balaqardaş Elisefa oğlu Nardaran sakinidir. 1995-ci ilden axtarışda olan B. Dadaşov Azerbaycanda kidnepinqin (uşaq oğurluğu) esasını qoyub. Azerbaycanda kidnepinq 1994-cü ile tesadüf edir ve hemin tarixden başlayaraq ölkede bu tipli cinayetlere B. Dadaşov başçılıq edib. 90-cı illerin sonuna qeder kidnepinq kimi ağır cinayetlerde eli olan B. Dadaşov bundan başqa adam girov götürme, qesden adam öldürme, qanunsuz silah gezdirme ve. s hadiseler töretmiş silahlı birleşmelere rehberlik edib. Mesuliyyetden yayınmaq üçün uzun müddet İraqda gizlenen B. Dadaşov son iller İrana gelib. Hazırda bu ölkede gizlenen cinayetkarın tutulması üçün baresinde beynelxalq axtarış da elan edilib. Lakin İran İslam Respublikası heç bir beynelxalq konvensiyaya qoşulmadığı üçün B. Dadaşovu tutaraq Azerbaycana getirmek mümkün olmayıb.

YaSin
27/11/10 Deputatlığa keçmiş namized Vidadi İsgenderov baresinde cinayet işi başlanıb

Azerbaycan Milli Meclisine noyabrın 7-de keçirilmiş seçkilerle bağlı seçki pozuntuları iddiası ile başlanan cinayet işinin maddeleri melum olub.
Bu barede APA-ya melumat veren 89 saylı Göyçay-Ağdaş Seçki Dairesinden deputatlığa keçmiş namized Vidadi İsgenderov bildirib ki, cinayet işi fakta göre yox, namized olmuş şexs onun baresinde başlanıb. Cinayet işinin Azerbaycan Cinayet Mecellesinin 159.3-cü (vetendaşı öz iradesine zidd ses vermeye mecbur etme ve ya onun ses vermesine mane olma) ve 160.1-ci (seçki komissiyalarının işine müdaxile etme ve ya tesir gösterme) maddelerini ile başlandığını qeyd eden V. İsgenderov araşdırmaların Baş Prokurorluq terefinden aparıldığını qeyd edib: Lakin men bu ittihamları qebul etmirem. Qeyd edek ki, Konstitusiya Mehkemesi Plenumunun dünen keçirilen iclasında meruzeçi hakim Rafael Qvaladze bildirib ki, Azerbaycan Milli Meclisine seçkilerle bağlı seçki pozuntuları iddiası ile bir daire üzre Respublika Baş Prokurorluğuna daxil olan müracietler esasında cinayet işi başlanıb. Bu, 89 saylı Göyçay-Ağdaş Seçki Dairesidir. Hakimin sözlerine göre, cinayet işi hemin daireden namized olmuş şexsin seçki günü sesverme prosesine müdaxilesi, bununla da, seçki qanunvericiliyini pozması ile bağlı başlanıb. Qeyd edek ki, MSK hemin daireden Şemseddin Hacıyevi qalib elan edib.
YaSin
.. .. ... )) .. ..1 .... ii.gif . .... 7 ... ...
YaSin
28/11/10 Sürücü öldü, iki at vuruldu, işıq xetti, divar, darvaza aşdı

Lenkeran rayonunda ağır yol-neqliyyat qezası baş verib.
Daxili İşler Nazirliyinin (DİN) Baş Dövlet Yol Polisi İdaresinin (BDYPİ) istintaq ve tehqiqat şöbesinin müstentiqi Beyemir Cahangirovun APA-nın cenub bürosuna verdiyi melumata göre, hadise noyabrın 27-de axşam saat 22.40 radelerinde Elet-Astara magistralının 185-ci kilometrliyinde, Lenkeran rayonunun Liman şeheri erazisinde qeyde alınıb. Lenkeran rayonunun Boladi kend sakini, 1975-ci il tevellüdlü Azer Xankişiyev idare etdiyi VAZ-21012 markalı avtomaşınla Astara istiqametinde yüksek süretle hereketde olarken qarşısına çıxan iki atı vurub. Daha sonra avtomaşın zerbeden yolun sol hissesindeki beton divara çırpılıb, çeperi ve heyet qapısını dağıdıb, erazideki yüksek gerginlikli elektrik direyini aşırıb. Qeza neticesinde avtomobilin sürücüsü A.Xankişiyev aldığı xesaretlerden hadise yerindece keçinib. Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq ve tehqiqat şöbesinde Cinayet Mecellesinin 263.2 maddesi ile cinayet işi açılıb, araşdırma aparılır.
YaSin
30/11/10 Bakıda edliyye kapitanını vurub öldüren sürücü ve avtomobil axtarılır

Noyabrın 6-da Bakı şeher Yasamal rayonunda Edliyye Nazirliyinin Mehkeme Qerarlarının İcrası Baş İdaresinin emekdaşı edliyye polis-kapitanı Mehdizade Ağamehdi Eldar oğlu avtomobil qezasına düşüb.
Zererçekmişin ailesinden Melumata göre, namelum avtomobil terefinden vurulan A.Mehdizade tecili olaraq, Merkezi Klinik Xestexanaya aparılıb. 3 gün burada qalan yaralı daha sonra 1 Saylı Kliniki Tibbi Merkeze köçürülüb ve noyabrın 9-da vefat edib. Xeberi Edliyye Nazirliyinin qaynar-xettinden de tesdiqleyibler. Melum hadise ile bağlı Yasamal rayon Polis İdaresinde cinayet işi başlanılıb. İdareden Lent.az-a verilen melumata göre, helelik ne hadiseni töreden sürücü, ne de avtomobil tapılıb
YaSin
30/11/10 Medvedevden Qarabağ münaqişesinin tenzimlenmesinin esas prinsipleri

Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişesi üzre Tenzimlenmenin esas prinsipleri adlı sened hazırlamaq isteyir.
Melumata göre, bunu Qolos Rossii radiosuna açıqlamasında Rusiya xarici işler naziri Sergey Lavrov söyleyib. Sergey Lavrov deyib ki, Rusiya ATET-in Minsk qrupunun hemsedri, eyni zamanda Azerbaycan ve Ermenistanla xoş münasibetleri olan ölke kimi Dağlıq Qarabağ münaqişesinin tenzimlenmesine kömek edir. Onun sözlerine göre, Dimitri Medvedev şexsen bu mesele ile meşğul olur: Dmitri Medvedev artıq Azerbaycan ve Ermenistan prezidentleri ile 8 görüş keçirib. Terefler arasındakı mövcud fikir ayrılığı ve mövqelerindeki ferqleri aradan qaldırmaq üçün bu görüşlerde ciddi seyler gösterilib. Rusiya xarici işler naziri bildirib ki, Dmitrmi Medvedevin esas meqsedi Tenzimlenmenin esas prinsipleri adlı ilk ümumi hecmli sened hazırlamaqdır: Bu senedde hazırlanacaq sülh sazişinin esas istiqametleri ve hüquqi bazası gösterilecek. Münaqişenin hellinde esas götürülecek ekser prinsipler üzre razılıq var, ancaq ciddi problemler hele de qalır. Biz ATET-in Minsk qrupunun hemsedrleri olan amerikalılarla ve fransızlarla sıx elaqedeyik. Astana sammitinde hemsedrler Azerbaycan v Ermenistan rehberliyi ile görüşecek. Hemsedrlere tapşırılıb ki, Astana sammiti üçün beyanat hazırlansın ve hemin beyanata Azerbaycan ve Ermenistan prezidentleri. O cümleden hemsedrler imza atsınlar. Ümid edirik ki, bu, baş tutacaq. Eger Astana sammitinde irelileyiş qeyde alınsa, bu, ciddi nailiyyet olacaq
Viktorina
14 yaşlı killer tutuldu

O, qurbanlarına işgəncə verərək onların başını kəsirmiş
Meksikanın Morelos ştatında narkokartellərdən birinə muzdlu qatil xidməti göstərən 14 yaşlı yeniyetmə həbs edilib. Lent.az-ın France Presse agentliyinə istinadən verdiyi məlumata görə, 14 yaşlı killer ABŞ vətəndaşıdır.

Daha çox Ponçis ləqəbi ilə məşhur olan Edqar Ximenes Luqo hərbçilər tərəfindən Xoçitepek hava limanında həbs edilib. O, buradan Tixuanaya uçmağa hazırlaşırmış. Gənc killer bildirib ki, cinayətkar keçmişi ilə vidalaşmağa və vətəni San-Dieqoya anasının yanına getməyə hazırlaşırmış. Onun üzərində 1996-cı ildə ABŞ-da doğulduğunu təsdiq edən şəxsiyyət vəsiqəsi tapılıb.

Hakimiyyət orqanları güman edirlər ki, Ponçis muzdlu qətllərə cavabdeh olan Xesus Radilyanın başçılığı altında Sakit okeanın cənubu (Cartel del Pacifico Sur) adlı nüfuzlu narkokartelə işləyirmiş. Ponçis etiraf edib ki, şəxsən öz əlləri ilə 4 nəfəri qətlə yetirib. O, əvvəlcə qurbanlarına işgəncə verib, sonra isə onların başını kəsib.

14 yaşlı killer iddia edir ki, həyatı təhlükədə olduğu üçün muzdlu qətlləri həyata keçirib. Onun sözlərinə görə, 11 yaşı olanda narkoticarətçilər tərəfindən oğurlanıb və o zamandan həmin şəxslərin sifarişlərini yerinə yetirib. Bu zaman hər qətlə görə Ponçisə 2500-3000 min dollar pul verirlərmiş.

Meksika hüquq-mühafizə orqanları Ponçisin və onun qurbanlarının fotosu və videosu internetdə yayılandan sonra killerin axtarışlarına başlayıblar. Bu vidoçarxlardan birində 14 yaşlı killer qətli həyata keçirdiyini etiraf edir və sonra qurbanın kəsilmiş başını nümayiş etdirir.

Operativ məlumatlara görə, Edqar Ximenes Luqo tək işləməyib. Ona bu işdə bacıları kömək edirmiş. Qızlar qurbanı yoldan çıxarırlarmış, sonra isə Ponçis hücum edərək qurbanı qətlə yetirirmiş. Onun bacılarından biri - 19 yaşlı qız da qardaşı ilə bir yerdə tutulub. El Universal qəzeti yazır ki, bacılarının ikisi də qardaşlarını hava limanına müşayiət edib. Onlardan biri olan Elizabet Ponçislə bir yerdə ABŞ-a uçmağa hazırlaşırmış.




YaSin
04/12/10 Azerbaycanda qetller töretmiş şexsler tutulub

Noyabrın 3-de Azerbaycanda qetl töretmiş iki nefer tutulub.
Daxili İşler Nazirliyinin saytına istinaden verdilen melumata göre, DİN Baş Cinayet-Axtarış İdaresi ve Şemkir RPŞ emekdaşlarının heyata keçirdikleri birge emeliyyat-axtarış tedbirleri neticesinde Azerbaycan Respublikası Cinayet Mecellesinin 120-ci maddesi (qesden adam öldürme) ile axtarışda olan Musa Musayev Rusiya Federasiyasının Yekaterinburq şeherinde tutulub. M.Musayevin ölkemize ekstradisiya olunması üçün tedbirler görülür. Diger şexs ise Balakende yaxalanıb. Balaken RPŞ emekdaşlarının heyata keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde noyabrın 30-da emisi oğlu Ferrux Xelilovu bıçaqla qetle yetirmekde şübheli bilinen Sarıbulaq kend sakini Orxan Xelilov yaxalanıb.
YaSin
18/12/10 Bakı aeroportunda qaçaqmal brilyant tutulub


Brilyant qaşların çekisi 1804 karat olub
Dövlet Gömrük Komitesi (DGK) ve Milli Tehlükesizlik Nazirliyinin birge keçirdiyi emeliyyat neticesinde Azerbaycana qaçaqmal yolu ile brilyant qaşların getirilmesinin qarşısı alınıb. Bu barede APA-ya DGK-dan melumat verilib. Komiteden bildirilib ki, FZ705 saylı Dubay-Bakı aviareysi ile Birleşmış Ereb Emirliklerinden Bakıya gelen Azerbaycan vetendaşı Hüseynov Elvin Elmar oğluna mexsus çemodanlara gömrük baxışı keçirilib. Hemin çemodanların boru şeklinde olan metal tutacaqlarından gömrük nezaretinden gizledilmiş 18 eded kiçik şeffaf sellofan paketlere qablaşdırılmış müxtelif ölçülü, ümumi çekisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilerek götürülüb.
YaSin
26/12/10 Hacıqabulda silahlı insident: 1 ölü, 1 yaralı

Azerbaycanın Hacıqabul rayonunun sakini iki nefere odlu silahdan ateş açıb, bir neferi qetle yetirib.
Bu barede APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon polis şöbesinden melumat verilib. Melumatda bildirilir ki, dekabrın 26-da saat 16.00 radelerinde Hacıqabul rayonunun Qubalı-Baloğlan kendinin sakini, 1980-ci il tevellüdlü Atakişiyev Qabil Mehemmedeli oğlu Bakı sakinlerine odlu silahdan ateş açıb. Odlu silahdan aşılan ateş neticesinde Bakı şeheri, Yasamal rayon sakini, 1961-ci il tevellüdlü Ayetullayev Adil Esedulla oğlu qetle yetirilib. Diger şexs, Yasamal rayon sakini, 1959-cu il tevellüdlü İdrisov İbadulla Seyidehmed oğlu boyun nahiyesinden yaralanıb. Hadisenin teferrüatları helelik istintaqa melum deyil. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayet işi açılıb, araşdırma aparılır.
YaSin
Həmyerlimiz Orxan Zeynalovun "törətdiyi cinayət" barədə qısa video təhlil.Sizin fikirləriniz maraqlıdır.

IP.Board © 2001-2014 IPS, Inc.